Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2094/2022 17.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli 193 saylı uçot çıxarışı olan JN-193 seriyalı, 30217038 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və torpaq sahəsinin plan və ölçüsü sənədinin ona, Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 saylı qərarına əsasən ona kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.46 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə adına dövlət qeydiyyatı sənədi “Çıxarış” almaq qərarına gəlmişdir. Yeni mülkiyyət sənədini almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Belə ki, Xaçmaz rayon Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli 193 saylı uçot kitabında atasının adı Rəhmət olduğu halda səhvən Rəhman kimi yazılmışdır. Halbuki, ona məxsus şəxsiyyət vəsiqəsində və doğum haqqında şəhadətnamədə ata adı “Rəhmət” kimi qeyd olunmuşdur. Lakin 5 saylı Xaçmaz Ərzai İdarəsi tərəfindən ona JN-193 seriyalı, 30217038 kodlu torpağın mülkiyyət hüququna dair Dövlət aktında və torpaq sahəsinin plan və ölçüsü sənədində ata adında yaranmış uyğunsuzluqların aradan qaldırılmasının və düzəlişlərin həyata keçirilməsinin reyestr xidmətinin səlahiyyətlərinə aid olmadığı bildirilməklə müraciətinin həlli mümkün olmamış və ona uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməyi rəsmi qaydada tövsiyyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və əalvə olaraq bildirmişdir ki, ailəlidir, iki övladı var. Aqrar islahat zamanı övladları olmadığından onlara pay ayrılmamışdır. Lakin əri ilə birgə mülkiyyətçidir.Yeni mülkiyyət sənədini almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Belə ki, Xaçmaz rayon Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli 193 saylı uçot kitabında atasının adı Rəhmət olduğu halda səhvən Rəhman kimi yazılmışdır. Sənədlərdə yaranmış uyğunsuzluqların aradan qaldırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X2 bildirmişdir ki, Xaçmaz rayon AİKnın xx.xx.1998-ci il tarixli 12 saylı qərarına əsasən ona və arvadı Ərizəçi Xaçmaz rayonunun Çiləgir kəndində cəmi 0,46 ha torpaq sahəsi verilib. Həmin torpaq sahəsinə dair onlara JN-193 seriyalı, 30217038 kodlu torpağın mülkiyyət hüququna dair Dövlət aktı təqdim edilib. Lakin Xaçmaz rayon Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli 193 saylı uçot kitabında arvadının atasının adı Rəhmət olduğu halda səhvən Rəhman kimi yazılmışdır. Torpaq sahəsi onlara təhkim edilədən bu günə kimi həmin torpaq sahəsi istifadələrindədir və sənəddə olan yalnışlığa fikir verməmişlər. Bu yaxınlarda torpaq sahəsinə yeni sənəd almaq üçün DƏDRX-nə müraciət etmişlər. Dövlət aktında yaranmış yalnışlığa görə onlara yeni mülkiyyət sənədinin verilməsi mümkün olmamışdır. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında JN-193 seriyalı 30217039 kodlu Torpağın Mülkiyyət hüququna dair Dövlət aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 12 saylı qərarı X1 və Ərizəçi Rəhman qızına Xaçmaz rayonunun Çiləgir kəndində cəmi 0.46 ha pay torpaq sahəsi ayrılıb. İş materiallarında olan AA seriyalı ******* saylı yeni nəsil şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuşdur. İş materiallarında olan Xaçmaz RİHB-nın Nərəcan kənd İƏD Nümayəndəliyi tərəfindən verilmiş, V-ЖГ 406803 saylı, xx.xx.1991-ci il tarixli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, Ərizəçi ilə X2 arasında rəsmi nikah bağlanmışdır. Ərə Bəşirov, arvada Bəşirova soyadı verilmişdir. İş materiallarında olan Xaçmaz RİHB-nın Nərəcan kənd İƏD Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 320\2 saylı arayışından müəyyən olunur ki, JN-193 KOD 30217039 saylı dövlət aktında Ərizəçi Rəhman qızının ata adı mexaniki səhv olaraq Ərizəçi kimi yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X2 və Ərizəçi Rəhman qızının adına verilmiş JN-193 seriyalı, 30217038 kodlu torpağın mülkiyyət hüququna dair Dövlət aktında həmin paylı mülkiyyətçilərlə birgə Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X2 və Ərizəçi Rəhman qızının adına verilmiş JN-193 seriyalı, 30217038 kodlu torpağın mülkiyyət hüququna dair Dövlət aktında adları qeyd olunan digər hüquq sahibi ilə birgə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2094/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2094/2022
17.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver