Məhkəmə qərarları › İş №2(067)-2112/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2112/2020

11.12.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2112/2020 11.12.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun Ərizəçi, Maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyətin Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi Mövlanov Akif Mövlud oğlunun iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1989-cu il təvəllüdlü X3 və xx.xx.1993cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, oğlu X6 xx.xx.1989-cu ildə, qızı X5 xx.xx.1993-cü ildə anadan olmuşdur. Övladlarının hər ikisi onunla birlikdə yaşayır. Hər iki övladına müddətsiz əlillik dərəcəsi verilmişdir. Oğlu və qızı psixi qüsurlarına görə əlil olmuşlar. Onlar psixi qüsurlarına görə öz hərəkətlərinin mənasını dərk etmirlər, özlərini idarə edə bilmirlər və onların kənar qulluğa ehtiyacları vardır. Övladları müstəqil yaşaya bilmirlər, onların bütün ehtiyaclarını o ödəyir. Məhkəmə iclasında ərizəçi ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi ərizənin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətindən müəyyən olunur ki, X6 xx.xx.1989-cu ildə və X5 xx.xx.1993-cü ildə anadan olmuşdur. İş materiallarında olan DSMF-nun Xaçmaz rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli arayışlarından müəyyən olunur ki, X6 və X5 İİ qrup əlilliyə görə hər biri hər ayda 130 manat ömürlük müavinət alırlar. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli məhkəmə psixiatrik ekspertiza mərkəzinin rəylərindən müəyyən olunur ki, X4 müəyyən edilən orta dərəcəli kəmağıllıq, qıcolma tutmaları ilə formasında psixi patologiya müəyyən edilir. Buna görə də o, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxs kimi tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir və onun səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. X2 müəyyən edilən orta dərəcəli kəmağıllıq formasında psixi patologiya müəyyən edilir. Buna görə də o, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxs kimi tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir və onun səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 319-cu maddəsinə görə, hakim işin məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1989-cu il təvəllüdlü X6 və xx.xx.1993-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X3 və xx.xx.1993-cü il təvəllüdlü X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar