Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2130/2025 24.11.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12 və Eldarova (Ramazanova) Ədilə Nurulla qızının iştirakları ilə, İddiaçı (X12 və X22 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı mirasda payların müəyyən edilərək bölüşdürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 və anası X10 miras qalmış Xaçmaz şəhəri, Müşküri küçəsində yerləşən ev 4, mənzil 1-ə dair miras əmlak üzrə payların müəyyən edilərək vərəsələr arasında bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh Xaçmaz rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə digər proses iştirakçılarının fikrini dinləyərək cavabdeh Xaçmaz rayon 1 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Xaçmaz rayon Qeydiyyat Şöbəsinin və Xaçmaz rayon İcra Hakimiyyəti Başçısnın Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdikləri arayışlardan müəyyən olunmuşdur ki, miras qoyan X11 ölümündən sonra onun vərəsələri olan övladları - X6, X17, X18, İddiaçı, Cavabdeh2 və X12 qalmışlar. Hazırki işə baxılarkən vərəsələrdən İddiaçı, Cavabdeh2 cavabdeh, X12 və Eldarova (Ramazanova) Ədilə Nurulla qızı isə üçüncü şəxs qismində məhkəmədə iştirak etmişlər. Lakin arayışlarda vərəsə kimi göstərilmiş X6 və X17 barəsində Elektron Məhkəmə İnformasiya Sistemindən, Xaçmaz rayon Qeydiyyat Şöbəsindən onların şəxsiyyətlərini eyniləşdirməyə imkan verə biləcək hər hansı məlumat əldə etmək mümkün olmadığı üçün həmin şəxslərin məhkəməyə üçüncü şəxs qismində cəlb edilərək dəvət edilməsi mümkün olmamışdır. Həmçinin işdə iştirak etmiş tərəflər də bu şəxslər barəsində məhkəməyə hər hansı dəqiq məlumat təqdim etməmişlər. Ona görə də, məhkəmə X6 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etmədən iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X1, anası isə X14muşdur. Anası 22 aprel 2006-cı ildə, atası isə 25 iyul 2008-ci ildə vəfat etmişlər. Onların ölümündən sonra anası X15 məxsus miras əmlaka dair vərəsəlik işi açılmamış, miras qalmış Xaçmaz şəhəri, Müşküri küçəsi ev 4, mənzil 1-ə dair hər hansı hüquqi əməliyyat aparılmamışdır. Belə ki, müraciətinə Xaçmaz rayon Qeydiyyat Şöbəsinin verdiyi xx.xx.2025-ci il tarixli cavabında bildirilmişdir ki, valideynləri X13 ilə X11 birgə nikahlarından doğulmuş övladları barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onların 6 övladının olması barədə məlumat aşkar olunmuşdur. Onlar aşağıdakılardır: 1.X6-xx.xx.1962-ci il
2. X19-xx.xx.1966-cı il
3. İddiaçı-xx.xx.1969-cu il
4. X18-xx.xx.1971-ci il
5. Cavabdeh2-xx.xx.1973-cü il
6. X20-xx.xx.1976-cı il Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xdiməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023cü il tarixli sorğuya cavabından məlum olmuşdur ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən X15 məxsus Xaçmaz şəhəri, Y.Müşküri küçəsi 4/1 ünvanında yerləşən mənzilə dair arxiv sənədi aşkar olunmuşdur. Mənzilə dair 3448 reyestr nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Xaçmaz rayon 1 saylı notariat ofisinin 30 aprel 2025-ci il tarixli ona cavabında qeyd edilmişdir ki, vərəsəlik üzrə payların müəyyən olunması, pay bölgüsünün aparılması və mübahisənin həlli üçün məhkəməyə müraciət etmələri tövsiyə olunur. Göstərilənlərə əsasən, X1 və anası X10 miras qalmış Xaçmaz şəhəri, Müşküri küçəsində yerləşən 4 saylı evin 1 saylı mənzilinə dair miras əmlak üzrə payların müəyyən edilərək vərəsələr arasında bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, iddiaçının X1, anası isə X14muşdur. Anası 22 aprel 2006-cı ildə, atası isə 25 iyul 2008-ci ildə rəhmətə getmişdir. Onların ölümündən sonra anası X15 məxsus miras əmlaka dair vərəsəlik işi açılmamış, miras qalmış Xaçmaz şəhəri, Y.Müşküri küçəsi, ev 4, mənzil 1-ə dair hər hansı hüquqi əməliyyat aparılmamışdır. Belə ki, Xaçmaz rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli iddiaçının müraciətinə cavabında bildirilmişdir ki, valideynləri X13 ilə X11 birgə nikahlarından doğulmuş övladları barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onların 6 övladının olması barədə məlumat aşkar olunmuşdur. Onlar xx.xx.1962-ci il təvəllüdlü X6, xx.xx.1966-cı il təvəllüdlü X19, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı, xx.xx.1971-ci il təvəllüdlü X18, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh2 və xx.xx.1976-cı il təvəllüdlü X8r. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X35 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli sorğuya cavabından məlum olmuşdur ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən X15 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə dair arxiv sənədi aşkar olunmuşdur. Mənzilə dair 3448 reyestr nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Xaçmaz rayon 1 saylı notariat ofisinin 30 aprel 2025-ci il tarixli cavabında qeyd edilmişdir ki, vərəsəlik üzrə payların müəyyən olunması, pay bölgüsünün aparılması və mübahisənin həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilir. Odur ki, iddianın təmin olunaraq iddiaçının X1 və anası X10 miras qalmış Xaçmaz şəhəri, Y.Müşküri küçəsi, ev 4, mənzil 1-ə dair miras əmlak üzrə payların vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bundan başqa bildirmək istəyir ki, İddiaçı valideynlərinin dəfnində iştirak etməsi və dəfn xərclərini çəkməsi barəsində Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyindən alınmış arayış da vardır. Arayışda göstərilir ki, iddiaçı valideynlərinin dəfnində iştirak etmiş və onların dəfn xərclərini çəkmişdir. İddiaçı X1 vəfat etməmişdən qabaq ona baxmış və xəstəlik xərclərini çəkmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək nümayəndəsi və vəkilinin izahatında göstərilənlərlə razı olduğunu bildirməklə iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, miras qalmış ev 2 otaqlı evdir. İddiaçı özü üçün ayrı ev tikib. Bu evdən yenidən nəyə görə pay istədiyini bilmir. Belə ki, İddiaçı X1 və anası X16 dəfn mərasimlərində iştirak etməmiş və onların dəfn xərclərini də çəkməmişdir. O, anası vəfat edərkən Cəzaçəkmə Müəssisəsində cəza çəkmişdir. Bu səbəbdən mirasın qəbulu üçün müraciət edə bilməmişdir. Anasının vəfatından sonra evi kirayə vermişlər. Orada yaşayan şəxs atasına baxmışdır. Ona görə iddianı əsassız hesab edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 izahatında göstərmişdir ki, İddiaçı atası ilə yola getməmiş, dəfələrlə həbs olunmuşdur. İçkiyə meyilli insandır. X1 qardaşı İddiaçı üçün həyətdə ev tikmişdir. Buna baxmayaraq, qardaşı İddiaçı X1 və anası X16 dəfn mərasimində iştirak etməmiş və onların dəfn xərclərini çəkməmişdir. O, mirası faktiki idarə etməklə qəbul etmişdir. Belə ki, anasının vəfatından sonra miras evi kirayə vermişlər və orada yaşayan şəxs atalarına baxmışdır. Qardaşı Asif valideynlərinin məzar daşının qoyulmasında özü usta olduğu üçün köməklik göstərmişdir. Başqa heç bir xərc çəkməmişdir. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilərək dindirilmiş Eldarova (Ramazanova) Ədilə Nurulla qızı izahatında göstərmişdir ki, qardaşı İddiaçı valideynlərinin dəfnində içkili vəziyyətdə iştirak etmiş, valideynləri sağ olarkən onlara çox əziyyətlər vermişdir. Hesab edir ki, qardaşı İddiaçı ilə Cavabdeh2 bir evdə yaşaya bilməzlər. Məhkəmə iclasında şahid qismində dindirilən cavabdeh tərəfin təqdim etdiyi Şahid göstərmişdir ki, 1989-cu ildə üçüncü şəxs Eldarova (Ramazanova) Ədilə Nurulla qızı ilə ailə qurmuşdur. Tərəflər Ədilənin qardaşlarıdır. 2006-cı ildə qayınanası, 2008-ci ildə qayınatası rəhmətə gediblər və Xaçmaz rayon qəbiristanlığında dəfn olunublar. Dəfndə onlar özləri istirak etmişlər. Asif orada olsa da, içkili vəziyyətdə olmuş, maddi və mənəvi köməklik etməmişdir. Məhkəmə, tərəflərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah akt qeydiyyatı barədə 18 fevral 2025-ci il tarixli arayışdan görünür ki, iddiaçının valideynləri X1 və anası X21 xx.xx.1961-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmiş, xx.xx.2006-cı ildə X21, xx.xx.2008-ci ildə X13 vəfat etmişlər. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm akt qeydiyyatı barədə 29 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, iddiaçının anası X21 xx.xx.2006-cı ildə ölmüşdür. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm akt qeydiyyatı barədə 29 dekabr 2022-ci il tarixli digər arayışdan görünür ki, iddiaçının X1 25 iyul 2008-ci ildə ölmüşdür. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3- 16-5/8-15-130/2025 saylı məktubundan görünür ki, Xaçmaz rayonunda yaşamış, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X13 və xx.xx.2006-cı ildə vəfat etmiş X21 xx.xx.1961-ci ildə nikaha daxıl olmuşlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxıl edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, onların 06 (altı) övladlarının olması barədə məlumat aşkar olunmuşdur.
1. X6-xx.xx.1962-ci il Xaçmaz rayonu
2. X12-xx.xx.1966-cı il Xaçmaz rayonu,
3. İddiaçı-xx.xx.1969-cu il Xaçmaz rayonu,
4. X18-xx.xx.1971-ci il Xaçmaz rayonu,
5. Cavabdeh2-01,09.1973-cü il Xaçmaz rayonu,
6. X20-14 04.1976-cı il Xaçmaz rayonu. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyətinin Xaçmaz şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 23 saylı arayışdan görünür ki, Xaçmaz şəhəri, Y.Müşküri küçəsi 4/1 ünvanında yaşamış və xx.xx.2006-cı ildə vəfat etmiş X11 nümayəndəlikdə olan məlumata görə aşağıdakı ailə üzvləri vardır: X6-1962, X12-1966, İddiaçı-1969, X18- 1971, Cavabdeh2-1973, X20-1976. Vəfatından sonra evi və təsərrüfatı Cavabdeh2 idarə edir. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3- 16-5/8-15-433/2025 nömrəli məktubundan görünür ki, xx.xx.2008-ci ildə vəfat etmiş X13 və xx.xx.2006-cı ildə vəfat etmiş X21 xx.xx.1961-ci ildə nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış onların 6 (altı) övladları olması barədə məlumat aşkar olunmuşdur: - X6-xx.xx.1962-ci il Xaçmaz rayonu, X12-xx.xx.1966-cı il Xaçmaz rayonu, İddiaçıxx.xx.1969-cu il Xaçmaz rayonu, X18-xx.xx.1971-ci il Xaçmaz rayonu, Cavabdeh2- 01,09.1973-cü il Xaçmaz rayonu, X17-xx.xx.1976-cı il Xaçmaz rayonu. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3- 16-5/8-11-593/2025 saylı məktubundan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X6 və xx.xx.1976-cı il təvəllüdlü X17 barəsində Xaçmaz rayon Qeydiyyat Şöbəsində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, onların ölümləri barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********38 nömrəli məktubundan görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən mərhum X15 məxsus ünvan 2 ünvanında yerləşən mənzilə 3443 reyestr nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-34/2-11074/2025 nömrəli məktubundan və əlavə olunmuş texniki sənədlərdən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil 3448 nömrəli qeydiyyat vəsiqəsinə əsasən X9 adına qeydə alınmışdır. İş materiallarında olan Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, X-2027 nömrəli məktubundan görünür ki, Xaçmaz rayon 1 saylı notariat ofisində, xx.xx.2006-cı ildə vəfat etmiş X11 və xx.xx.2008-ci ildə vəfat etmiş X3 ölümündən sonra miras qalmış hər hansı bir əmlaka dair vərəsəliyin müəyyən olunması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Xaçmaz rayon 1 saylı Notariat ofisinin İddiaçı ünvanlandığı xx.xx.2025-ci il tarixli, 616 nömrəli imtina məktubundan görünür ki, İddiaçı anası X10 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin digər birinci növbəli vərəsələr arasında vərəsəlik işinin aparılması ilə bağlı razılıq olmadığı və vərəsəlik işi mübahisəli olduğu üçün iddiaçının müraciətindən imtina edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyətinin Xaçmaz şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2631 nömrəli arayışdan görünür ki, İddiaçı Xaçmaz şəhəri, Y.Müşküri küçəsi 4 ünvanında yaşayır, anası və atasının ölümündən sonra miras qalmış evi həmin evdə yaşayaraq faktiki qəbul etmiş, miras əmlaka sahiblik etmişdir. Ata və ananın dəfn xərclərini çəkmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2025-ci il tarixli, 3-16-17/29/2- 5064/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmiş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə AR CM-nin 234.2, 234.4.2, 66.3-cü maddələri ilə təqsirli bilinib, cəzasının əvvəli xx.xx.2003-cü il tarixdən hesablanmaqla 6 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Cavabdeh2 xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli Amnistiya Qərarının 1.1 bəndinə əsasən cəzadan azad edilərək yaşadığı ünvana getmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, miras qoyan X21 xx.xx.2006-cı ildə Xaçmaz şəhərində vəfat etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən hazırki mübahisəli hüquq münasibətləri 2000-ci ilin sentyabr ayından qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin maddi hüquq normaları ilə tənzimlənməlidir. Belə ki, 2000-ci ilin sentyabr ayından qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edildiyi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. İş materiallarından göründüyü kimi, miras qoyan X11 xx.xx.2006-cı il tarixdə vəfat etməsi ilə ondan miras qalmış ünvan 5 ünvanda yerləşən mənzilə vərəsəlik açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, miras qoyan X21 vəfat etdiyi günədək ondan miras qalmış əmlaka dair vəsiyyətnamə saxlamamışdır. Belə olduğu halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2ci maddələrinə əsasən mərhum X10 miras qalmış əmlaka dair vərəsəlik qanun üzrə vərəsəlik qaydasında aparılmalıdır. İş materiallarından göründüyü kimi, X10 miras qalmış əmlakın kütləsinə ünvan 5 ünvanda yerləşən mənzil daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaqlar, arvad (ər), valideynlər (övladlığa götürülənlər) qanun üzrə birinci növbə vərəsə hesab edilirlər. İş materiallarından müəyyən olunur ki, miras qoyan X11 ölümündən sonra onun birinci növbəli vərəsələri - X6, X12, İddiaçı, X18, Cavabdeh2 və X17 qalmışlar. Məhkəmə araşdırması zamanı miras qoyanın 6 nəfər vərəsəsi olması müəyyən olunsa da, onlardan X6 və X17 barəsində heç bir məlumat əldə etmək mümkün olmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, hazırki iş üzrə X10 miras qalmış əmlaka dair vərəsəlik müəyyən edilərkən X6 və X17 miras əmlakdan pay hüququ əldə etmiş vərəsələrin sırasına daxil edilə bilməzlər. Hazırki işə məlum olan vərəsələr - İddiaçı, Cavabdeh2, X12 və Eldarova (Ramazanova) Ədilə Nurulla qızı cəlb edilməklə baxılıb tələbə hüquqi qiymət verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X11 birinci növbəli vərəsələrindən qızı X22 1989-cu ildə ailə quraraq başqa ünvana köçmüş və qanunla müəyyən edilmiş müddətdə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X11 birinci növbəli vərəsələrindən qızı Eldarova (Ramazanova) Ədilə Nurulla qızı miras əmlaka münasibətdə vərəsəliyi qanunla müəyyən edilmiş qaydada və müddətdə qəbul etmədiyindən miras əmlakda olan payına münasibətdə hüququnu itirmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh2 anası - miras qoyan X21 vəfat edərkən və vəfatından sonra cəzaçəkmə müəssisəsində çəza çəkməklə azadlığı məhdudlaşdırıldığından anasının ölümündən sonra ondan miras qalmış əmlakı mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla qəbul edə bilməmişdir. Lakin xx.xx.2009-cu il tarixdə cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra miras əmlakı faktik idarə etməyə başlamışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin miras əmlakı vərəsəlik açıldıqdan sonra qanunla müəyyən olunmuş müddətdə və qaydada qəbul edə bilməməsi halı öz iradəsindən asılı olmayaraq baş vermişdir. Sonradan isə cavabdeh faktiki olaraq mirası idarə etməkdə iştirak etmişdir. Məhkəmə hesab edir ki, belə olduğu halda cavabdehin miras əmlakda olan payı saxlanılmalı və miras əmlaka münasibətdə o, mirası qəbul etmiş vərəsə sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Beləliklə də, tərəflərin izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, miras qoyan X11 ölümündən sonra ondan miras qalmış əmlak olan ünvan 5 ünvanda yerləşən mənzilə münasibətdə mirası birinci növbəli vərəsələrindən uşaqları İddiaçı, Cavabdeh2 və X12 əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla qanun üzrə vərəsəlik qaydasında qəbul etmişlər. Məhkəmə hesab edir ki, X11 ölümündən sonra ondan miras qalmış əmlak olan ünvan 5 ünvanda yerləşən mənzilə münasibətdə mirası birinci növbəli vərəsələrdən uşaqları İddiaçı, Cavabdeh2 və X12 qanun üzrə vərəsəlik qaydasında qəbul etdiklərindən miras əmlak onların arasında bölünərkən onların hər birinin paylarının 1/3 hissədə olması müəyyən edilə bilər. Ona görə də, məhkəmə hesab edir ki, X11 ölümündən sonra ondan miras qalmış mənzildən İddiaçı 1/3 hissədə payı müəyyən edilməli, digər vərəsələr Cavabdeh2 və X4 hər birinə münasibətdə payları açıq saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olduğu tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddia təmin edilməklə miras qoyan X10 miras qalmış əmlak olan ünvan 5 ünvanda yerləşən mənzilə münasibətdə İddiaçı 1/3 hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı məhkəmə xərclərinin ödənilməsini cavabdehdən tələb etmədiyindən iddianın verilməsi ilə bağlı ödənilmiş dövlət rüsümü iddiaçının özünə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDI : İddia təmin edilsin. Miras qoyan X10 miras qalmış əmlak olan ünvan 5 ünvanda yerləşən mənzilə münasibətdə İddiaçı 1/3 hissədə payı müəyyən edilsin. Digər vərəsələr Cavabdeh2 və X5 münasibətdə payları açıq saxlanılsın. İddianın verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Samir Bayramov