Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2105/2021 24.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 «Sənədin şəxsə məxsus olması hüquqi faktının müəyyən edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək MH seriyalı, ******* nömrəli, **********05 reyestr nömrəli və MH seriyalı, ******* nömrəli, **********06 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların onlara, yəni ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən birinci Ərizəçi1 ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Xaçmaz rayonunda aparılan Aqrar islahatı zamanı onların paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Hülövlü kəndi ərazisindən 0,724783 ha və 0,09002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə mülkiyyət hüququna dair MH seriyalı, ******* nömrəli, **********05 reyestr nömrəli və MH seriyalı, ******* nömrəli, **********06 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədləri işlənmişdir. Mülkiyyətlərinə verilmiş torpaq sahələrini natura şəklində ayıraraq adam başına düşən paya dair hər birinə münasibətdə yeni mülkiyyət sənədləri almaq məqsədilə onlar Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər. Təqdim etdikləri sənədlər nəzərdən keçirilərkən MH seriyalı, ******* nömrəli, **********05 reyestr nömrəli və MH seriyalı, ******* nömrəli, **********06 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda onun adının səhvən “Xanımsoltan”, ata adının “Hümmətəli” olduğu halda səhvən “Hümmətli”, digər Ərizəçi2 adının “Mehti” olduğu halda səhvən “Mehdi” kimi yazıldığı müəyyən edildiyindən müraciətlərinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən onlara həmin uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Ona görə də onlar hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Göstərilənlərə əsasən ərizələrinin təmin edilməsini, MH seriyalı, ******* nömrəli, **********05 reyestr nömrəli və MH seriyalı, ******* nömrəli, **********06 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların digər ailə üzvləri X7, X5, X4 ilə bərabər onlara, yəni Ərizəçi1 və Ərizəçi2 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən digər Ərizəçi2 Ərizəçi1 izahatı ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 göstərdi ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 onun həmkəndliləridirlər. Xaçmaz rayonunda aparılan Aqrar islahatı zamanı ərizəçilərin və ailə üzvlərinin paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Hülövlü kəndi ərazisindən 0,724783 ha və 0,09002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə ərizəçilərin və ailə üzvlərinin mülkiyyət hüququna dair MH seriyalı, ******* nömrəli, **********05 reyestr nömrəli və MH seriyalı, ******* nömrəli, **********06 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədləri işlənmişdir. Hal-hazırda ərizəçilər və ailə üzvləri mülkiyyətlərinə verilmiş torpaq sahələrini natura şəklində ayıraraq adam başına düşən paya dair hər birinə münasibətdə yeni mülkiyyət sənədləri almaq məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər. Təqdim etdikləri sənədlər nəzərdən keçirilərkən MH seriyalı, ******* nömrəli, **********05 reyestr nömrəli və MH seriyalı, ******* nömrəli, **********06 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda Ərizəçi1 adının səhvən “Xanımsoltan”, ata adının “Hümmətəli” olduğu halda səhvən “Hümmətli”, digər Ərizəçi2 adının “Mehti” olduğu halda səhvən “Mehdi” kimi yazıldığı müəyyən edildiyindən müraciətlərinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən onlara həmin uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Ona görə də ərizəçilər hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilən ərizəçilərin qohumu Mustafayev Bəhram Əliqulu oğlu şahid X2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə ərizəçilərin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, birinci ərizəçinin şəxsiyyəti Ərizəçi1 olmaqla o, Xaçmaz rayonunun Hülövlü kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ikinci ərizəçinin şəxsiyyəti Ərizəçi2 olmaqla o, Xaçmaz rayonunun Hülövlü kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş MH seriyalı, ******* nömrəli, **********05 reyestr nömrəli və MH seriyalı, ******* nömrəli, **********06 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətlərindən görünür ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2, ailə üzvləri X7, X5, X1 mülkiyyətlərinə Xaçmaz rayonunun Hülövlü kəndi ərazisindən 0,724783 ha və 0,09002 ha kənd təsərrüfatı təyinatlıa torpaq sahələri verilmişdir. İstinad olunan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, həmin mülkiyyət sənədində Ərizəçi1 adı səhvən “Xanımsoltan”, ata adı “Hümmətəli” olduğu halda səhvən “Hümmətli”, digər Ərizəçi2 adı “Mehti” olduğu halda səhvən “Mehdi” kimi yazılmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Ərizəçi1 ünvanladığı 21 iyun 2021-ci il tarixli, **********95 nömrəli məktubdan görünür ki, MH seriyalı, ******* nömrəli, **********05 reyestr nömrəli və MH seriyalı, ******* nömrəli, **********06 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar JN 0017 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən işlənib hazırlanmışdır. Hal-hazırda hüquq sahiblərinin soyad, ad və ata adlarında yaranmış uyğunsuzluqların aradan qaldılırılması və düzəlişlərin həyata keçirilməsinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilməklə bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında ərizəçilərin izahatları, şahidlərin ifadələri və iş materialları ilə müəyyən edilmişdir ki, ərizəçilərin şəxsiyyəti Ərizəçi1 və Ərizəçi2dur. Xaçmaz rayonunda aparılan Aqrar islahatlar zamanı ərizəçilərin və ailə üzvlərinin paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Hülövlü kəndi ərazisindən 0,724783 ha və 0,09002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə ərizəçilərin və ailə üzvlərinin mülkiyyət hüququna dair MH seriyalı, ******* nömrəli, **********05 reyestr nömrəli və MH seriyalı, ******* nömrəli, **********06 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədləri işlənmişdir. Hal-hazırda ərizəçilər və ailə üzvləri mülkiyyətlərinə verilmiş torpaq sahələrini natura şəklində ayıraraq adam başına düşən paya dair hər birinə münasibətdə yeni mülkiyyət sənədləri almaq məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər. Təqdim etdikləri sənədlər nəzərdən keçirilərkən MH seriyalı, ******* nömrəli, **********05 reyestr nömrəli və MH seriyalı, ******* nömrəli, **********06 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda Ərizəçi1 adının səhvən “Xanımsoltan”, ata adının “Hümmətəli” olduğu halda səhvən “Hümmətli”, digər Ərizəçi2 adının “Mehti” olduğu halda səhvən “Mehdi” kimi yazıldığı müəyyən edildiyindən müraciətlərinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən onlara həmin uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Ona görə də ərizəçilər hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar.. Məhkəmə tədqiqatı zamanı MH seriyalı, ******* nömrəli, **********05 reyestr nömrəli və MH seriyalı, ******* nömrəli, **********06 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın digər ailə üzvləri X7, X5, X4 ilə bərabər ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı tamamilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçilər qeyd olunan hüquq müəyyənedici sənədlərin digər ailə üzvləri ilə bərabər onlara məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişlər. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Bütün yuxarda şərh edilib göstərilənlərə əsasən məhkəmə hesab edir ki, MH seriyalı, ******* nömrəli, **********05 reyestr nömrəli və MH seriyalı, ******* nömrəli, **********06 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların digər ailə üzvləri X7, X5, X4 ilə bərabər ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapdığından ərizə təmin edilməklə qeyd edilən hüquqi əhəmiyyətli fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. MH seriyalı, ******* nömrəli, **********05 reyestr nömrəli və MH seriyalı, ******* nömrəli, **********06 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların digər ailə üzvləri X7, X5, X4 ilə bərabər ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev. Düzdür: HAKİM XİDİR QULİYEV
Məhkəmə qərarları › İş №2(067)-2105/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2105/2021
24.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver