Məhkəmə qərarları › İş №2(067)-2153/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2153/2022

18.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2153/2022 18.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X6, X2 və X3 adına verilmiş torpağın mülkiyyət hüququna dair JN-131 seriyalı, 30213068 kodlu dövlət aktında adları qeyd olunan digər hüquq hüquq sahibləri ilə birlikdə ona, Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1975-ci ildə Xaçmaz rayonunun Qırağlı kəndində anadan olmuşdur. Xaçmaz rayonunun Qırağlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Rayonlarda aparılan Aqrar islahatlar zamanı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə Xaçmaz rayonunun Qırağlı kəndi ərazisindən cəmi 1.04 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə adlarına torpağın mülkiyyət hüququna dair JN-131 seriyalı, 30213068 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin Dövlət aktında onun adı “Ərizəçi” olduğu halda səhvən “X4” kimi yazılmışdır. Həmin vaxt hüquqi savadsızlıqdan bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişdir. Yaxın vaxtlarda yeni mülkiyyət sənədi almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin 5 saylı Xaçmaz Ərzai İdarəsi tərəfindən torpağın mülkiyyət hüququna dair JN-131 seriyalı, 30213068 kodlu dövlət aktında adında yaranmış uyğunsuzluğun aradan qaldırılmasının və düzəlişlərin həyata keçirilməsinin reyestr xidmətinin səlahiyyətlərinə aid olmadığı bildirilməklə müraciətinin həlli mümkün olmamış və ona uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməyi rəsmi qaydada tövsiyyə olunmuşdur. Bu barədə ona imtina məktubu vermişlər. Qeyd edir ki, adına dövlət aktında səhv yazılması barədə Xaçmaz rayon İHB-nın İƏD nümayəndəliyi tərəfindən müvafiq arayış verilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, Xaçmaz rayon AİK-nın Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə Xaçmaz rayonunun Qırağlı kəndi ərazisindən cəmi 1.04 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə adlarına torpağın mülkiyyət hüququna dair JN-131 seriyalı, 30213068 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin Dövlət aktında onun adı “Simran” olduğu halda səhvən “Simnar” kimi yazılmışdır. Ona görə hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Torpağın mülkiyyət hüququna dair JN-131 seriyalı, 30213068 kodlu dövlət aktından müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarına əsasən X8, X5 və X3 adına Xaçmaz rayonunun Qırağlı kəndi ərazisindən cəmi 1.04 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Xaçmaz rayonun, Qırağlı kəndində anadan olmuşdur. İş materiallarında olan Xaçmaz RİHB-nın Çinartala kənd İƏD Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 257 saylı arayışından müəyyən olunur ki, JN-131 KOD 30213068 saylı dövlət aktında Ərizəçi adı mexaniki səhv olaraq X1 yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X11, X7 və X3 adına verilmiş torpağın mülkiyyət hüququna dair JN-131 seriyalı, 30213068 kodlu dövlət aktında adları qeyd olunan digər hüquq sahibləri ilə birgə Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X6, X2 və X3 adına verilmiş torpağın mülkiyyət hüququna dair JN-131 seriyalı, 30213068 kodlu Dövlət aktında adları qeyd olunan digər hüquq sahibləri ilə birgə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar