Məhkəmə qərarları › İş №2(067)-2158/2020

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2158/2020

06.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2158/2020 06.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, İddiaçı cavabdeh “Cavabdeh İstehsalat Birliyi” nə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh “Cavabdeh İstehsalat Birliyi” nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Təbii qqazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxx 2019-cu il tafrixli ******* saylı akt və “İririlmiş qazın bərpası üzrə” xx xxxxxx 2019-cu il tarixli komissiya qərarı əsasında ona əsassız olaraq hesablanmış 529 manat 20 qəpik məbləğində ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırarkən müəyyən etdim ki, iddiaçı mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına dair tətəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusunun istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” nin 5.2-ci bəndinin tələblərinə əməl etməmiş, yaranmış mübahisə ilə bağlı cavabdeh “Cavabdeh İstehsalat Birliyi” nə rəsmi müraciət etməmişdir. xx xxxxxx 2019-cu il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusunun istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” nin 5.2-ci bəndinə əsasən bu müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün xx xxxxxx 2019-cu il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusunun istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” nin 5.2-ci bəndində nəzərdə tutulmuş müvafiq qaydaya riayət etdikdən sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh “Cavabdeh İstehsalat Birliyi” nə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair iddiaərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, göstərilən nöqsanı aradan qaldırmaqla yenidən müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar