Məhkəmə qərarları › İş №2(067)-2111/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2111/2024

11.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2111/2024 11.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh səlahiyyətli nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «Əsassız hesablanmış pul məbləğinin silinməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh Xaçmaz X9 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt və yoxlamanın nəticələrinə dair komissiya qərarı əsasında abonent hesabına yazılmış 4665,60 manat pulun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Xaçmaz şəhəri, ünvan 1 ünvandakı yaşayış evi ona məxsusdur. Kommunal xərclər onun adına gəlir. Evdə sayğacın təbii qazdan qeyri-qanuni istifadə olunması barədə Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə ******* nömrəli akt yazılaraq onu cəmi 4665,60 manat cərimə ediblər. Hansı ki, onun sayğacı bayırda yerləşir, heç nədən xəbəri olmamış, əlavə olaraq hər hansı bir müdaxilə olunmamışdır. Bunu Qaz idarəsinin nəzarətçiləri də bilir. Onun tərəfindən hər hansı qanun pozuntusuna yol verilməməsi, hər hansı nöqsanlara yol verilmədiyi barədə dəfələrlə “Azəriqaz’' İB-nə müraciət etsə də əsassız olaraq ona yazılmış cəriməni silməkdən boyun qaçırmışlar. Hətta bu barədə yaşadığı küçənin nəzarətçilərinə də dəfələrlə bildirmişdir. Hər ay istifadə etdiyi qaz sərfıyatının haqqını ödəmişdir. Ödəniş etməsi barədə qəbzləri də vardır. Hal-hazırda sayğacdakı göstərişə əsasən heç bir borcu yoxdur. xx.xx.2024-cü il tarixli akt yazılarkən onun xəbəri olmamışdır. Evə bildiriş gəldikdə “Azərqaz" İB-yə 4665,60 manat borcu olduğu ona məlum olmuşdur. Halbuki, onun borcu yoxdur, onun evinə baxış keçirilsə evində olan sayğacın duzgun işlədiyi, heç bir kənar xəttə qoşulma və təbii qazdan qanunsuz istifadə etmə hallarına yol vermədiyi müəyyən ediləcəkdir. Onun hesabına əsassız yazılmış 4665,60 manat məbləğlə bağlı Cavabdeh İB X10 İstismar İdarəsinə müraciət etsə də əsassız yerə yazılmış pul hal-hazıradək silinməmişdir. Bildirmək istəyir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə yerində müayinə keçirməklə səs və video yazıları ilə, şahidlərin ifadələri və işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qazdan qanunsuz istifadə etməsi barədə heç bir əsas və sübut yoxdur. Göstərilənlərə əsasən Cavabdeh Xaçmaz X9 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt və yoxlamanın nəticələrinə dair komissiya qərarı əsasında abonent hesabına yazılmış 4665,60 manat pulun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verməklə göstərdi ki, o, ünvan 2 ünvandakı evi qardaşı ilə bölərək bir ünvanda yaşayırlar. Həmin ünvanda evin bir hissəsi ünvan 4lan mənzil ünvan 5 ünvanda əvvəl qaz sayğacı olmamış, şəxsi vəsaiti hesabına sayğac alaraq müvəqqəti olaraq qardaşının evindən sayğacdan sonra qaz götürüb özü üçün aldığı sayğaca çəkdirmiş, həmin sayacı da qardaşının yaşadığı evin qapısının yanına qoymuşdur. Həmin qaz xəttindən 1 göz xərək üçün, 1 göz 4 göz soba üçün, 1 göz də kombi istilik sistemi üçün gətirib quraşdırmışdır. Qardaşının həyətindən gələn təbii qaz onun aldığı sayğacdan keçib evinə gəlmişdir. Özü üçün sayğacı ona görə qoymuşdur ki, ayın sonunda göstəricini yoxlayaraq sərf etdiyi qazın pulunu göstəriciyə uyğun hesablayaraq qardaşına ödəsin. Beləliklə qısa bir müddət qazdan bu şəkildə istifadə etmiş və hər ay vaxtı çatdıqda istifadə etdiyi həcmə uyğun qazın pulunu qardaşına ödəmiş, qardaşı da onun verdiyi pulu Qaz İdarəsinə ödəmişdir. Daha sonra o, öz yaşadığı ev üçün Qaz İdarəsindən layihə alaraq evinə ayrıca qaz xətti çəkdirmişdir. Layihə aldıqdan sonra Qaz İdarəsinin işçiləri gələrək onun qaz sayğacını yaşadığı ünvana döngə hissəyə, düz həyət qapısının yanına quraşdırmışlar. Sonradan isə əsassız olaraq akt tərtib etmişlər ki, guya onun tərəfindən qazdan daşıyıcı xəttə qeyri-qanuni yolla qoşulmaqla istifadə halına yol verilmişdir. Bu hal isə həqiqətə uyğun deyildir. Kənar xətt dedikləri hissə əvvəllər onun qardaşının həyətindən sayğacdan sonra götürdüyü və sayğacına müvəqqəti quraşdırdığı həmin xətt olmuşdur ki, özünə layihə alıb ayrıca yeni xətt çəkdirdikdən sonra həmin xətti bağlatmış və istifadə olunmayan hissə kimi orada qalmışdır. Ümumiyyətlə həmin yerə qaz gəlmir. Beləliklə də onun tərəfindən hər hansı qeyri-qanuni hərəkətə yol verilmədiyi halda barəsində aktlar tərtib edilməklə abonent hesabına əsassız pul hesablanmışdır. Ona görə də iddiasının əsaslı olduğundan təmin edilməsini, Cavabdeh Xaçmaz X9 İdarəsi tərəfindən tərtib edilmiş aktlar əsasında abonent hesabına əsassız olaraq yazılmış 4665,60 manat pulun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh səlahiyyətli nümayəndəsi X8 məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında göstərdi ki, İddiaçı yaşadığı ünvana Cavabdeh Xaçmaz X9 İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı abonent tərəfindən sayğaca qədər daşıyıcı xəttə qeyri-qanuni qoşulma, qazdan qeyriqanuni istifadə halı aşkar olunmuş və bu səbəbdən də xəttə qeyri-qanuni müdaxilə faktına görə abonentin hesabına 4665,60 manat məbləğində cərimə hesablanmışdır. Baxış keçirələrkən video çəkiliş də aparılmış, kənar xəttin çəkilməsi barədə video görüntü diskə köçürülmüşdür. Ona görə də iddianı əsassız hesab edir və təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən iddiaçının təqdim etdiyi Şahid göstərdi ki, iş üzrə İddiaçı onun doğma qardaşı olmaqla onlar ünvan 7 ünvanda yaşasalar da həyətyanı sahəni və evi aralarında bölmüşlər. İlk əvvəllər qardaşı imkanı olmadığından onun evinə gələn qaz sayğacından sonra öz evinə qaz xətti apararaq özü üçün aldığı sayğaca qoşub yaşadığı evində qazdan istifadə etmiş, hər ay vaxtlı-vaxtında özünə məxsus sayğacda göstərilən göstəriciyə baxıb sərf etdiyi qazın pulunu ona ödəmiş, o da öz istifadə etdiyi sərfiyyatla birlikdə qazın pulunu ümumi şəkildə öz adından ödəmişdir. Sonradan qardaşı Elşən müvafiq qaydada layihə alaraq ana xəttdən yaşadığı ünvana ayrıca qaz xətti çəkdirmiş, köhnə xətti tamamilə ayırmışdır. Həmin köhnə xəttə ümumiyyətlə qaz gəlmir. Məkəmə iclasında müətəxəssis qismində dindirilən Azərbaycan Respublikası Enerji X1 Xaçmaz Filialının müfəttişi X7 göstərdi ki, qeyd olunan mülki iş üzrə məhkəmənin müvafiq sorğusu əsasında tərəfindən təqdim edilmiş materiallar əsasında araşdırma aparılmış, araşdırma zamanı İddiaçı yaşadığı ünvanda təbii-qazdan qeyri-qanuni isatifadəyə yol verməsi halını müəyyən etmək mümkün olmamış və bu barədə rəyini vermişdir. Verdiyi rəydə göstərilənləri təsdiq edir. Mütəxəssis qismində dindirilən X7 əlavə olaraq göstərmişdir ki, abonent İddiaçı barəsində qazdan qanunsuz istifadə ilə bağlı İXM-nin 282.1-ci maddəsi inzibati qaydada tədbir görülməsi üçün 2024-cü ilin aprel ayında Cavabdeh İB-nın Xaçmaz X9 İdarəsindən müraciət və materiallar daxil olmuş, lakin təqdim edilmiş materiallara və fərdi yaşayış evinə baxış keçirilərkən istehlakçı İddiaçı əməllərində İXM-nini 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün digər əlamətləri müəyyən olunmadığından inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar yaranmış və 16 may 2024-cü il tarixdə həmin vətəndaşla bağlı inzibati xəta haqqında işin başlanılmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Məhkəmə tərəflərin izahatlarını, şahidin və mütəxəssisin ifadələrini dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 08 fevral 2024-cü il tarixli, ******* nömrəli «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» aktdan müəyyən olunur ki, abonent kodu **********0020 olan Xaçmaz şəhər sakini İddiaçı barəsində sonuncuya məxsus mənzilə baxış keçirilməklə həmin ünvanda abonentin “sayğaca qədər daşıyıcı xəttə qeyriqanuni qoşularaq qazdan istifadə etməsi” qeyd edilməklə akt tərtib edilmişdir. Aktın son hissəsində olan imza yerlərindən görünür ki, həmin aktda istehlakçının nümayəndəsi hissədə İddiaçı akta imza etməkdən imtina etməsi qeydiyyatı aparılmışdır. İş materiallarında olan 08 fevral 2024-cü il tarixli «Dəymiş ziyanın bərpasına dair» hesablama sənədində göstərilmişdir ki, PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, iran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, 32 kw lik kombinin maksimal saatlıq qaz sərfi 3.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, Xərəyin maksimal saatlıq qaz sərfi 2 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və tərtib olunmuş qeyd olunan sənəddə cəmi 38880 kub metr qaz sərfiyyatına görə borc hesablanmışdır. Əsas: 08 fevral 2024-cü il tarixli, ******* nömrəli akt. İş materiallarında olan Azəriqaz İB-nin abonent İddiaçı adına tərtib etdiyi abonentin saldosundan müəyyən olunur ki, İddiaçı abonent hesabına 2024-cü il üzrə qalıq və aktlar üzrə 4665,60 manat cərimə hesablanmışdır. İş materiallarında olan, məhkəmənin müvafiq sorğu məktubu əsasında Azərbaycan Respublikası Enerji X1 Xaçmaz Filialının müfəttişi Polad Mövlamov tərətindən verilmiş 26 avqust 2024-cü il tarixli rəydən görünür ki, məhkəmə tərəfindən təqdim edilmiş sorğu məktubu və sənədlər (materiallar) agentliyin müfəttişi tərəfindən təhlil edilərək qoyulmuş sualların mahiyyəti üzrə aşağıdakı rəy verilmişdir: Təhlil nəticəsində məlum olmuşdur ki, Cavabdeh İB-nin X12 İstismar idarəsinin nümayəndələri tərəfindən Xaçmaz şəhəri, Bakı küçəsi ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğuna görə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt tərtib edilərək itirilmiş qazın bərpası məqsədilə hesabat aparılaraq 4665.60 manat məbləğində borc (39090 m3) abonentin hesabına daxil edilmişdir. - “Azəriqaz İB” Xaçmaz RQİİ tərəfindən təqdim olunan sənədlərə (materiallara) əsasən həqiqətən X2 məxsus Xaçmaz şəhəri Bakı küçəsində yerləşən evində qazdan qanunsuz qoşulmaqla istifadə olunmasını müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı "Qazdan istifadə Qaydalan”nm (bundan sonra Qaydalar) 6.5-4-cü bəndinə əsasən “Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.” -“Azəriqaz İB” Xaçmaz RQİİ-nin nümayəndələri tərəfindən dəymiş ziyan hesablanan zamanı Qaydaların 6.5-1.1-ci, 6.5-1.2-ci və 6.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmamışdır. Həmçinin abonent saldosuna baxan zaman 1 ədəd məişət tipli PQ-4 qaz plitəsi və 1 ədəd kombi tipli su qızdırıcı Xaçmaz RQİİ-nin kompüter qeydiyyatında olduğu müəyyən olunmuş, lakin hesabat təqdim olunan materiallarda həqiqətən bu cihazları işlətməsi sübuta yetirilmədən 1 ədəd PQ-3 qaz plitəsi, 1 ədəd PQ-4 qaz plitəsi, 1 ədəd iran sobası, 1 ədəd 32 kw gücündə"kombi, 1 ədəd xərək üzrə aparılmışdır. Qaydaların 6.5-1-ci bəndinə əsasən “istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazpaylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır; 6.5-1.1. -sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5- 1.2. -əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. -istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. İş materiallarında olan Azərbaycan Respublikası Enerji X1 Xaçmaz Filialının rəisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-15-2-11/2-582/2024 nömrəli məktubdan görünür ki, Cavabdeh İB-nın Xaçmaz X9 İdarəsindən 29 aprel 2024-cü il tarixdə daxil olmuş 14-2-2-8/2-334/2024 nömrəli müraciəti əsasında İddiaçı barəsində qazdan qanunsuz istifadə ilə bağlı inzibati qaydada tədbir görülməsi üçün materiallara Agentliyin Xaçmaz filialında baxılmışdır. Təqdim edilmiş materiallara və fərdi yaşayış evinə baxış keçirilən zaman istehlakçının əməllərində İXM-nin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün digər əlamətləri müəyyən olunmadığından inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar yaranmış və 16 may 2024-cü il tarixində həmin vətəndaşla bağlı inzibati xəta haqqında işin başlanılmasının rədd edilməsi haqqında Qərar çıxarılmışdır. Məhkəmə araşdırması zamanı iddiaçı Cavabdeh İstehsalat Birlininin nümayəndəsi tərəfindən təqdim edilmiş abonentin yaşadığı ünvanda aparılmış baxışın video çəkilişinin köçürüldüyü DVD diskə baxış keçirilərkən, İddiaçı tərəfindən məhz yaşadığı ünvanda 08 fevral 2024-cü il tarixli, ******* nömrəli «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» aktda göstərilən sayğaca qədər daşıyıcı xəttə qeyri-qanuni qoşulma halına yol verilməsi faktı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istelakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.7.-ci bəndinə əsasən qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, digər hallarda qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra – qazlaşdırılmış obyekt) qazın alqı-satqısı barədə müqavilədə nəzərdə tutulmuş bildiriş göndərilməklə, həmin qazlaşdırılmış obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vərəqəsini təqdim etməklə buraxıla bilərlər. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.8.-ci bəndinə əsasən qazlaşdırılmış obyektdə qaz qurğusuna texniki baxış keçirmək üçün tapşırıq sənədinin surəti istehlakçıya mütləq təqdim edilməli və istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.5.-ci bəndinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.7.-ci bəndinə əsasən qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.4.-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.9.-cu bəndinə əsasən Zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.10.-cu bəndinə əsasən istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbə dövlət yoxlanılmasından keçirmək. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.11.-ci bəndinə əsasən ödənişsiz qaydada İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlamasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişmək və quraşdırmaq. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan ünvanda Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən baxış keçirilib müvafiq sənədləşmə aparılarkən “Qazdan istifadə qaydaları”nın tələbləri pozulmuş, hər hansı mütəbər əsas və sübut olmadan, hal şahidləri iştirak etmədən iddiaçının abonent hesabına daşıyıcı xəttə qeyri-qanuni qoşulma halına yol verilməsi faktı qeyd edilməklə 4665,60 manat məbləğində ziyan hesablanmışdır. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, məhz İddiaçı tərəfindən yaşadığı ünvanda daşıyıcı xəttə qeyri-qanuni qoşulma halına yol verilməsi faktı müəyyən olunmadığından, cavabdeh təşkilat tərəfindən buna dair əsaslı bir sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, hazırki məhkəmə tədqiqatında aparılmış ətraflı araşdırma zamanı məhz İddiaçı tərəfindən yaşadığı ünvanda daşıyıcı xəttə qeyri-qanuni qoşulmaqla təbii qazdan istifadə etməsi faktı öz təsdiqini tapmadığından və iddia tələbinin əsaslı olduğu müəyyən edildiyindən iddia təmin edilməklə Cavabdeh Xaçmaz X9 İdarəsi tərəfindən tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt və «Dəymiş ziyanın bərpasına dair» həmin tarixli tələbnamə əsasında istehlakçı olaraq İddiaçı hesablanmış 4665,60 manat məbləğində pul silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddialar üzrə- iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddia üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödəniləcək dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh Xaçmaz X9 İdarəsi tərəfindən tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt və «Dəymiş ziyanın bərpasına dair» həmin tarixli tələbnamə əsasında istehlakçı olaraq İddiaçı hesablanmış 4665,60 manat (dörd min altı yüz altmış beş manat altımış qəpik) məbləğində pul silinsin. İddiaçının azad edildiyi, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddia üzrə müəyyən olunmuş 66 manat 65 qəpik dövlət rüsumu Cavabdehndən alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar