Məhkəmə qərarları › İş №2(067)-2073/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2073/2021

10.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2073/2021 10.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, doğma bacısı 07.03.1962-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, doğma bacısı - 07.03.1962-ci il təvəllüdlü X4 uşaqlıqdan “Paranoid şizofreniya fasiləsiz gedişli” xəstəlik keçirir. Növbəti dəfə o, 03 iyun 2016-cı il tarixdə 15 sayləı Tibbi Sosial Ekspert Komissiyasında müayinədən keçirilmiş, ona İİ dərəcəli əlillik müəyyən edilməklə yuxarıda qoyulmuş diaqnoz təsdiq edilmişdir. TSEK-nın 03.06.2016-cı il tarixli 5F0MZ3A0004 saylı arayışda göstərilmişdir ki, müayinə olunan əmək qabiliyyətizdir və növbəti müayinə tarixi 03.06.2021-ci il təyin edilir. 2021-ci ilin iyun ayının 18-də o, xəstə bacısı Xuramanı Xaçmaz rayon Tibbi Sosial Ekspert Komissiyasına müayinəyə aparmışdır. Ona bildirmişdilər ki, sonuncu dəfə müyainədən sonra xəstə ən azından ildə bir dəfə stasionar qaydada müalicə müəssəsində müalicə almalı idi. Bacısı göstərilən müddətdə stasionar qaydada müalicədə olmadığı üçün TSEK ona əlilliyin müəyyən edilməsindən imtina etmiş və 03.06.2021-ci il tarixdən onun pensiyası tamam kəsilmişidir. Bacısı Xuraman 22 may 2021-ci il tarixdən 14 iyun 2021-ci il tarixədək Quba rayon X1 stasionar qaydada müalicədə olmuşdur. Həmin tibb müəssisənin verdiyi 14 iyun 2021-ci il tarixli 992 nömrəli çıxarışıdan da müəyyən olunur ki, xəstə bacısına qoyulmuş diaqnoz “Şizofreniya paranoid” forma fasiləsiz gedişli”dir. Xəstə bacısının əlilliyinin tam əsassız olaraq ləğv edilməsi və ona ödənilən pensiyasının kəsilməsi ilə əlaqədar adiyyəti orqanlara şikayətlər etmək istəyir. Bunun üçün onun xəstə bacısı üzərində qanunamüvafiq olaraq qəyyum təyin edilməyi zəruridir. Ona görə də o, göstərilənlərə əsasən məhkəməyə ərizə ilə müraciət etmiş, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 13561364 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və AZ seriyalı 154942 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 06.03.1970-ci ildə Xaçmaz şəhərində anadan olmuşdur. Onun atası X5, anası X2r. İş materiallarında olan AA******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və AZ seriyalı ******* saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1968-ci ildə Xaçmaz şəhərində anadan olmuşdur. Onun atası X5, anası X2r. İş materiallarında olan 07.07.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi bacısı X4 ilə birlikdə ünvan 1 ünvanda yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSM Nazirliyinin 15 saylı Tibbi Sosial Ekspert Komissiyasının 03.06.2016-cı il tarixli arayışından müəyyən olunur ki, 07.03.1962-ci il təvəllüdlü X4 müddətsiz olaraq İİ dərəcəli əlillik müəyyən edilməklə xəstəyə “Şizofreniya paranoid forma” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin 06.09.2021-ci il tarixli 2050 saylı rəyindən müəyyən olunur ki, 07.03.1962-ci il təvəllüdlü X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq, və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyildir. Buna görə də, X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. X3 onda müəyyən edilən “Şizofreniya paranoid forma”, psixi qüsur hal ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışına iştirakına yol vermir. İş materiallarında olan 09.07.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə uyğun olaraq ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətinin mənasına başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsuruna görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasındaa asılı olmayaraq, yaxın qohumların, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2.-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, 07.03.1962-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. 07.03.1962-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar