Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2083/2025 11.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «vərəsəlik üzrə payların müəyyən edilməsi» tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşı X1 adına qeydiyyata alınmış Xaçmaz rayonu, Həbibkənd kəndində yerləşən miras qalmış yaşayış evindən və miras qalmış torpaq sahələrindən ona tam (1/1) hissədə vərəsəlik payının verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı nümayəndəsi X3 10 sentyabr 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, yaranmış zərurətlə əlaqədar iddia tələbinin geri qaytarılmasını və hazırki mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə İddiaçı nümayəndəsi X3 vəsatətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iclasında iştirak edən iş üzrə Cavabdeh iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etməmiş və işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı nümayəndəsi X2 vəsatəti nəzərə alınaraq, İddiaçı Cavabdeh qarşı «vərəsəlik üzrə payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı nümayəndəsi X2 vəsatəti təmin edilsin. İddiaçı Cavabdeh qarşı «vərəsəlik üzrə payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-2083/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2083/2025
11.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver