Məhkəmə qərarları › İş №2(067)-2090/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2090/2025

18.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2090/2025 18.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış pul məbləğinin silinməsi» tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Xaçmaz rayon Qaz İdarəsinin tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiya qərarının və 28 mart 2024-cü il tarixdə ******* nömrəli akt əsasında yazılmış cəmi 544.32 manat silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ev ona məxsusdur və kommunal xərclər onun adına gəlir. Evdə guya sayğacın maksimal saatlıq qaz sərfiyatının çox olması barəsində Azəriqazın əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixində ******* nömrəli akt yazaraq, onu cəmi 544.32 manat cərimə etmişlər. Hansı ki, onun sayğacı bayırda yerləşir və onun heçnədən xəbəri olmamış, əlavə olaraq hər hansı bir müdaxilə olunmamışdır. Bunu Qaz idarəsinin nəzarətçiləri də bilir. Onun sayğacımda göstərilən nöqsanlar olmadığı üçün dəfələrlə Azəriqaz İB-nə müraciət etmiş, lakin, hər dəfə bir bəhanə gətirərək yayınmış, ona haqsız yerə yazılan cəriməni silməkdən boyun qaçırmışlar. O, hər ay istifadə etdiyi qaz sərfiyatını ödəmişdir və ödəniş etməyi barədə qəbzləri var. Hal-hazirda sayğacda göstərildiyi göstərişə əsasən heş bir borcu yoxdur. xx.xx.2024-cü il tarixində ******* nömrəli akt əsassız yazılmışdır. Akt yazılarkən onun xəbəri olmamışdır. Evə Azəriqaz İB-yə 544.32 manat borcu olması barədə bildiriş gəmişdir. Halbuki onun borcu yoxdur. Onun evinə baxış keçirilsə evində olan sayğacın düzgün işlədiyini, həmin sayğaca heçnə qoşulmadığını sübut edə bilər. O, bu borcla bağlı Cavabdeh İB X13 İstismar İdarəsinə müraciət etsə də, hələdə əsassız yerə yazılan borc silinməmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığım məhkəmə müəyyən edərkən qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla ekspertlərin rəyləri ilə yerində müayyinə keçirməklə səs və video yazıları ilə şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Lakin, onun sayğacını açıb götürəndə bunların heç biri olmamışdır. Yaxud da qanunsuz qazdan istifadə etməyi barədə heç bir əsas əldə olunmamışdır. Məhkəmə baxış iclasında izahat verən iş üzrə İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında izahat verən iş üzrə Cavabdeh İB-nin nümayəndəsi X9 iddia tələbini qəbul etməmiş və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı iş üzrə İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq izahatında göstərmişdir ki, o, qaz sayğacına əlavə qoşulma halı barədə məlumat vermək lazım olduğunu bilməmişdir. Azəriqaz İB-i tərəfindən ona məlumat verilməli idi. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Cavabdeh İB-nin nümayəndəsi X9 iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, onun bu barədə heç bir məlumatı yoxdur. Hesab edir ki, sərfiyyataşma olub. Hazırda 544 manat cərimə yaranmışdır. Abonent 2.1-ci maddəyə əsasən müqaviləni pozmuşdur. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı dindirilmiş Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 X2 böyük müfəttişi X5 çıxışında bildirmişdir ki, abonentin qaz sayğacına əlavə qoşulmalar etməsi qadağandır. Sərfiyyatı aşmış cihaz aşkar olunan zaman, protokol tərtib edilib, abonent cərimələnməlidir. Əgər, qaz sayğacına əlavə qoşulmalar olunubsa, abonent bu barədə Azəriqaz İB-nə məlumat verilməlidir. Əgər, qaz idarəsinin əməkdaşları kənar xətti özləri aşkar edərlərsə, qaz sayğacından keçən xətt kəsilməlidir. Lakin, Qaz İdarəsinin əməkdaşları sayğacı yoxlamış və kənar xətt kəsilmədən akt tərtib etmiş, dəymiş ziyanı hesablamışlar. Bu isə düzgün deyil. Azəriqaz İB-i tərəfindən onlara heç bir məlumat verilməmişdir. Qaz təchizatı haqqında, qanunun 10-cu maddə, 8.1-ci bəndəyə əsasən, mütləqdir ki, məlumat verilsin. Məhkəmə proses iştirakçılarını dinləyib, tərəflərin təqdim etdiyi sənəd və sübutları tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 28 mart 2024-cü il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus ünvan 1ndə yerləşən fərdi yaşayış evində mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6 m3/saat olduğu təqdirdə qaz işlədicilərinin maksimal sərfiyyatı 10.2 m3/saat -olmuşdur. «Dəymiş ziyanın bərpasına dair» 28 mart 2024-cü il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 mart 2024-cü il tarixli, ******* №-li akta əsasən cəmi 4536 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. Abonentin saldosundan müəyyən olunur ki, İddiaçı sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə etdiyinə görə 544.32 manat məbləğində ziyan hesablanmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 X2 böyük müfəttişi X3 15 avqust 2025-ci il tarixli rəyindən müəyyən edilir ki, təhlil nəticəsində məlum olmuşdur ki, Cavabdeh İB-nin X13 istismar İdarəsinin nümayəndələri tərəfindən ünvan 1ndə yerləşən X8 məxsus fərdi yaşayış evində quraşdırılmış G-4 markalı, 40052944 nömrəli qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6 m3/saat olduğu təqdirdə qaz işlədicilərinin maksimal sərfiyyatı 10,2 m3/saat olduğundan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2024-cü il tarixli akt tərtib edərək itirilmiş qazın bərpası məqsədilə hesabat aparılaraq 544,32 manat məbləqində borc (4536 m3) abonentin hesabına daxil edilmişdir. Məlumat üçün bildirirəm ki, “Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 215 nömrəli Qərarı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 6-2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır Belə ki, qaz paylayıcısı tərəfindən ildə 1 dəfə (hər il noyabr ayının 1-nə kimi) hər bir istehlakçının mənzilində müayinə aparılmalı və 5 iş günü müddətində reyestrə daxil edilməlidir. Sənədlərə baxış zamanı həmin istehlakçının fərdi yaşayış evində 14 03.2024-cü il tarixdə müayinə keçirilmiş və heç bir nöqsanın olmadığı qeyd olunaraq reyestrə daxil edilmişdir. Eyni zamanda “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu“ və Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalar”ında sərfiyyataşma və yaxud güc artımı ilə bağlı dəymiş ziyanın hesablanması nəzərdə tutulmamışdır. Odur ki, Xaçmaz RQİİ tərəfindən istehlakçının abonent hesabına yazılmış 544.32 manat borc əsassız hesab olunaraq silinməlidir Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 6.5-1-ci bəndinə əsasən “istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazpaylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır; 6.5-1.1.-sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2.-əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3.-istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 6-3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə texniki xidmət qaz paylayıcısı tərəfindən həyata keçirilir. X12 zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən qaz xətlərinə texniki baxışın keçirilməsi haqqında heç bir sənəd təqdim olunmamışdır. 13-cü maddəsinin 8-1.-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11 -ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Bu Qanunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. “Qazdan istifadə Qaydaları” nın 3.1.10.-cu bəndi: bu Qaydaların 2.11 -1 -ci və 2.11- 2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirm əli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etm əlidir; 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir Beləliklə, istehlakçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 544.32 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. İddiaçı, "Azəriqaz" İB-nin Xaçmaz RQİİ-nin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə istehlakçının yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya aid ünvan 1ndə yerləşən fərdi yaşayış evində mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6 m3/saat olduğu təqdirdə qaz işlədicilərinin maksimal sərfiyyatı 10.2 m3/saat olması halı baş vermişdir. Lakin, iddiaçının fərdi yaşayış evində 14 mart 2024-cü il tarixdə müayinə keçirilmiş və heç bir nöqsanın olmadığı qeyd olunaraq reyestrə daxil edilmişdir. Daha sonra "Azəriqaz" İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları kənar qoşulma halı ilə əlaqədar 28 mart 2024-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etsələr də, aşkar olunan kənar xətt "Azəriqaz" İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən kəsilməmişdir. Eyni zamanda “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu“ və Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalar”ında sərfiyyataşma və yaxud güc artımı ilə bağlı dəymiş ziyanın hesablanması nəzərdə tutulmamışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Bundan əlavə, "Azəriqaz" İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən 28 mart 2024-cü il tarixdə tərtib olunmuş ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda nöqsanların olması Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 X2 böyük müfəttişi X3 15 avqust 2025-ci il tarixli rəyi ilə sübuta yetirilir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına, habelə məhkəmə araşdırmasında işin müəyyən olunan hallarına və Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 X2 böyük müfəttişi X3 15 avqust 2025-ci il tarixli rəyinə əsasən iddia tələbi təmin ediləndir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməli, Cavabdeh Xaçmaz X11 İdarəsi tərəfindən 28 mart 2024-cü il tarixli, ******* saylı akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 544.32 manat borc hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilməlidir. Elektron məhkəmə portalında yaradılmış kalkulyator vasitəsilə aparılmış hesablama nəticəsində müəyyən olunur ki, iddia tələbinin predmetini təşkil edən 544.32 manata görə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Belə olan halda, iddia tələbi təmin olunduğundan, Cavabdehndən 30 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Xaçmaz X11 İdarəsi tərəfindən 28 mart 2024-cü il tarixdə tərtib edilmiş ******* saylı akta əsasən hesablanaraq İddiaçı abunə koduna (**********10010) köçürülmüş 544.32 manat borc hesabdan silinsin. Cavabdeh İB-dən 30 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar