Məhkəmə qərarları › İş №2(067)-210/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-210/2021

02.02.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-210/2021 02.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi barədə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək,xx.xx.1979-cu il təvəllüdlü qızı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1979-cu il təvəllüdlü qızı X5 “Uşaq seribral iflici, anadangəlmə lal-kar” diaqnozu ilə 1-ci qrup müddətsiz əlildir. Xəstə olduğuna görə öz hərəkətlərini dərk edə bilmir, hərəkət qabiliyyəti yoxdur, xəstəliyi barədə sənədində də göstərilir ki, kənar nəzarətə, qulluğa və köməyə ehtiyacı var. Bu səbəbdən də onun kənar nəzarətə, qulluğa və köməyə ehtiyacı var və o, xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir ki, üzərində himayəçi təyin olunsun. TSEK-nın müvafiq xx.xx.1995-ci il tarixli rəyindən müəyyən olunur ki, qızı X5 “Uşaq seribral iflici, anadangəlmə lal-kar” diaqnozu ilə 1-ci qrup müddətsiz əlildir. Hazırda ünvanlı sosial yardım almaq üçün müraciət etdikdə, qızı Nailənin də imzası tələb olunur. Lakin o, xəstə olduğuna görə sənədləri dərk edərək imzalaya bilmir. Qeyd olunanlarla əlaqədar ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Xaçmaz Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1955-ci ildə Quba rayonu, 1-ci Nügədi kəndində anadan olmuşdur. İş materiallarında olan AZ-T seriyalı 130167 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X5 xx.xx.1979-cu il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur. İş materiallarında olan TSEK-nın müvafiq xx.xx.1995-ci il tarixli rəyindən müəyyən olunur ki, qızı X5 “Uşaq seribral iflici, anadangəlmə lal-kar” diaqnozu ilə 1-ci qrup müddətsiz əlildir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli 2371 saylı Rəyindən müəyyən olunur ki, X4 ”X8 Gerilik qeyd olunur. Bunu anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri–zahirən gərgin olması, təfəkkürünün azproduktivliyi və torpidliyi, koqnitiv imkanların aşağı olması, əhvali-ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı, affektiv-eksploziv reaksiyalara meyilliyi, davranışı üzərində nəzarətin zəifləməsi, maraq dairəsinin məhdudluğu, tənqidinin olmaması və sair əlamətlər sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlinmişdir ki, X5 hazırki psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə uyğun olaraq ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətinin mənasına başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsuruna görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasındaa asılı olmayaraq, yaxın qohumların, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, xx.xx.1979-cu il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. xx.xx.1979-cu il ildə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar