Məhkəmə qərarları › İş №2(067)-2234/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2234/2020

06.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2234/2020 06.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclası katibi X5, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək,JN-211 F seriyalı, 30206018 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və JN-0045 seriyalı 30206018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının özünə məxsus olması hüquqi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayon X4 xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə ona və ailə üzvlərinə yaşadıqları Xaçmaz rayonunun Aşağı-zeyid kəndində 0,10 ha həyətyanı torpaq sahəsi və 1,65 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə dair JN-211 F seriyalı, 30206018 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və JN-0045 seriyalı 30206018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənib hazırlanmışdır. Lakin həmin şəhadətnamədə və Dövlət aktında onun adı səhvən Ramin kimi qeyd edilmişdir. Mülkiyyətlərinə verilmiş pay torpaq sahələrinə dair yeni mülkiyyət sənədləri almaq məqsədilə DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət edərkən sənədlərdəki yanlışlığın olması aşkar edilmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçiərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, torpaq sahələri ötən müddət ərzində istifadədə olduğuna görə şəhadətnamədəki və Dövlət aktındakı yanlışlıqlara fikir verməmişdir. Ərizədə göstərdiyi hallaeı şahidlər də təsdiq edə bilərlər.Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı X9 məhkəmə baxışı iclasının vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş üzrə maraqlı şəxs DƏDRX-nin 5 saylı X8 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatlnı dinləyib, işüzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-211 F seriyalı, 30206018 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayon X4 xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə X7 və ailə üzvlərinə yaşadıqları Xaçmaz rayonunun Aşağı-zeyid kəndində 0,10 ha həyətyanı torpaq sahəsiverilmişdir. JN-0045 seriyalı 30206018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, X7 və ailə üzvlərinə Xaçmaz rayon X4 xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə Xaçmaz rayonunun Aşağı-zeyid kəndində 1.65 ha pay torpaq sahəsi verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ərizəçinin qonşusu olduğunu, heç bir qohumluq münasibətlərinin olmadığını, Xaçmaz rayon X4 xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə Ərizəçi və onun ailə üzvlərinə yaşadıqları Xaçmaz rayonunun Aşağı-zeyid kəndində 0,10 ha həyətyanı torpaq sahəsi və 1,65 ha pay torpaq sahəsi verildiyini göstərmişdir. Lakin torpaq sahələrinin mülkiyyət sənədlərində Ərizəçi adı səhvən Ramin kimi qeyd edilmişdir. Torpaq sahəsi 1998-ci ildən ərizəçinin və onun ailə üzvlərinin istifadəsindədir. JN-211 F seriyalı, 30206018 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və JN-0045 seriyalı 30206018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi və onun ailə üzvlərinə məxsus olduğunu təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qurbanov Şövkət Ramazan oğlu şahid X3 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X10 Məhkəməsi «X1rşı» xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə iddianın dəlillərinə münasibət bildirərək hesab edir ki, iddianın dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunduğuna görə rədd edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbləri baxımından ərizəçilər JN-595 saylı, 30220087 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçilərin və şahidlərin izahatını dinləyib belə hesab edir ki, işdə olan sübutlarla JN-211 F seriyalı, 30206018 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və JN-0045 seriyalı 30206018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olduğu müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məsəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məsəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məsəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə islasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməli, JN-211 F seriyalı, 30206018 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və JN-0045 seriyalı 30206018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-si və 360-sı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. JN-211 F seriyalı, 30206018 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və JN-0045 seriyalı 30206018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsus faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar