Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-211/2025 10.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X22, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Qanuni nümayəndə Həbubulla qızına və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mirasın qəbul edilməsi faktının və mirasdan payların müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07 noyabr 2017-ci il tarixdə Xaçmaz rayon 1 saylı notariat ofisi tərəfindən X6 və X5 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mərhum X7 miras qalmış Xaçmaz rayon Qımı Qışlaq kəndində yerləşən Azərbaycan Sövet Sosialist Respublikası vaxtında verilən xx.xx.1988-ci il 78 nömrəli çıxarışlı fərdi yaşayış evinə və Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti X38nin ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayon Nabran kəndində 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə mirasın tərəfindən qəbul edilməsi faktını müəyyən etməklə mirasdan paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsini, etibarsız hesab edilməsi kimi qeyd edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, atası Xaçmaz rayon Qımıl-Qışlaq kəndində yaşamış və Xaçmaz rayon Qımıl-Qışlaq kəndində yerləşən Azərbaycan Sovet Sosialist Respublikası vaxtında verilən xx.xx.1988-ci il, 78 nömrəli çıxarışlı fərdi yaşayış evi nənəsi X20 tərəfindən xx.xx.2007-ci il tarixli vəsiyətnaməyə əsasən X4na vəsiyyət edilmişdir. Həmçinin atası sağlığında ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayon Nabran kəndində 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi almışdır. xx.xx.1992-ci il təvəllüdlü İddiaçı valideyinlərinin tək övladı olmuş, anası vəfat etdikdən sonra atası X1 (Mahmudova) Gülyaz Həbibulla qızı ilə ailə qurmuş və həmin nikahdan xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh2 dünyaya gəlmişdir. X30 vəfat edəndə İddiaçı 25 yaşı olmuş və Xaçmaz rayon Qımıl qışlaq kəndində qeydiyyatda olmaqla yaşamışdır. Zərnigar atasının vəfatından əvvəldə, atasının vəfatı vaxtıda və vəfatından sonra da sözü gedən mülkdə yaşamış, atasının yasını analığı ilə birlikdə vermiş və təsərrüfatı birlikdə idarə etmişlər. Evin komunal xərclərindən tutmuş evin hər ehtiyacının ödənilməsində Zərnigar iştirak etmiş və həmin müddətdə həyat yoldaşı ilə birlikdə ata mülkündə yaşamışdır. İddiaçı Abduləliyev Ağa ilə rəsmi nikahda olmuş, həmin nikahdan doğulan xx.xx.2015-ci il təvəllüdlü X25 və xx.xx.2017-ci il təvəllüdlü Abduləliyev Ömər ağa oğlu Xaçmaz rayon Qımıl Qışlaq kəndində yerləçən ata mülkündə doğulmuşlar. Zərnigar uşaqların peyvəndi də həmin ünvanda edilmiş və sahə həkmi nəzarət etmişdir. Atasının ölümündən sonra Zəmigarın analığı Şahmuradova (Mahmudova) X15 həmin evdə yaşadığı halda ondan gizlədərək Xaçmaz rayon İHB-nm Qımıl-Qışlaq İƏD üzrə nümayəndəsi Faiq Orucovla gizlin cinayətkar sövdələşməyə girərək Zərnigarın atasından qalan mülklərinə sahib olmaq məqsədilə yalnız özü və oğlunun adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alması və İddiaçı vərəsə kimi göstərməmək şərtilə xx.xx.2017-ci il tarixdə 875 saylı saxta arayış tərtib etməklə özü və oğlunun adına xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. Xaçmaz rayon İHB-nm Qımıl- Qışlaq İƏD üzrə nümayəndəsi Faiq Orucov İddiaçı qapı qonşusu olmaqla Zərnigarı uşaqlıqdan tanımış, Şahin Şahmuradov qızı olduğunu bilmiş, Zərnigarın atasının sonradan yenidən ailə qurması və oğlu olması barədə yaxından məlumatı olmuş və Zərnigarın atasının yasında iştirak etməklə Zərnigarı hər gün ata evində, qonşuluğunda görmüşdür. Lakin məlum səbəblərdən arayış verərkən Şahin Şahmuradovun övladı olaraq İddiaçı vərəsələr sırasında qeyd etməmiş, yalnız Şahmuradova (Mahmudova) Gülyaz Həbibulla qızı ilə xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh2 adını forma 2 arayışında qeyd etməklə qəsdən İddiaçı qanun üzrə vərəsəlikdən kənarda qalmasına şərait yaratmışdır. Zərnigar evdə sənədlərə baxarkən nənəsi Sadya Şahmuradovanın yaşadığı evi atasına vəsiyyət edilməsi barədə sənədi gördükdən sonra evin atasının adına rəsmiləşdirilməsi üçün Xaçmaz rayon notariat kontoruna müracit etmiş, notariat kontarunda isə Zərnigara vərəsəlik qaydasında çıxış etmədiyini və adının Qımıl Qışlaq İƏD-nin verdiyi arayışda ailə tərkibində göstərilmədiyi bildirilmişdir. Məsələni araşdırmaq üçün Qımıl-Qışlaq İƏDnümayəndəsi Faiq orucovun yanına getmiş, nümayəndə F.Orucov verdiyi arayışla bağlı müxtəlif yalanlar söylədiyi və onun əməlində cinayət tərkibi olduğu üçün Xaçmaz rayon prokurorluğuna rəsmi ərizə ilə müraciət etmişdir. Xaçmaz rayon prokurorluğu xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixli qərarlarla əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması barədə qərar qəbul etsə də, Baş prokurorluğa qərarın ləğvi ilə bağlı şikayətdən sonra xx.xx.2023-cü il tarixli qərarla Xaçmaz rayon İHB-nın Qımıl-Qışlaq İƏD üzrə nümayəndəsi Faiq Orucov Azərbaycan Respublikası CM-nin 314-cü maddəsinidə nəzərdə tutmuş əməli törətməkdə təqsirli bilinmiş, lakin müddətin keçməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən rədd edilmişdir. Həmçinin İddiaçı analığı Qanuni nümayəndə Azərbaycan Respublikası CM-nin 320.2-cü maddəsinidə nəzərdə tutmuş əməli törətməkdə təqsirli bilinmiş, lakin müddətin keçməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən rədd edilmişdir. Xaçmaz rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarında Şahmuradova (Mahmudova) Gülyaz Həbibulla qızının xx.xx.2017-ci il tarixli 875 nömrəli arayışın əsassız və qanunsuz olduğunu bildiyi halda Xaçmaz rayon notariat kontoruna müraciət edərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamə aldığı, bilə-bilə saxta sənədlərdən istifadə etdiyi və bu əməli ilə Azərbaycan Respublikası CM-nin 320.2-cü maddəsinidə nəzərdə tutmuş əməli törətdiyi öz təsdiqini tapmışdır. Göründüyü kimi İddiaçı analığı Şahmuradova (Mahmudova) Gülyaz Həbibulla qızının və Xaçmaz rayon İHB-nın Qımıl-Qışlaq İƏD üzrə nümayəndəsi Faiq Orucovun qanunsuz və cinayətkar əməlləri nəticəsində qanun üzrə vərəsəlik hüququndan məhrum qalmış və hüquqlarını və vərəsəlik hüququnu bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Xaçmaz rayon saylı notariat ofisinə atası xx.xx.2017-ci il tarixdə vəfat etmiş X7 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün müraciət etsə də, notarusdan ona miras payının tam hissə üzrə Şahmuradova (Mahmudova) Gülyaz Həbibulla qızının və Cavabdeh2 adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verildiyi üçün mümkün olmadığı və bununla bağlı məhkəməyə müraciət etməyinin məqsədə uyğun olduğu qeyd edilmişdir. O isə kasıb, təkbaşına iki az yaşlı uşaq böyüdən və hüquqlarını bilməyən, aldadılmış yeganə ümüdü ata mülkü olan tək qadındır. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olubolmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyri-formal üsulla mirası qəbul etməsinə baxmayaraq məhkəmələr tərəfindən formal mülahizələrə əsasən (vərəsəlik şəhadətnaməsinin olmaması, vərəsənin mirasa ehtiyacının olmaması və s.) bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin məhkəmə müdafiəsi, o cümlədən subyektiv hüququn “olmaması” səbəbi ilə iddia ərizəsinin rədd edilməsi ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Məhkəmə iclasında iddiaçı tərəf iddanı müdafiə edərək təmin olunmasını xahiş etmişlər. İş üzrə cavabdehlər və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə Həbubulla qızına və cavabdeh Xaçmaz rayon 1 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi çatdırılsa da, cavabdehlər və ya nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək göstərmişdir ki, iddiaçı miras qoyan Şahin Şahmuradovun qızıdır. Cavabdeh Şahin Şahmuradovun birinci nikahdan olan arvadı olub. Onların rəsmi nikahından Cavabdeh2 anadan olmuşdur. xx.xx.2017-ci ildə Şahin Şahmuradov vəfat etmişdir. İddiaçı 2 saylı forma almaq üçün müraciət edəndə müəyyən edir ki, qanun üzrə vərəsə kimi yalnız cavabdehlərin adları qeyd olunub, onun adı isə qeydə alınmayıb, yalnız cavabdehlərin adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilib. İddiaçıya qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina ediblər. İddiaçı bununla bağlı prokurorluğa müraciət edib. 2 dəfə cinayət işinin başlanması rədd edilsə də, sonradan İƏD üzrə nümayəndənin və cavabdeh Qanuni nümayəndə məsuliyyətləri müəyyən olunub, lakin cəlbetmə müddətləri keçdiyinə görə cinayət işi başlanmayıb. Notarius imtina verdiyinə görə məhkəməyə müraciət etmişlər. İddiaçı birinci növbəli vərəsə hesab edilməsini istəyir. Miras kimi ev, həyətyanı torpaq sahəsi və pay torpaq sahəsi vardır. 599,40 manat pula dair qanun üzrə vərəsəlik haqqında .şəhadətnamə verilib. 28 sot torpaq sahəsini Şahin digər şəriki ilə birlikdə satın alıblar, sonra hər birinin adına 14 sot torpaq sahəsi rəsmiləşdirilib. Ev Sadiyanın adınadır. Vəsiyyətnamədən başqa anasının Şahin Şahmuradova bağışlama müqaviləsi də var. Ev nənənin adındadır, o, da evi Şahinə bağışlayıb, lakin Şahin evi öz adına rəsmiləşdirməyib. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh, eyni zamanda digər Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə Həbubulla qızı iddia tələbləri ilə razı olmadığını bildirmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X17 xx.xx.2017-ci ildə, X8 xx.xx.2011-ci il tarixdə vəfat etmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 xx.xx.1965-ci ildə anadan olmuşdur. Atası Cavabdeh2 Beybala oğlu, anası X20 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1992-ci ildə anadan olmuşdur. X4, anası X8 qeyd edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Qımılqışlaq İƏD üzrə nümayəndəsinin xx.xx.2017-ci il tarixli 875 nömrəli arayışından müəyyən olunur ki, X17 xx.xx.2017-ci il tarixədək Xaçmaz rayon Qımılqışlaq kəndində yaşamış, orada da xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır. Arvadı Mahmudova (Şahmuradova) Gülyaz Həbibulla qızı, oğlu Cavabdeh2. Ölümündən sonra evi və təsərrüfatı Mahmudova (Şahmuradova) Gülyaz Həbibulla qızı idarə edir. İş materiallarında olan Xaçmaz rayon Qımılqışlaq İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 438 nömrəli arayışından müəyyən olunur ki, X17 1965-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Xaçmaz rayon Qımılqışlaq kəndində yaşamış, orada da xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır. Arvadı Mahmudova (Şahmuradova) Gülyaz Həbibulla qızı, qızı X9, oğlu Cavabdeh2. Ölümündən sonra evi və təsərrüfatı Mahmudova (Şahmuradova) Gülyaz Həbibulla qızı və qızı X9 idarə edir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2017-ci il tarixli, reyestrdə 2V-1-993 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətində qeyd olunur ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X10 vərəsələri Cavabdeh2 və Mahmudova (Şahmuradova) Gülyaz Həbibulla qızıdır. Şəhadətnamə verilən miras əmlak Kapitalbank Xaçmaz filialı tərəfindən 837 nömrəli xx.xx.2017-ci il tarixdə verilmiş arayışa əsasən 599.40 manat pulu hər birinə bərabər hissələrlə. İş materiallarında olan X5 Xaçmaz notariat konroruna yazdığı ərizəsindən görünür ki, Xaçmaz rayon Qımılqışlaq kəndində yaşamış həyat yoldaşı X17 xx.xx.2017-ci ildə vəfat etmişdir. Miras əmlak Kapitalbank Xaçmaz filialında qalan pul vəsaitindən ibarətdir. Ondan başqa vərəsələri yoxdur. İş materiallarında olan Cavabdeh2 Xaçmaz notariat konroruna yazdığı ərizəsindən görünür ki, Xaçmaz rayon Qımılqışlaq kəndində yaşamış X4 xx.xx.2017-ci ildə vəfat etmişdir. Miras əmlak Kapitalbank Xaçmaz filialında qalan pul vəsaitindən ibarətdir. Ondan başqa vərəsələri yoxdur. İş materiallarında olan sorğuya əsasən alınmış Kapitalbank Xaçmaz filialının xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, 20 yanvar 2017-ci ildə ünvan 1i ünvanında vəfat etmiş X10 adına sosial kart hesabı və balansında 599.40 AZN pul vəsaiti vardır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 ilə X12 arasında nikah xx.xx.2015-ci il tarixdə bağlanmışdır. Nikahdan sonra qadın Şahmuradova soyadını qəbul etmişdir. İş materiallarında olan 03 may 2007-ci ildə tərtib edilmiş vəsiyyətnamədən müəyyən olunur ki, X20 özünə məxsus olan bütün əmlakını, o cümlədən Qımılqışlaq kəndində yerləşən evini oğlu X11 vəsiyyət etmişdir. İş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 1ində yerləşən 3 otaqlı, yaşayış sahəsi 40.67 kv.metr olan fərdi yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Xaçmaz rayon XDS-nin xx.xx.1988-ci il tarixli 78 nömrəli qeydinə əsasən X13 adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2015-ci il qeydiyyat tarixli, **********70 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Xaçmaz rayonunun Nabran kəndində 0.14 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 8 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Xaçmaz rayonu Qımılqsşlaq kənd İƏD üzrə nümayəndəsi X18 qanunsuz hərəkətləri faktı əsasında toplanmış materialda cinayət tərkib olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 12 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X18 barəsində Azərbaycan Respublikası CM-nin 314-cü maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən rədd edilmişdir. 2. ünvan 1 İƏD üzrə nümayəndəsi X18 barəsində toplanmış materialda cinayət tərkibinin əlaməti olmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 308.1 -ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan 25 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X18 barəsində Azərbaycan Respublikası CM-nin 314-cü maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən rədd edilmişdir. 2. Xaçmaz rayonu, Qımılqışlaq kənd İƏD üzrə nümayəndəsi X18 barəsində toplanmış materialda cinayət tərkibinin əlaməti olmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 313 və 320-ci maddələri ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. 3. Qanuni nümayəndə barəsində Azərbaycan Respulikası Cm-nin 320.2-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2015-ci ildə anadan olmuşdur. X4, anası X12 qeyd edilmişdir. İş materiallarında olan X20 ilə X17 arasında bağlanmış 06 iyun 2007-ci il tarixli müqavilədən görünür ki, X3 rayon TİB-nin xx.xx.1988-ci il tarixli 78 nömrəli qeydiyyat vəsiqəsinə əsasən nə əsasən özünə məxsus olan Xaçmaz rayon Qımılqışlaq kəndində yerləşən ayrılmış torpaq sənədi üzrə 0.32 ha olan 3 mərtəbəli, ümumi sahəsi 121.97 kv.netr olan evini X11 bağışlamışdır. İş materiallarında olan sorğuya əsasən alınmış Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X38 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, arxiv məlumatlarında X16 məxsus Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində fərdi yaşayış evi qeydə alınmışdır. Həmin evə 05 iyun 2007-ci il tarixdə məhdudiyyət yüklülüyü barədə arayş verilmişdir. Lakin əmlakın özgəninkiləşməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-469F kod 30214018 saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı ilə X13 mülkiyyətinə 0,32 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsindən görünür ki, 07 noyabr 2017-ci il tarixdə Xaçmaz rayon 1 saylı notariat ofisi tərəfindən X6 və X5 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsiz hesab edilməsi, mərhum X7 miras qalmış Xaçmaz rayon Qıml Qışlaq kəndində yerləşən Azərbaycan Sövet Sosialist Respublikası vaxtında verilən xx.xx.1988- ci il 78 nömrəli çıxarışlı fərdi yaşayış evinə və Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti X38nin ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayon Nabran kəndində 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə mirasın tərəfimizdən qəbul edilməsi faktını müəyyən etməklə mirasdan paylarının müəyyən edilməsini xahiş etmişdir. İş materiallarında olan sorğuya əsasən alınmış Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X35 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Xaçmaz rayonu Qımıl-qışlaq kəndində yerləşən X16 məxsus fərdi yaşayış evi üzərində hər-hansı yüklülük qeydə alınmamışdır. İş materiallarında olan AN-İ № seriyalı ******* nömrəli xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X17 mülkiyyətində olan ünvan 2i ünvanında yerləşən 014 ha torpaq sahəsini X2. İş materiallarında olan torpağan mülkiyyət hüququna dair JN-0245 kod 30216018 saylı dövlət aktının surətindən müəyyən olunur ki, Aqrar İslahat Komissiyasının 11 dekabr 2002-ci il tarixli 05 saylı qərarı ilə X10 mülkiyyətinə 0,28 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. 1133.1-ci maddəsinə əsasən Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 324.1-ci maddəsinə əsasən Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 327-ci maddəsinə əsasən Birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Belə ki, işin faktiki halları ilə mülki qanunvericiliyinin normalarını müqayisəli şəkildə təhlil edərkən müəyyən olunur ki, miras qoyan Şahin Şahmuradovun ölümündən sonra onun birinci növbəli vərəsələri hazırki iş üzrə cavabdehlər olan arvadı Qanuni nümayəndə və oğlu Cavabdeh2, və birinci nikahdan olan qızı hazırki iş üzrə iddiaçı olan İddiaçıdır. Lakin cavabdeh Qanuni nümayəndə miras qoyanın əmlakına tam sahiblik etmək məqsədilə qanunsuzluğa yol verərək, miras qoyanın digər qanun üzrə vərəsəsi olduğunu bilərək, bunu notariat orqanında gizlətmiş, bununla bağlı heç bir məlumat verməmiş, bu azmış kimi, icra nümayəndəliyindən əldə etmiş saxta sənədi notariat orqanına təqdim etməklə miras qoyan vərəsələri kimi özü və oğlunu qeyd etmişdir. Bu fakt ibtidai araşdırma nəticəsində öz əksini tapsa da, cinayəti törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilmə müddətləri keçdiyi üçün bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilmişdir. Bununla da bəlli olur ki, İddiaçı miras qoyan X30un birinci növbəli vərəsəsi olduğu halda, cavabdeh Qanuni nümayəndə və qeyrisinin qanunsuz əməlləri nəticəsində vərəsəlikdən kənarda qalmışdır. Belə olan halda, Xaçmaz rayon 1 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2017-ci il tarixli, reyestrdə 2V-1-993 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. İddia tələbinin qalan hissəsi ilə bağlı məhkəmə hesab edir ki, mirasın qəbul edilməsi faktının və mirasdan payların müəyyən edilməsi tələbinə hissəsi rədd edilməlidir. Belə ki, tərəflər notariat ofisinə müraciət etməli və miras əmlak onlar arasında bərabər paylarla bölüşdürülməlidir. Tərəflər arasında mübahisə yarandıqda, məhkəməyə müraciət etmək hüquqları yaranacaqdır. Azərbaycan Respublikasının “Notariat haqqında” Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. İşin yuxarıda sadalanan hallarına əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Xaçmaz rayon 1 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2017-ci il tarixli, reyestrdə 2V-1-993 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-211/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-211/2025
10.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver