Məhkəmə qərarları › İş №2(067)-2185/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2185/2020

10.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2185/2020 10.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair JN 023 A saylı 30223028 kodlu şəhadətnamənin ona- Ərizəçi da məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahat zamanı xx xxxxx 1998-ci il tarixli 05 nömrəli qərarı ilə Xaçmaz rayonunun Məcid oba kəndi ərazisindən 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hüquqları JN 023A saylı 30223028 kodlu şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Hazırda mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair çıxarış almaq məqsədi ilə sənədlərini DƏDRX-nin 5 saylı ərazi idarəsinə təqdim edərkən adında səhv olduğundan sənədlərdə uyğunsuzluğa səbəb olmuşdur. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsiməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair CN 023A saylı 30223028 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon X3 xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarına əsasən X4, X1, X5 və X2 mülkiyyətinə 0,25 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1980-ci ildə anadan olmuşdur. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin ərizəçiyə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN 023A saylı 30223028 kodlu şəhadətnamədə hüquq sahibi X6 olduğu halda şəxsiyyəti təsdiq edən sənəddə hüquq sahibi Ərizəçi kimi göstərilmişdir. Göstərilən çatışmazlıqlar ailiyyəti üzrə aradan qaldırılaraq yenidən müraciət olunacağı təqdirdə hüquqların dövlət qeydiyyatına alınması məsələsinə qanunda nəzərdə tutulmuş qaydada baxılacaqdır. İş materiallarında olan Xaçmaz rayon qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 05/76- 341 nömrəli məktubundan müəyyən olunur ki, xx.xx.1980-ci il tarixdə doğulmuş X6 barəsində Xaçmaz rayon qeydiyyat şöbəsində doğum haqqında akt oqeydi aşkar olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Uzun oba kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 348 nömrəli arayışından müəyyən olunur ki, Ərizəçi və ailəsinə məxsus JN 023A saylı 30223028 kodlu şəhadətnamədə səhvən «Kəmalə» göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göründüyü kimi şəhadətnamədə ərizəçinin adında yanlışlıq qeyd olunmuşdur. Beləliklə, yuxarıda sadalanan işin faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin ona məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 0,25 hektar torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN 023A saylı 30223028 kodlu şəhadətnamənin Ərizəçi da məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar