Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-212/2021 15.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X10 iştirakı ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx 1933-cu il təvəllüdlü qaynanası X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx 1933-cu il təvəllüdlü, Quba rayonu, Üçgün kəndində anadan olmuş qaynanası X2 faktiki yaşayış yeri Xaçmaz rayon, Üçgün kəndidir. O, hal-hazırda xəstədir. Xəstə olduğuna görə öz hərəkətlərini dərk edə bilmir, hərəkət qabiliyyəti yoxdur, xəstəliyi barədə sənədində də göstərilir ki, kənar nəzarətə, qulluğa və köməyə ehtiyacı var. Bu səbəbdən də o, xəstəliyi barədə sənədində də göstərilir ki, kənar nəzarətə qulluğa və köməyə ehtiyacı var. Bu səbəbdən də o, xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir ki, üzərində himayəçi təyin olunmalıdır. Xaçmaz rayon Mərkəzi Xəstəxanasının 415 saylı arayışına əsasən təsdiq olunmuş surətindən müəyyən olunur ki, qaynanası İskəndərova Mafirət Murtuzali qızı ümumi xəstədir, ağlının çatışmamazlığı, gözdən kor olması və digər xəstəlikləri vardır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Xaçmaz rayon mərkəzi xəstəxanasının 415 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubundan müəyyən olunur ki, məktuba cavab olaraq Xaçmaz rayon mərkəzi xəstəxanasının rəhbərliyi bildirir ki, xx.xx 1933-cu il təvəllüdlü Xaçmaz rayon, Üçgün kənd sakini İsgəndərova Mafirət Murtuzali qızı “kəskin dərəcəli debillik, iradə, emosiya pozğunluğu” ilə Xaçmaz rayon mərkəzi xəstəxanasının psixiatrik kabinetində qeydiyyatdadır. O,qeyd olunanlarla əlaqədar ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, qaynanası onunla yaşayır. Ona o, qulluq göstərir. Qaynanasının övladları var və sağdırlar. İş üzrə maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur, hazırda o, Xaçmaz rayon, Üçgün kəndində yaşayır. İş materiallarında olan AZE seriyalı 02383221 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx 1933-cu il təvəllüdlü, Quba rayonu, Üçgün kəndində anadan olmuş, İskəndərova Mafirət Murtuzali qızının faktiki yaşayış yeri Xaçmaz rayon, Üçgün kəndidir. İş materiallarında olan Səhiyyə Nazirliyi Xaçmaz rayon mərkəzi xəstəxanasının 415 saylı, xx xxxxxx 2020-ci il tarixli çıxarışından müəyyən olunur ki, xx.xx 1933-cu il təvəllüdlü Xaçmaz rayon, Üçgün kənd sakini İskəndərova Mafirət Murtuzali qızı “kəskin dərəcəli debillik, iradə, emosiya pozğunluğu” ilə Xaçmaz rayon mərkəzi xəstəxanasının psixiatrik kabinetində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən 10(on) manat dövlət rüsumu köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli 2188 saylı rəyindən müəyyən olunur ki, İskəndərova X8 mənşəli (serebal ateroskleroz) ağıl zəifliyi ilə əlaqədar o, öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, İskəndərova Mafirət Murtuzali qızı tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8.-ci maddəsinə uyğun olaraq ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətinin mənasına başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikasının MPM-nin 321.2.-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qanunvericiliyin qeyd edilən normalarının məzmunundan müəyyən olunur ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə yalnız yaxln qohumlar valideynlər, uşaqlar, qardaş-bacılar, həmçinin, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisə tərəfindən verilə bilər. Lakin, ərizəni9n məzmunundan müəyyən olunur ki, Ərizəçi barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair şəxsin gəlinidir və qanunvericiliyə əsasən onun belə bir ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizə hüququ olmayan şəxs tərəfindən verildiyi üçün təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-212/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-212/2021
15.02.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver