Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2118/2020 25.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Quliyev Xıdır İnqilab oğlu İddiaçı cavabdehlər Xaçmaz rayonunun Xudat Bələdiyyəsinə və Cavabdeh1 qarşı bələdiyyə qərarının etibarsız hesab edilməsi, ticarət köşkünün sökülməsi və gediş-gəliş yolunun bərpa edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM : İddiaçı cavabdehlər Xaçmaz rayonunun Xudat Bələdiyyəsinə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 köşk quraşdırmaq üçün 10 rv.metr torpaq sahəsinin satılması barədə Xudat bələdiyyəsinin xx xxxx 2000-ci il tarixli, 08 saylı qərarının etibarsız hesab edilməsi, həmin torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa edilmiş metal konstruksiyalı köşkün sökülməklə həmin yolun əvvəlki vəziyyətinə gətirilərək gedişgəliş üçün bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş sənədlərin surətləriin bir qismi ksero surət olmaqla notariat qaydasında təsdiq olunmamış, iddia ərizəsinə öz tələbini əsaslandırdığı hallara dair sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi üçün surətləri əlavə edilməmiş, eləcə də iddia ərizəsinə Cavabdeh1 qeydiyyat və yaşayış ünvanına dair MAPS sənədi əlavə edilməmişdir.. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənədlər və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədlərin yalnız bir hissəsi aiddirsə, belə olan halda bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən sənədlərin əsli qanunlarla və digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Yuxarıda qeyd olunmuş Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim olunur. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri əlavə edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdehlər Xaçmaz rayonunun Xudat Bələdiyyəsinə və Cavabdeh1 qarşı bələdiyyə qərarının etibarsız hesab edilməsi, ticarət köşkünün sökülməsi və gediş-gəliş yolunun bərpa edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №2(067)-2118/2020
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2118/2020
25.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver