Məhkəmə qərarları › İş №2(067)-2082/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2082/2020

23.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2082/2020 23.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi4 iştirakı ilə, ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi4 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi4 JN-355A saylı, reyestr kodu 30211028 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi1 ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayon X1 xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə ona və ailə üzvlərinə yaşadıqları Xaçmaz rayonunun Qaraqurtlu kəndində 2,22 ha torpaq sahəsi və JN 355A seriyalı 30211028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Hazırda torpaqlarını satmaq istəyirlər. Bu məqsədlə sənədlərini DƏDRX-nin 5 saylı X4 təqdim edərkən JN 355A seriyalı 30211028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun adının Namiq əvəzinə səhvən Namik kimi, Ərizəçi3 ata adının səhvən Sarımanlı kimi, Ərizəçi2 soyadının səhvən Mövsümova kimi, Ərizəçi4 soyadının səhvən Mövsümova kimi, həmçinin, Ərizəçi4 adının Səidə əvəzinə Səadət kimi qeyd edildiyi məlum olmuşdur. Şəhadətnamədə olan uyğunsuzluğa görə müraciətlərinin həll edilməsindən imtina edilib. Ona görə də qeyd olunanlarla əlaqədar məhkəməyə müraciət etmiş və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, torpaq sahəsi ötən müddət ərzində istifadələrində olduğuna görə və torpaq sahəsi ilə bağlı hər hansı bir notarial əməliyyat keçirilməsi zərurəti olmadığına görə, torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədəki yanlışlığa fikir verməmişlər. Onlar pay torpaq sahəsindən hazırda da istifadə edirlər. Məhkəmə iclasında Ərizəçi3 izahat verərərək göstərmişdir ki, Xaçmaz rayon X1 xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə onlara yaşadıqları Xaçmaz rayonunun Qaraqurtlu kəndində 2,22 ha torpaq sahəsi vəJN 355A seriyalı 30211028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Hazırda torpaqlarını satmaq istəyirlər. Bu məqsədlə sənədlərini DƏDRX-nin 5 saylı X4 təqdim edərkən məlum oldu ki, N 355A seriyalı 30211028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi1 adı Namiq əvəzinə səhvən Namik kimi, onun ata adı səhvən Sarımanlı kimi, Ərizəçi2 soyadı səhvən Mövsümova kimi, Ərizəçi4 soyadı səhvən Mövsümova kimi, həmçinin, Ərizəçi4 adı Səidə əvəzinə Səadət kimi qeyd edilib. Şəhadətnamədə olan uyğunsuzluğa görə müraciətlərinin həll edilməsindən imtina edilib. Ona görə də qeyd olunanlarla əlaqədar məhkəməyə müraciət etmiş və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi2 izahat verərərək göstərmişdir ki, Xaçmaz rayon X1 xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə onlara yaşadıqları Xaçmaz rayonunun Qaraqurtlu kəndində 2,22 ha torpaq sahəsi verilib və JN 355A seriyalı 30211028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilib. Hazırda torpaqlarını satmaq istəyirlər. Bu məqsədlə sənədlərini DƏDRX-nin 5 saylı X4 təqdim edərkən məlum oldu ki, JN 355A seriyalı 30211028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi1 adı Namiq əvəzinə səhvən Namik kimi, Ərizəçi3 ata adı səhvən Sarımanlı kimi, onun soyadı səhvən Mövsümova kimi, Ərizəçi4 soyadı səhvən Mövsümova kimi, həmçinin, adı Ərizəçi4 adı Səidə əvəzinə Səadət kimi qeyd edilib. Şəhadətnamədə olan uyğunsuzluğa görə müraciətlərinin həll edilməsindən imtina edilib. Ona görə də qeyd olunanlarla əlaqədar məhkəməyə müraciət etmiş və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi4 izahat verərərək göstərmişdir ki, Xaçmaz rayon X1 xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə onlara yaşadıqları Xaçmaz rayonunun Qaraqurtlu kəndində 2,22 ha torpaq sahəsi verilib və JN 355A seriyalı 30211028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilib. Hazırda torpaqlarını satmaq istəyirlər. Bu məqsədlə sənədlərini DƏDRX-nin 5 saylı X4 təqdim edərkən məlum oldu ki, JN 355A seriyalı 30211028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədəƏrizəçi1 adı Namiq əvəzinə səhvən Namik kimi, Ərizəçi3 ata adı səhvən Sarımanlı kimi, Ərizəçi2 soyadı səhvən Mövsümova kimi, onun da soyadı səhvən Mövsümova kimi qeyd edilib. Həmçinin şəhadətnamədə onun adı Səidə əvəzinə Səadət kimi yazılmışdır.Şəhadətnamədə olan uyğunsuzluğa görə müraciətlərinin həll edilməsindən imtina edilib. Ona görə də qeyd olunanlarla əlaqədar məhkəməyə müraciət etmiş və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında ərizəçilərin şahid qismində təqdim etdiyiMəhərrəmov Rəsul Mirzəmməd oğlu ifadə verərək bildirmişdir ki,ərizəçilərin qonşusudur, qohumluq əlaqələri yoxdur. Xaçmaz rayon X1 xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə ərizəçilərə yaşadıqları Qaraqurtlu kəndində 2,22 ha torpaq sahəsi verilib və JN355A seriyalı 30211028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilib. Lakin JN 355A seriyalı 30211028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi1 adı Namiq əvəzinə səhvən Namik kimi, Ərizəçi3 ata adı səhvən Sarımanlı kimi, Ərizəçi2 və Ərizəçi4 soyadları səhvən Mövsümova kimi, həmçinin, Ərizəçi4 adı Səadət kimi qeyd edilmişdir. Həmin torpaq sahəsi ərizəçilərə verilən vaxtdan bəri onlar torpaqdan istifadə edirlər. O, təsdiq edir ki, JN 355A seriyalı 30211028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ərizəçilərə məxsusdur. Məhkəmə iclasında ərizəçinin şahid qismində təqdim etdiyiQürbətov Teymur Abgül oğlu ifadə verərək bildirmişdir ki, ərizəçilərin qonşusudur, qohumluq əlaqələri yoxdur. Xaçmaz rayon X1 xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə ərizəçilərə yaşadıqları Qaraqurtlu kəndində 2,22 ha torpaq sahəsi verilib və JN 355A seriyalı 30211028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilib. Lakin JN 355A seriyalı 30211028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi1 adı Namiq əvəzinə səhvən Namik kimi, Ərizəçi3 ata adı səhvən Sarımanlı kimi, Ərizəçi2 və Ərizəçi4 soyadları səhvən Mövsümova kimi, həmçinin, Ərizəçi4 adı Səadət kimi qeyd edilmişdir. qeyd edilib. Həmin torpaq sahəsi ərizəçilərə verilən vaxtdan bəri onlar torpaqdan istifadə edirlər. O, təsdiq edir ki, JN 355A seriyalı 30211028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ərizəçilərə məxsusdur. İş üzrə maraqlı tərəf DƏDRX-nin 5 saylı X4 məhkəmə baxışı iclasının vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq DƏDRX-nin 5 saylı X3 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən iş üzrə maraqlı tərəf DƏDRX-nin 5 saylı X3 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olanTorpağın Mülkiyyətə verilməsinə dair JN-0033 seriyalı 30211068 kodlu Dövlət aktından müəyyən olunur ki,Mövsümov Bayramqulu Heybətqulu oğluna və onun ailə üzvilərinə Xaçmaz rayon X1 xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə yaşadıqları Qaraqurtlu kəndində 2,22 ha torpaq sahəsi verilib. İş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dairJN 355A seriyalı 30211028 kodlu Şəhadətnamədən müəyyən olunur ki, həmin şəhadətnamədə Ərizəçi1 adı Namiq əvəzinə səhvən Namik kimi, Ərizəçi3 ata adı səhvən Sarımanlı kimi, Ərizəçi2 və Ərizəçi4 soyadları səhvən Mövsümova kimi, həmçinin, Ərizəçi4 adı Səadət kimi qeyd edilib. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışlardan müəyyən olunur ki, Ərizəçi1 adı Namiq əvəzinə səhvən Namik kimi, Ərizəçi3 ata adı səhvən Sarımanlı kimi, Ərizəçi2 və Ərizəçi4 soyadları səhvən Mövsümova kimi, həmçinin, Ərizəçi4 adı Səadət kimi qeyd qeyd edilib. İş materiallarında olan DƏDRX-nın 5 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məkubundan müəyyən olunur ki, Ərizəçi1 şəhadətnamədə olan uyğunsuzluğun aradan qaldırılması üçün DƏDRX-nın 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin müraciətində göstərdiyi məsələnin həlli idarənin səlahiyyətlərinə aid olmadığı üçün, bununla bağlı ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizənin verilməsi ilə əlaqədar ərizəçilər tərəfindən 40 (qırx) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair JN 355A seriyalı 30211028 kodlu şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi2, Ərizəçi4 məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. QƏT ETDİ : Ərizə təmin edilsin. JN 355A seriyalı 30211028 kodlu şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi2, Ərizəçi4 məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar