Məhkəmə qərarları › İş №2(067)-2231/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2231/2025

19.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2231/2025 19.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh səlahiyyətli nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «Əsassız hesablanmış pul məbləğinin silinməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh Xaçmaz X7 İdarəsi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2025-ci il tarixli, ******* nömrəli akt və 30 aprel 2025-ci il tarixli itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiya qərarı əsasında əsassız olaraq abonent hesabına yazılmış 3022 manat pulun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Yaşadığı ünvana Cavabdeh Xaçmaz X7 İdarəsi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Aktda göstərilmişdir ki, “Qaz xəttlərinə baxış zamanı Abonentin qaz xəttinə, qeyri qanuni qoşularaq təbii qazdan istifadə etdiyi aşkar olundu. Dəymiş ziyan hesablanaraq ödənilsin.” Bundan sonra o, Xaçmaz X7 İdarəsində olaraq məsələ ilə maraqlandıqda ona həmin idarənin rəisi Azər Abbasovun imzası ilə 30 aprel 2025-ci il tarixli “dəymiş ziyanın bərpası” üzrə hesablama sənədi təqdim edilmiş, həmin sənəddə göstərilmişdir ki, “PQ-3-nin maksimal saatlıq qaz sərfi 0,8 m/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, İstilik sistemi KOMBİ 28 kv, maksimal saatlıq qaz sərfi 3 m3/saat, orta günlik iş rejimi 12 saat və hesabat müddəti 360 gün, İran sobası maksimal saatlıq qaz sərfi 1,5 m/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün, İran sobası maksimal saatlıq qaz sərfi 1 m3 /saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. İtirilmiş qazın bərpası ilə əlaqədar tərtib olunmuş sənəddə- 24815 m3 qaz sərfıyyatına görə 3022 manat manat qalıq borcu hesablanmışdır. Qeyd etmək istəyir ki, həyətində keçmişdən qalma, işlək vəziyyətdə olmayan qaz xətti mövcud olmuş, onu da kənar xətt kimi aktlaşdırılaraq ünvanına külli miqdarda borc hesablamış, hesabatı da 1 il üçün aparmışlar. Qaz nəzarətçisi ayda bir neçə dəfə ünvanına gələrək sayğacı və qaz xəttini yoxlayır. Qaz idarəsinin əməkdaşları özləri də şahiddirlər ki, qazdan ancaq sayğac vasitəsilə istifadə etmişdir. Qaz İdarəsi onun ünvanına cərimə hesablayarkən əsassız olaraq bir il müddətinə hesablamaqla ona qarşı haqsızlıq etmişlər. Ona görə də xahiş edir ki, komissiya yaradılmaqla yoxlanılsın, obyektiv rəy verilsin və o, həmin borcu ödəməyə razıdır. Bu vaxta qədər qaz sərfıyyatına görə vaxtlı-vaxtında ödənişləri etmişdir. Yuxarıda göstərildiyi kimi qaz idarəsinin əməkdaşları qanunvericiliyin tələblərinə əməl etməmişlər. Ona görə də hesab edir ki, itirilmiş qazın bərpası üzrə tərtib edilmiş komissiya qərarı, AKT ləğv edilməli və əsassız hesablanmış məbləğ silinməlidir. Göstərilənlərə əsasən Cavabdeh Xaçmaz X7 İdarəsi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2025-ci il tarixli, ******* nömrəli akt və 30 aprel 2025-ci il tarixli itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiya qərarı əsasında əsassız olaraq abonent hesabına yazılmış 3022 manat pulun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verməklə göstərdi ki, Cavabdeh Xaçmaz X7 İdarəsinin işçiləri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gələrək yoxlama keçirmiş və ünvanda guya qaz xəttinə qeyri qanuni qoşulma halını aşkar edib akt tərtib edərək 3022 manat ziyan hesablamışlar. O, həmin hesablamanın nəticəsi ilə razı deyil. Belə ki, o, yaşlı və pensiyaçı qadındır. Həyətində keçmişdən qalma, işlək vəziyyətdə olmayan qaz xətti mövcud olmuş, ondan özünün heç bir məlumatı olmamışdır. Əməkdaşlar isə onun barəsində guya qaz xəttinə qeyri qanuni qoşulmaya görə sənədləşmə aparmışlar. Hesabat apararkən evdəki qaz cihazlarının sayını və qazdan qeyri qanuni qoşulmaqla istifadə müddətini çox yazaraq məbləği artıq hesablamışlar. Ona görə də iddiasının təmin edilməsini, Cavabdeh Xaçmaz X7 İdarəsi tərəfindən tərtib edilmiş aktlar əsasında abonent hesabına əsassız olaraq yazılmış 3022 manat pulun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh səlahiyyətli nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında göstərdi ki, İddiaçı yaşadığı ünvana Cavabdeh Xaçmaz X7 İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı abonent tərəfindən sayğaca qədər daşıyıcı xəttə qeyri-qanuni qoşulma, qazdan qeyriqanuni istifadə halı aşkar olunmuş və bu səbəbdən də xəttə qeyri-qanuni müdaxilə faktına görə müvafiq akt tərtib edilməklə abonentin hesabına 3022 manat məbləğində cərimə hesablanmışdır. Ona görə də iddianı əsassız hesab edir və təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28 aprel 2025-ci il tarixli, ******* nömrəli «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» aktdan müəyyən olunur ki, abonent kodu **********00000 olan Xaçmaz rayonunun Xudat şəhər sakini İddiaçı barəsində sonuncuya məxsus yaşayış evinə baxış keçirilməklə həmin ünvanda abonentin sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadə etdiyinin aşkar oluduğu qeyd edilməklə akt tərtib edilmişdir. «Dəymiş ziyanın bərpasına dair» 30 aprel 2025-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 aprel 2025-ci il tarixli, ******* №-li akta əsasən qaz piltəsi PQ3 maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, istilik sistemi Kombi 28kw maksimal saatlıq qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, İran sobası maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün, İran sobası maksimal saatlıq qaz sərfi 1 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 0.8 x 12 x 242=2323 m3 x 0.12= 278.78 manat, 3 x 12 x 242= 8712 m3 x 0.12= 1045.4 manat, 0.8 x 12 x 118= 1132 8 m3 x 0.125= 141.6 manat, 3 x 12 x 118= 4248 x 0.125= 531 manat, 1.5 x 12 x 162 =2916 x 0.12 = 349.9 manat, 1.5 x 12 x 118= 2124 x 0.125= 265.5 manat, 1 x 12 x 162= 1944 x 0.12= 233.2 manat, 1 x 12 x 118= 1416 x 0.12= 177 manat, cəmi 24815 m3 həcmində 3022 manat dəyərində zərər hesablanmışdır. İş materiallarında olan Azəriqaz İB-nin abonent İddiaçı adına tərtib etdiyi abonentin saldosundan müəyyən olunur ki, İddiaçı abonent hesabına 2025-ci il qalıq və aktlar üzrə 3022 manat cərimə hesablanmışdır. Məhkəmənin müvafiq sorğu məktubu əsasında Azərbaycan Respublikası Enerji X1 Xaçmaz Filialının aparıcı müfəttişi Ruhəddin Məmmədov tərətindən verilmiş 30 iyul 2025ci il tarixli rəydən görünür ki, məhkəmə tərəfindən təqdim edilmiş sorğu məktubu və sənədlər (materiallar) agentliyin müfəttişi tərəfindən təhlil edilərək qoyulmuş sualların mahiyyəti üzrə aşağıdakı rəy verilmişdir: Təhlil nəticəsində məlum olmuşdur ki, Cavabdeh İB-nin X9 İstismar idarəsinin nümayəndələri tərəfindən Xaçmaz rayonu, Xudat şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla müdaxilə edərək (kənar xətt vasitəsilə) təbii qazdan istifadə olunduğuna görə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2025-ci il tarixli, ******* nömrəli akt tərtib edilərək itirilmiş qazın bərpası məqsədilə 24815 m3 (3022 manat) hesabat aparılmışdır. Araşdırma zamanı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda vətəndaşa məxsus fərdi yaşayış evində istifadə olunan qaz cihazlarının adları və sayları abonent saldosunda qeyd edilən qaz cihazlarına uyğun gəlmədiyi müəyyən olunmuş, aktda yazılmış qaz cihazlarının qeyd edilən fərdi evdə istifadə olunmağını sübut edən heç bir sənəd və yaxud video disk təqdim olunmamışdır. Belə ki, tərtib edilmiş aktda 1 ədəd məişət tipli PQ-3 qaz plitəsi, 1 ədəd 28 kW gücündə Kombi tipli su qızdırıcı, 2 ədəd qaz sobası (İran sobası) istifadə olunduğu qeyd edilmiş və gündəlik 12 saat olmaqla 360 gün və 180 gün hesabatlar aparılmışdır. Lakin abonent saldosunda Xaçmaz RQİİ-nin kompüter qeydiyyatında 1 ədəd məişət tipli PQ-4 qaz plitəsi və 2 ədəd qızdırıcı radiator sobası və 1 ədəd axımlı su qızdırıcı qeyd olunmuşdur. Tərtib edilmiş akt və aparılmış hesabat zamanı Cavabdeh İB-nin X9 istismar idarəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-3-cü bəndinin (istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qaz paylayıcısı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır) tələbləri pozulmuşdur. Həmin Qaydaların 6.5-1-ci bəndinə əsasən “istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazpaylayıcısma vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır; 6.5-1.1.- sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2.- əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5- 1.3.-istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş 13cü maddənin 8-1 -ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 6-2-ci bəndinə əsasən “qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir”. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Həmin Qanunun 6-3-cü bəndinə əsasən qazpaylayıcı şəbəkəyə texniki xidmət qaz payiayıcısı tərəfindən həyata keçirilir. “Qazdan istifadə Qaydaları” nın 3.1.10.-cu bəndi: bu Qaydaların 2.11-1 ci və 2.11- 2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Təhlil zamanı müəyyən edilmişdir ki, “Azəriqaz" İB-nin Xaçmaz RQİİ tərəfindən qaz xətlərinə və qaz sayğacına texniki baxışın keçirilməsi haqqında heç bir sənəd təqdim olunmamışdır. Göründüyü kimi "Azəriqaz” İB-nin Xaçmaz RQİİ tərəfindən Xaçmaz rayonu, Xudat şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə dəymiş ziyanın hesablanması zamanı qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istifadə edilən qaz cihazlarının xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) nəzərə alınmamış və qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Məlumat üçün bildirirlər ki, aktda qeyd edilən qaz cihazlarının həqiqətən vətəndaşa məxsus fərdi evdə istifadə edildiyini müəyyən etmək mümkün olmadığı üçün abonent saldosunda qeydiyyatda olan cihazların hesabatının aşağıdakı kimi aparılması məqsədəuyğun hesab olunur. Məişət tipli PQ-4 qaz plitəsinin saatlıq qaz sərfiyyatı 1,2 m3 x 8 saat x 90 gün= 864 m3 x 0,125 qəpik= 108 manat, 2 ədəd qızdırıcı radiator sobanın saatlıq qaz sərfiyyatı 2,0 m3 x 12 saat x 90 gün= 2160 m3 x 0,125 qəpik= 270 manat, 1 ədəd axımlı su qızdırıcının saatlıq qaz sərfiyyatı 2,0 m3 x 8 saat x 90 gün= 1440 m3 x 0,125 qəpik= 180 manat, cəmi 558 manat təşkil edir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 6.5-1-ci bəndinə əsasən “istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazpaylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır; 6.5-1.1.-sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2.-əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3.-istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 6-3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə texniki xidmət qaz paylayıcısı tərəfindən həyata keçirilir. X8 zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən qaz xətlərinə texniki baxışın keçirilməsi haqqında heç bir sənəd təqdim olunmamışdır. 13-cü maddəsinin 8-1.-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11 -ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Bu Qanunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Beləliklə, istehlakçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 3022 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. İddiaçı, "Azəriqaz" İB-nin Xaçmaz RQİİ əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə istehlakçının yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi üzrə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qanunsuz qoşulma halı baş vermiş, habelə bununla əlaqədar 28 aprel 2025-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin aktda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu fakt Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialının aparıcı müfəttişi Ruhəddin Məmmədovun 30 iyul 2025-ci il tarixli rəyi və digər iş materialları ilə öz təsdiqini tapır. Belə ki, qeyd olunan qanunsuz qoşulma iş materialları ilə işin mübahisəsiz halına çevrilmişdir. Lakin, tədqiq olunmuş mötəbər sənəd və sübutlar ilə qeyd olunan qanunsuz qoşulma, bu müddət ərzində qanunsuz istifadə edilmiş təbii qazın dəyərinin 558 manat olması müəyyən edilmişdir. Mütəxəssis rəyində qeyd edildiyi kimi- PQ-4 qaz plitəsinin saatlıq qaz sərfiyyatı 1,2 m3 x 8 saat x 90 gün= 864 m3 x 0,125 qəpik= 108 manat, 2 ədəd qızdırıcı radiator sobanın saatlıq qaz sərfiyyatı 2,0 m3 x 12 saat x 90 gün= 2160 m3 x 0,125 qəpik= 270 manat, 1 ədəd axımlı su qızdırıcının saatlıq qaz sərfiyyatı 2,0 m3 x 8 saat x 90 gün= 1440 m3 x 0,125 qəpik= 180 manat, cəmi 558 manat. Məhkəmə Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialının yuxarıda istinad olunan xx.xx.2025-ci il tarixli mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, mübahisəli 3022 manatlıq borc məbləğinin qalan hissəsi, yəni 558 manatı iddiaçıya aid evdə sayğacdan kənar istifadə edilmiş təbii qaza görə yaranmış borcdur, bu borc mövcud olmaqla, realdır, o cümlədən düzgün hesablanmışdır. Bu səbəbdən də, ümumi borc məbləğindən sonuncu məbləğin silinməsi istisna edilir və 28 aprel 2025-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış cərimənin tam silinməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1 -ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməli, Cavabdeh Xaçmaz X7 İdarəsi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2025-ci il tarixli, ******* nömrəli akt və 30 aprel 2025-ci il tarixli itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiya qərarı əsasında hesablanaraq iddiaçının abunə koduna (**********00000) işlənmiş 3022 manat məbləğdən 558 manat çıxılmaqla (3022-558) yerdə qalan 2464 manat borc iddiaçının abonent hesabından silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddia üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödəniləcək dövlət rüsumu cavabdehə aid edilməlidir. Elektron məhkəmə portalında yaradılmış kalkulyator vasitəsilə aparılmış hesablama nəticəsində müəyyən olunur ki, iddia tələbinin predmetini təşkil edən 2464 manata görə 44,64 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Belə olan halda, iddia tələbi qismən təmin olunduğundan, Cavabdehndən iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq 44,64 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh Xaçmaz X7 İdarəsi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2025-ci il tarixli, ******* nömrəli akt və 30 aprel 2025-ci il tarixli itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiya qərarı əsasında istehlakçı olaraq İddiaçı hesablanmış 2464 (iki min dörd yüz altmış dörd) manat məbləğində pul silinsin. İddiaçının azad edildiyi, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddia üzrə müəyyən olunmuş 44,64 dövlət rüsumu Cavabdehndən alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar