Məhkəmə qərarları › İş №2(067)-2095/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2095/2022

12.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2095/2022 12.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonunun Xaçmaz bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı ilə mənə fərdi mənzil tikmək üçün 500 kv.metr torpaq sahəsinin satılması barədə xx.xx.2022-ci il tarixli 255 saylı Xaçmaz rayon X1 yəni, Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonunun Xaçmaz bələdiyyəsi tərəfindən xx.xx.2003-cü il tarixli, 13 saylı qərarı ilə ona fərdi mənzil tikmək məqsədi ilə 500 kv.metr torpaq sahəsi satılmışdır.xx.xx.2022-ci il tarixli 255 saylı Xaçmaz rayon X8 bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı ilə fərdi mənzil tikmək məqsədi ilə torpaq sahəsinin ayrılması barədə verilmiş arxiv çıxarışında soyadı “Şaşkunova” olduğu halda səhvən “Şoşkunova” ata adı “Nazir” olduğu halda isə “Nazil” kimi göstərilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, Xaçmaz rayonunun Xaçmaz bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı ilə ona fərdi mənzil tikmək üçün 500 kv.metr torpaq sahəsinin satılması barədə xx.xx.2022-ci il tarixli 255 saylı Xaçmaz rayon X5 soyadı “Şaşkunova” əvəzinə səhvən “Şoşkunova”, ata adı Nazir əvəzinə səhvən Nazil kimi yazılıb. xx.xx.2022-ci il tarixli 255 saylı Xaçmaz rayon X2 səhvin düzəldilməsi üçün Xaçmaz rayon Dövlət Arxivinə müraciət etmiş, lakin ona məhkəməyə ərizə ilə müraciət etməyi tövsiyə olunmuşdur. Ona görə həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məıhkəməyə müraciət etmişdir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Xaçmaz rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, məktubundan müəyyən olunur ki, Ərizəçi Xaçmaz rayon Bələdiyyəsinə müraciət etmiş, Xaçmaz şəhərində fərdi mənzil tikmək üçün 500 kv.metr torpaq sahəsinin ayrılması barədə verilmiş arxiv çıxarışında soyadı və ata adı fərqli olduğu üçün ona məhkəməyə ərizə ilə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, Xaçmaz rayon X3 müəyyən olunur ki, X6 xx.xx.2003-cü il tarixli iclasının 13 saylı protokolundan çıxarışda X9 Xaçmaz şəhərində fərdi mənzil tikmək üçün 500 kv.metr torpaq sahəsi satılmışdır. İş materiallarında olan Xaçmaz Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 13 saylı qərarından müəyyən olunur ki, Xaçmaz şəhərində fərdi mənzil tikmək üçün 500 kv.metr torpaq sahəsi Ərizəçi satılmışdır. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, məktubundan müəyyən olunur ki, Ərizəçi Xaçmaz rayon Bələdiyyəsi tərəfindən Xaçmaz şəhərində fərdi mənzil tikmək üçün 500 kv.metr torpaq sahəsinin ayrılması barədə verilmiş arxiv çıxarışında soyadı və ata adında uyğunsuzluq olduğu üçün Xaçmaz Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 13 saylı qərarının qüvvədə olması barədə arayış vermək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçi ona məxsus olmasının müəyyən edilməsini xahiş etdiyi Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 255 saylı Arxiv çıxarışı hüquqi əhəmiyyət daşımadığından və ərizəçi həmin arxiv arayışının verilməsinə əsas olmuş X6 xx.xx.2003-cü il tarixli 13 saylı protokolundan çıxarışın hüquq əhəmiyyətli sənəd kimi ona məxsus olması ilə bağlı Xaçmaz Bələdiyyəsinə müraciət etməli olsa da o, belə bir müraciət etmədiyindən hazırki tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar