Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2248/2020 10.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X16, Ərizəçi nümayəndəsi X7 iştirakları ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN-060A saylı, reyestr kodu 30213048 və JN-060B saylı, reyestr kodu 30213048 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə göstərilmiş X8 adının ona, yəni Ərizəçi, həmçinin JN-060A saylı, reyestr kodu 30213048 və JN-060B saylı reyestr kodu 30213048 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdəki Gəncəliyeva Südabə Mövlan qızı adının mərhum anası Əsədova Südabə Mövlan qızına məxsus olması faktının doğruluğuna dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçiərizəni onunla əsaslandırmışdır ki, o, Xaçmaz rayonunun Manaf-oba kəndində yaşamışdır, hazırda isə ailə quraraq, Xaçmaz rayonunun Armudpadar kəndinə gəlin köçmüşdür. Xaçmaz rayon X13 xx.xx.1998-ci il tarixli 09 saylı qərarı ilə ona, anası Gəncəliyeva Südabə Mövlan qızına, atası X9 yaşadıqları Xaçmaz rayonunun Manaf-oba kəndində 0,25 ha və 0,21 ha həyətyanı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə dair JN-060 A seriyalı 30213048 kodlu və JN-060 B seriyalı 30213048 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr işlənib hazırlanmışdır. Anasının vəfatı ilə əlaqədar olaraq vərəsəlik işi açılmalıdır. Lakin onun və mərhum anasının adı və soyadında texniki səbəblərdən anlaşılmazlıq mövcuddur. Mövcud olan anlaşılmazlıqları Xaçmaz rayon İHB-nin Çinar-tala İƏD tərəfindən verilmiş arayış da təsdiq edir. Sənədlə onun adı Ərizəçi, anasının adı isə Əsədova Südabə Mövlan qızıdır.Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə isə onun adı Aysel, soyadı Gəncəliyeva, anasının soyadı isə Gəncəliyeva göstərilmişdir. Şəhadətnamələr tərtib olunarkən yalnışlıqlara yol verilmişdir. Belə ki, Şixəmirova soyadı onun nikaha daxil olduqdan sonra qəbul etdiyi soyaddır. Aysel isə ona uşaqlıqdan verilmiş ad olmuşdur. Onun doğum haqqında şəhadətnaməsi xx.xx.1999-cu il tarixində verilmişdir. Şəhadətnaməyə dair sənədlər hazırlanarkən onun hələ doğum haqqında şəhadətnaməsi olmamışdır. Anası ilə atası nikahı ləğv etdirəndən sonra öz anası qızlıq soyadına, yəni Əsədovaya keçmişdi. Lakin Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr hazırlanarkən yerli AİK tərəfindən bu hallar nəzərə alınmamışdır. Onlar vərəsəliklə əlaqədar DƏDRX-nin 5 saylı X25ndən müəyyən edilmiş qaydada 1 saylı forma üzrə arayış almalıdırlar və ora müraciət etmişlər. Yuxarıda mövcud olmuş yalnışlıqlara görə DƏDRX-nin 5 saylı X25 xx xxxxxxxx 2020-ci il tarixdə 1 saylı forma üzrə onlara arayışın verilməsindən imtina etmiş və problemin həlli ilə əlaqədar məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Ona görə də o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmiş və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X12 ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, X10 onun qızıdır. O, Xaçmaz rayonunun Manaf-oba kəndində yaşamışdır, hazırda isə ailə qurub Xaçmaz rayonunun Armudpadar kəndinə gəlin köçmüşdür. Xaçmaz rayon X13 xx.xx.1998-ci il tarixli 09 saylı qərarı ilə ona, arvadı Gəncəliyeva Südabə Mövlan qızına və qızı X6 yaşadıqları Xaçmaz rayonunun Manaf-oba kəndində 0,25 ha və 0,21 ha həyətyanı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə dair JN-060 A seriyalı 30213048 kodlu və JN-060 B seriyalı 30213048 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr işlənib hazırlanmışdır. Lakin həmin şəhadətnamələrdə qızı X5 adı səhvən Aysel kimi qeyd edilmişdir. Onlar öz aralarında qızını Aysel çağırmışlar, şəhadətnamələrdə qızının rəsmi adına fikir vermədən Aysel adını qeyd etmişlər. O, həyat yoldaşı Gəncəliyeva Südabə Mövlan qızı ilə boşanmış və Gəncəliyeva Südabə Mövlan qızı qızlıq soyadı olan “Əsədova” soyadını qəbul etmişdir. Məhkəməyə təqdim etdiyi şahidlər ərizədə göstərilən halları təsdiq edə bilərlər. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı X23 məhkəmə baxışı iclasının vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş üzrə maraqlı şəxs DƏDRX-nin 5 saylı X20 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçininnümayəndəsinin şahid qismində təqdim etdiyiMahmudov Sahib Hacılar oğluifadə verərək bildirmişdir ki,ərizəçinin qonşusudur, ərizəçi ilə qohumluğu və ədavəti yoxdur. Ərizəçi Xaçmaz rayonunun Manaf-oba kəndində yaşamış, hazırda ailə qurub Xaçmaz rayonunun Armudpadar kəndinə gəlin köçmüşdür. Xaçmaz rayon X13 xx.xx.1998-ci il tarixli 09 saylı qərarı ilə X6, onun atası X9 və anası Gəncəliyeva Südabə Mövlan qızına Xaçmaz rayonunun Manaf-oba kəndində 0,25 ha və 0,21 ha həyətyanı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə dair JN-060 A seriyalı 30213048 kodlu və JN-060 B seriyalı 30213048 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr işlənib hazırlanmış, lakin həmin X1 adı səhvən Aysel kimi qeyd edilmişdir. X7 bir qızı və bir oğlu var. Onun qızının adı Gülcənnətdir, amma ailə üzvləri, qohum, qonşular onu Aysel kimi çağırırlar. Ərizəçi və onun ailə üzviləri torpaq sahəsindən 1998-ci ildən etibarən istifadə edirlər. Hazırda həmin torpaq sahələrindən X12 istifadə edir. Təsdiq edir ki, JN-060 A seriyalı 30213048 kodlu və JN-060 B seriyalı 30213048 kodlu torpağın mülkiyyətə verilməsinə dair X2, onun atası X9 və anası Gəncəliyeva Südabə Mövlan qızına məxsusdur. Məhkəmə iclasında ərizəçinin nümayəndəsinin şahid qismində təqdim etdiyi X18 ifadə verərək bildirmişdir ki, ərizəçinin qonşusudur, onunla qohumluğu və ədavəti yoxdur. Ərizəçi Xaçmaz rayonunun Manaf-oba kəndində yaşamış, hazırda ailə quraraq Xaçmaz rayonunun Armudpadar kəndinə gəlin köçmüşdür. Xaçmaz rayon X13 xx.xx.1998-ci il tarixli 09 saylı qərarı ilə X6, onun atası X9 və anası Gəncəliyeva Südabə Mövlan qızına Xaçmaz rayonunun Manaf-oba kəndində 0,25 ha və 0,21 ha həyətyanı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə dair JN-060 A seriyalı 30213048 kodlu və JN-060 B seriyalı 30213048 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr işlənib hazırlanmış, lakin həmin X1 adı səhvən Aysel kimi qeyd edilmişdir. X7 bir qızı və bir oğlu var. Onun qızının adı Gülcənnətdir, amma ailə üzvləri, qohum, qonşular onu Aysel kimi çağırırlar. Ərizəçi və onun ailə üzviləri torpaq sahəsindən 1998-ci ildən etibarən istifadə edirlər. Hazırda həmin torpaq sahələrindən X12 istifadə edir. Təsdiq edir ki, JN-060 A seriyalı 30213048 kodlu və JN-060 B seriyalı 30213048 kodlu torpağın mülkiyyətə verilməsinə dair X2, onun atası X9 və anası Gəncəliyeva Südabə Mövlan qızına məxsusdur. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ərizəçinin adı soyadı və ata adı Ərizəçidır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamədən çıxarışdan müəyyən olunur ki, X8 xx.xx.1993-cü il tarixdə Xaçmaz rayonunun Manaf-oba kəndində anadan olmuşdur, xx.xx.1999-cu il tarixdə Xaçmaz rayon Qeydiyyat şöbəsi tərəfindən 69 saylı doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur. Onun atası X12, anası Gəncəliyeva Südabə Mövlan qızıdır. İş materiallarında olanxx.xx.2020-ci il tarixli nikah haqqında şəhadətnamədən çıxarışdan müəyyən olunur ki, X8 ilə X14 arasında xx.xx.2011-ci il tarixdə rəsmi nihak bağlandıqdan sonra X8 “Şıxəmirova” soyadını qəbul etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli nikah haqqında şəhadətnamədən çıxarışdan müəyyən olunur ki, X12 ilə Əsədova Südabə Mövlan qızı arasında xx.xx.1992ci il tarixdə nikah qeydə alınmışdır. Nikah bağlandıqdan sonra Əsədova Südabə Mövlan qızı “Gəncəliyeva” soyadını qəbul etmişdir. İş materiallarında olan İİ–JQ seriyalı 329925 saylı nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, X12 ilə Gəncəliyeva Südabə Mövlan qızı arasındakı nikah qeydi xx.xx.1998-ci il tarixdə pozulmuşdur. Gəncəliyeva Südabə Mövlan qızının nikah pozulduqdan sonra “Əsədova” soyadını qəbul etmişdir. İş materiallarında olan JN-060A saylı, reyestr kodu 30213048 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayon X13 xx.xx.1998-ci il tarixli 09 saylı qərarı ilə X9, Gəncəliyeva Südabə Mövlan qızına və X11 yaşadıqları Xaçmaz rayonunun Manaf-oba kəndində 0,25 ha həyətyanı torpaq sahələri verilmişdir. İş materiallarında olan JN-060B saylı, reyestr kodu 30213048 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayon X13 xx.xx.1998-ci il tarixli 09 saylı qərarı ilə X9, Gəncəliyeva Südabə Mövlan qızına və X11 yaşadıqları Xaçmaz rayonunun Manaf-oba kəndində 0,21 ha həyətyanı torpaq sahələri verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən çıxarışdan müəyyən olunur ki, Əsədova Südabə Mövlan qızı xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olanXaçmaz rayon İHB-nin Çinar-tala İƏD tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, mərhumə Gəncəliyeva Südabə Mövlan qızının adı, soyadı, ata adı, əslində Əsədova Südabə Mövlan qızı kimi, ərizəçinin adı, soyadı, ata adı isə Şıxəmirova (Gəncəliyeva) Gülcənnət Elçin qızı kimi oxunmalıdır. İş materiallarında olan DƏDRX-nın 5 saylı X20 xx.xx.2020-ci il tarixli məkubundan müəyyən olunur ki, Ərizəçi nümayəndəsi X12 JN-060A saylı, reyestr kodu 30213048 və JN-060B saylı, reyestr kodu 30213048 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-060A saylı, reyestr kodu 30213048 və JN-060B saylı reyestr kodu 30213048 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə düzəlişlər edilməsi ilə əlaqədar DƏDRX-nın 5 saylı X23 müraciət etmiş, lakin ona məsələnin həllinin İdarənin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və bununla bağlı ona məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizənin verilməsi ilə əlaqədar ərizəçi tərəfindən 10 (on) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, JN-060A saylı, reyestr kodu 30213048 və JN-060B saylı, reyestr kodu 30213048 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin Ərizəçi və mərhum Əsədova Südabə Mövlan qızına məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. QƏT ETDİ : Ərizə təmin edilsin. JN-060A saylı, reyestr kodu 30213048 və JN-060B saylı, reyestr kodu 30213048 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin Ərizəçi və mərhum Əsədova Südabə Mövlan qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2248/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2248/2020
10.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver