Məhkəmə qərarları › İş №2(067)-2117/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2117/2024

21.06.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2117/2024 21.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə onunla Maraqlı şəxs arasında uşaqların saxlanmaları üçün müəyyən edilməsi ilə bağlı bağlanmış barışıq sazişinin məcburi icrası üçün barışıq sazişini təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2005-ci ildə rəsmi nikah əsasında ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2007-ci il tarixdə Rauf və xx.xx.2016-cı ildə Nuray adlı iki uşaqları doğulmuşdur. Nikahın pozulması və aliment tələbinə dair Maraqlı şəxs mediasiya təklifi göndərmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə müvafiq olaraq xx.xx.2024-cü il tarixdə mediatorun iştirakı ilə aralarında barışıq sazişi imzalanmışdır. Tərəfindən 75 manat mediasiya xərci ödənilmişdir. Maraqlı şəxs ona birgə nikahdan doğulan xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 18 yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat, hər ay cəmi 300 manat məbləğində alimenti ödəməyi öhdəsinə almışdır. Alimentin tutulması bank vasitəsilə 27 aprel 2024-cü il tarixdən hesablanmışdır. Öhdəliyin könüllü icrası üçün 10 gün müddət müəyyən edilmişdir. Maraqlı şəxs aliment öhdəliklərinə əməl etməmiş, uşaqların saxlanılması üçün alimenti ödəməmişdir, bununla da üzərinə düşən öhdəliyi icra etməmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmiş, bildirmişdir ki, Maraqlı şəxs mediasiyada iştirak etmişdir. Aliment məbləği barədə aralarında razılığa gəlmişlər. Maraqlı şəxs aliment öhdəliklərinə əməl etməmiş, uşaqların saxlanılması üçün alimenti ödəməmişdir, bununla da üzərinə düşən öhdəliyi icra etməmişdir. İş üzrə maraqlı şəxsə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli barışıq sazişindən müəyyən olunur ki, tərəflər nikahın məhkəmə qaydasında pozulmasına görə razılaşdılar. Uşaqların ananın himayə və yanında qalmasına ata etiraz etmir. Ərizəçi Maraqlı şəxs birgə nikahdan doğulan xx.xx.2007-ci ii təvəllüdlü-X4 xx.xx.2016- ci il təvəllüdlü-X1 18 yaş yetkinlik yaşına çatanadək hər ay hər uşağa 150 (yüz əlli) manat aliment, cəmi 300 (üç yüz) manat aliment verməyi tələb edir. Maraqlı şəxs Ərizəçi birgə nikahdan doğulan xx.xx.2007-ci il təvəllüdlü-X4 xx.xx.2016- ci il təvəllüdlü-X1 18 yaş yetkinlik yaşına çatanadək hər ay hər uşağa 150 (yüz əlli) manat aliment cəmi 300 (üç yüz) manat məbləğində aliment verməyi öhdəsinə alır. Alimentin tutulması 27 aprel 2024-cü il tarixindən hesablansın. Aliment bank vasitəsilə ödəniləcək. Öhdəliyin 10 gün müddətinə könüllü icrası olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmışdır, həmçinin sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunması məhkəmə icraatı zamanı müəyyən olunmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin məhkəmə iclasında sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunduğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinin nəticəsi olaraq bağlanmış barışıq sazişi həmin məzmunda təsdiq olunmalıdır. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2007-ci ii təvəllüdlü-X3 və xx.xx.2016-ci il təvəllüdlü-X1 (18 yaş) yetkinlik yaşına çatanadək hər ay hər uşağa 150 (yüz əlli) manat alimentin, cəmi 300 (üç yüz) manat alimentin Maraqlı şəxs alınaraq Ərizəçi verilməsi, alimentin tutulması 27 aprel 2024-cü il tarixindən hesablanması və alimentin bank vasitəsilə ödənilməsinə dair xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar