Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2140/2020 05.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclası katibi X6, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6 və Ərizəçi7 iştirakları ilə, ərizəçilər Ərizəçi1, Ərizəçi2 Gülalı oğlunun, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6 və Ərizəçi7 sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6 və Ərizəçi7 ərizə ilə məhkəməyə müraciət edərək,JN-595 saylı, 30220087 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6 və Ərizəçi7 məxsus olması hüquqi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Xaçmaz rayon X5 xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə onlara yaşadıqları Xaçmaz rayonunun Yeni Həyat kəndindən 3,02 ha pay torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə dair JN-595 saylı, 30220087 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənib hazırlanmışdır. Hazırda mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair yeni mülkiyyət sənədi, yəni reyestrdən çıxarış almaq istəyirlər. Bu məqsədlə DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət edərkən JN-595 saylı, 30220087 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktında yanlışlığın olmasını aşkar etmişlər. Belə ki, Dövlət Aktında onun ata adı Nurəli olduğu halda ümumiyyətlə qeyd edilməyib, Ərizəçi2 adı səhvən Bəsti kimi qeyd edilib, ata adı isə ümumiyyətlə qeyd edilməyib, Ərizəçi3 ata adı ümumiyyətlə qeyd edilməyib, Ərizəçi4 adı səhvən Xətibə kimi qeyd edilib, ata adı ümumiyyətlə qeyd edilməyib, Ərizəçi5 ata adı ümumiyyətlə qeyd edilməyib, Ərizəçi6 adı səhvən Raida kimi qeyd edilib, ata adı ümumiyyətlə qeyd edilməyib, Ərizəçi7 da ata adı ümumiyyətlə qeyd edilməyib. Hazırda onlara sənədi verən orqan mövcud deyil. Ona görə Dövlət Aktındakı səhvlərə düzəlişlər edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmiş və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, torpaq sahəsi ötən müddət ərzində istifadələrində olduğuna görə və torpaq sahəsi ilə bağlı hər hansı bir notarial əməliyyat keçirilməsi zərurəti olmadığına görə, torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı yanlışlığa fikir verməmişlər. Pay torpaq sahəsindən hazırda o, istifadə edir. Tələbi ilə bağlı məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Dövlət Aktındakı səhvlər onların təqsirindən olmamışdır. Xaçmaz rayon X5 xx.xx.1997-ci il tarixli 16 saylı qərarını məhkəməyə təqdim edə bilmir, bu onun vəzifəsi deyildir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi2 ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, torpaq sahəsi ötən müddət ərzində istifadələrində olduğuna görə və torpaq sahəsi ilə bağlı hər hansı bir notarial əməliyyat keçirilməsi zərurəti olmadığına görə, torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı yanlışlığa fikir verməmişlər. Pay torpaq sahəsindən hazırda onun atası istifadə edir. Tələbi ilə bağlı məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Dövlət Aktındakı səhvlər onların təqsirindən olmayıb. O, bildirmişdir ki, Xaçmaz rayon X5 xx.xx.1997-ci il tarixli 16 saylı qərarını məhkəməyə təqdim edə bilmir, bu onun vəzifəsi deyildir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi3 ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, torpaq sahəsi ötən müddət ərzində istifadələrində olduğuna görə və torpaq sahəsi ilə bağlı hər hansı bir notarial əməliyyat keçirilməsi zərurəti olmadığına görə, torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı yanlışlığa fikir verməmişlər. Pay torpaq sahəsindən hazırda onun atası istifadə edir. Tələbi ilə bağlı məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Dövlət Aktındakı səhvlər onların təqsirindən olmayıb. O, bildirmişdir ki, Xaçmaz rayon X5 xx.xx.1997-ci il tarixli 16 saylı qərarını məhkəməyə təqdim edə bilmir, buonun vəzifəsi deyildir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi4ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, torpaq sahəsi ötən müddət ərzində istifadələrində olduğuna görə və torpaq sahəsi ilə bağlı hər hansı bir notarial əməliyyat keçirilməsi zərurəti olmadığına görə, torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı yanlışlığa fikir verməmişlər. Pay torpaq sahəsindən hazırda onun atası istifadə edir. Tələbi ilə bağlı məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Dövlət Aktındakı səhvlər onların təqsirindən olmayıb. O, bildirmişdir ki, Xaçmaz rayon X5 xx.xx.1997-ci il tarixli 16 saylı qərarını məhkəməyə təqdim edə bilmir, buonun vəzifəsi deyildir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi5ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, torpaq sahəsi ötən müddət ərzində istifadələrində olduğuna görə və torpaq sahəsi ilə bağlı hər hansı bir notarial əməliyyat keçirilməsi zərurəti olmadığına görə, torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı yanlışlığa fikir verməmişlər. Pay torpaq sahəsindən hazırda onun atası istifadə edir. Tələbi ilə bağlı məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Dövlət Aktındakı səhvlər onların təqsirindən olmayıb. O, bildirmişdir ki, Xaçmaz rayon X5 xx.xx.1997-ci il tarixli 16 saylı qərarını məhkəməyə təqdim edə bilmir, buonun vəzifəsi deyildir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi6ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, torpaq sahəsi ötən müddət ərzində istifadələrində olduğuna görə və torpaq sahəsi ilə bağlı hər hansı bir notarial əməliyyat keçirilməsi zərurəti olmadığına görə, torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı yanlışlığa fikir verməmişlər. Pay torpaq sahəsindən hazırda onun atası istifadə edir. Tələbi ilə bağlı məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Dövlət Aktındakı səhvlər onların təqsirindən olmayıb. O, bildirmişdir ki, Xaçmaz rayon X5 xx.xx.1997-ci il tarixli 16 saylı qərarını məhkəməyə təqdim edə bilmir, buonun vəzifəsi deyildir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi7ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, torpaq sahəsi ötən müddət ərzində istifadələrində olduğuna görə və torpaq sahəsi ilə bağlı hər hansı bir notarial əməliyyat keçirilməsi zərurəti olmadığına görə, torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı yanlışlığa fikir verməmişlər. Pay torpaq sahəsindən hazırda onun atası istifadə edir. Tələbi ilə bağlı məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Dövlət Aktındakı səhvlər onların təqsirindən olmayıb. O, bildirmişdir ki, Xaçmaz rayon X5 xx.xx.1997-ci il tarixli 16 saylı qərarını məhkəməyə təqdim edə bilmir, buonun vəzifəsi deyildir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı X12 məhkəmə baxışı iclasının vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməişüzrəmaraqlı şəxsDƏDRX-nin 5 saylı X11 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməərizəçinin izahatlnı dinləyib işüzrə sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olunduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1950-ci il tarixdə Xaçmaz rayonu İnqilab Sovxozunda anadan olmuş, Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində yaşayır. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1981-ci il tarixdə Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində anadan olmuşdur və həmin qəsəbədə yaşayır. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx.xx.1979-cu il tarixdə Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində anadan olmuşdur və həmin qəsəbədə yaşayır. İş materiallarında olan AZE seriyalı 00****** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi4 xx.xx.1951-ci il tarixdə Qusar rayonu Qullar kəndində anadan olmuşdur və Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində yaşayır. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi5 xx.xx.1978-ci il tarixdə Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində anadan olmuşdur və Qusar rayonu Atluxan kəndində yaşayır. İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi6 xx.xx.1971-ci il tarixdə Xaçmaz rayonu İnqilab Sovxozunda anadan olmuşdur və Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində yaşayır. İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi7 xx.xx.1975-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur və Qusar rayonu Qullar kəndində yaşayır. İş materiallarında olan AZ-İ seriyalı 049610 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X4 ilə Ərizəçi7 arasında xx.xx.2003-cü il tarixdə rəsmi nikah qeydə alınmışdır. İş materiallarında olan AZ-İ seriyalı 066529 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X2 ilə Ərizəçi6 arasında xx.xx.2004-cü il tarixdə rəsmi nikah qeydə alınmışdır. İş materiallarında olan JN-595 saylı, 30220087 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, həmin aktla Ərizəçi1, Ziyadxanova Xətibəyə, Ərizəçi3, Ziyadxanova Raidaya, Ziyadxanova Bəstiyə, Ziyadxanova İlhaməyə və X9 rayon X5 xx xxxxxx 1997-ci il tarixli qərarı ilə Xaçmaz rayonunun, Yeni Həyat kəndindən 3.02 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan DƏDRX-nın 5 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məkubundan müəyyən olunur ki, Ərizəçi1 JN-595 saylı, 30220087 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında düzəliş edilməsi üçün DƏDRX-nın 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, ona müraciətində göstərdiyi məsələnin həllinin idarənin səlahiyyətlərinə aid olmadığı bildirilmiş, bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səfərov Əlimövsüm Paşa oğlu ərizəçilərin həmkəndlisi olduğunu, onlarla qohumluq münasibətlərinin olmadığını, onların bir ailənin üzvləri olduğunu, onlara yaşadıqları Xaçmaz rayonunun Yeni Həyat kəndində 3,02 ha pay torpaq sahəsi verildiyini, lakin Dövlət Aktında Ərizəçi1 ata adı ümumiyyətlə qeyd edilməmiş, Ərizəçi2 Gülalı oğlunun adı səhvən Bəsti kimi qeyd edilmiş, ata adı isə ümumiyyətlə qeyd edilməmiş, Ərizəçi3 ata adı ümumiyyətlə qeyd edilməmiş, Ərizəçi4 adı səhvən Xətibə kimi qeyd edilmiş, ata adı ümumiyyətlə qeyd edilməmiş, Ərizəçi5 ata adı ümumiyyətlə qeyd edilməmiş, Ərizəçi6 adı səhvən Raida kimi qeyd edilmiş, ata adı ümumiyyətlə qeyd edilməmiş, Ərizəçi7 da ata adı ümumiyyətlə qeyd edilməmişdir. Torpaq sahəsinin1997-ci ildən hazırkı vaxtadək ərizəçilərin istifadəsində olduğunu, JN-595 saylı, 30220087 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ərizəçilərin adlarına işləndiyini və onlara məxsus olduğunu təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 şahid Səfərov Əlimövsüm Paşa oğlu ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X13 Məhkəməsi «X1rşı» xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə iddianın dəlillərinə münasibət bildirərək hesab edir ki, iddianın dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunduğuna görə rədd edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbləri baxımından ərizəçilər JN-595 saylı, 30220087 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçilərin və şahidlərin izahatını dinləyib belə hesab edir ki, işdə olan sübutlarla JN-595 saylı, 30220087 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ərizəçilərə məxsus olduğu müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məsəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məsəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məsəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə islasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2 Gülalı oğlunun, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6 və Ərizəçi7 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizələri təmin edilməli, JN-595 saylı, 30220087 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ərizəçilərə məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-si və 360-sı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizəçilər Ərizəçi1, Ərizəçi2 Gülalı oğlunun, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6 və Ərizəçi7 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizələri təmin edilsin. JN-595 saylı, 30220087 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2 Gülalı oğlu, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6 və Ərizəçi7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov..
Məhkəmə qərarları › İş №2(067)-2140/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2140/2020
05.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver