Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2125/2022 13.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi4 iştirakları ilə, ərizəçilər Ərizəçi1, Ərizəçi3, X1 və Ərizəçi4 sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər X4, Ərizəçi4 və X3 ərizə ilə məhkəməyə müraciət edərək, onların adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-003F saylı, 30216037 kodlu Şəhadətnamənin Ərizəçi2, Seyidova (Balaxayeva) Zəminə Fətəli qızına və Ərizəçi3 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Ərizəçi1 bildirmişdir ki, özü ərizəçi deyil və heç bir tələbi yoxdur. O, Ərizəçi2 nümayəndəsi kimi çıxış edərək ərizəni müdafiə edir. Lakin ərizədə bilavasitə nümayəndə kimi qeyd olunmamışdır. Ərizəni imzalaya şəxslər sırasında bilavasitə Ərizəçi2 nümayəndəsi olduğu qeyd olunmamışdır. Ərizəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında ərizəçilər Ərizəçi3 və Ərizəçi4 ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişlər. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə maraqlı tərəf DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə baxışı iclasının vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə barədə maraqlı tərəf DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi və işdə olan sənədlərdən müəyyən etmişdir ki, ərizə MPMnin 149-cu maddəsinə riayət edilmədən verilmişdir və iddiaçı həmin nöqsanları aradan qaldırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2.-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizədən müəyyən olunur ki, ərizə onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, ərizədə ərizəçi şəxs qismində Ərizəçi1 qeyd olunsa da, Ərizəçi2dır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən iddia ərizəsi baxılamış saxlanılmalı, ərizəçiyə izah olunmalıdır ki, göstərilən nöqsanları ardan qaldırıldıqdan sonra ərizə ilə məhkəməyə müraciət etmək hüququ var. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi3, X1 və Ərizəçi4 oğlunun sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçilərə izah olunsun ki, göstərilən nöqsanları ardan qaldırıldıqdan sonra ərizə ilə məhkəməyə müraciət etmək hüququ var. Ərizəçilər tərəfindən ödənilmiş dövlət rüsumları ərizəçilər Ərizəçi3, X2 və Ərizəçi4 oğluna geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2125/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2125/2022
13.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver