Məhkəmə qərarları › İş №2(067)-2190/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2190/2023

09.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2190/2023 09.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1 ilə, İddiaçı Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anasının köməksiz vəziyyətindən, gözlərinin görməməsindən, qulağının eşitməməsindən, maddi asılacaqlı qalmasından, öz ayaqlarının üstündə dayana bilməməsindən, yataq xəstəliyindən, anlaqsızlığından, öz hərəkətini idarə edə bilməməzliyindən notariusun nümayəndəsinin cavabdehin və cavabdehin iki qonşusunun müdaxiləsi ilə Xaçmaz şəhər,1 saylı notariusunda 02 avqust 2022-ci il tarixdə öz adına alınmış vəsiyyətnaməni etibarsız hesab edilməsini, anası X2, heçkimdən aslı olmayaraq özü-öz ayağlarının üstündə duraraq heçkimin müdaxiləsi olmadan gözləri görə-görə qulağı, eşitdiyi zaman onun xəbəri olmadan ona verdiyi 11 mart 2021-ci il tarixdə Xaçmaz şəhər, 1 saylı notariusunda ölən günədək atasıyla birgə dövründən əldə etdikləri öznə məxsus olan, bütün daşınar və daşınmaz əmlakını ünvan 1 ünvanında yaşayan İddiaçıverdiyi vəsiyyətnamənin etibarlı hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən mülki iş baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.6.-cımaddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki,iddia baxılmamış saxlanılmalıdır. AR MPM-nin 260-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah olunsun ki, ərizə ilə məhkəməyə yenidən müraciət etməyə hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar