Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-225/2025 13.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh1, Üçüncü şəxslər X5, X7 və X2 iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və X18 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mirasdan payın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2004-ci il tarixdə Xaçmaz rayon 1 saylı dövlət kontoru tərəfindən X15 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mərhum X6 və X20 miras qalmış mirasdan payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Qımıl qışlaq kəndində qeydiyyatda olmaqla orada yaşayır. X6, anası isə X40r. X49 anası Zöhrə Fətəliyeva 06 aprel 1954-cü ildə Xaçmaz rayon Qımıl-qışlaq nümayəndəliyində nikaha girmişlər. Faktiki və birgə nikahdan onların 10 övladı anadan olmuşdur. Onlar xx.xx.1953-cü il təvəllüdlü X24, xx.xx.1955-ci il təvəlüldlü X25, xx.xx.1957-ci il təvəllüdlü X9, xx.xx.1959-cu il təvəllüdlü X29, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı, xx.xx.1966-cı il təvəllüdlü X16, xx.xx.1971-ci il təvəllüdlü X30, X31, X32, X10r. X6 11 aprel 1988-ci ildə, anası isə 2001-ci ildə rəhmətə getmişdir. Xaçmaz rayonu Qımıl-qışlaq kəndində oğlunun adına 45 reyestr nörməli qeydiyyat vəsiqəsi verilmiş və texniki pasport işlənmiş fərdi yaşayış evi qeydə alınmışdır. X26 adına 0.30 ha torpaq sahəsinə verilmiş şəhadətnamə və 0.30 ha torpaq sahəsinə verilmiş JN-197 nömrəli dövlət aktı qeydə alınmışdır. Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən tərtib edilmiş qanun üzrə vərəsəlik haqqında xx.xx.2004-cü il tarixli şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində yerləşən X6ndan miras qalmış 3 otaqlı torpaq sahəsi 31.31 kv metrdən ibarət ev qardaşı X1. Hesab edir ki, mirasın evin cavabdehin adına rəsmilləşdirilməsi tamamilə qanunsuz olmuşdur. Xaçmaz rayonu Qımıl-qışlaq kəndində yerləşən X6ndan miras qalmış 3 otaqlı torpaq sahəsi 31.31 kv metr ibarət ev qardaşı X4 zaman vərəsələr düzgün göstərilməmiş, onların heç birinin razılığı alınmamışdır. Qanun üzrə vərəsələrin dairəsi gizlədilmişdir. Onun belə razılığı yoxdur. Bu yaxınlarda miras əmlakdan payının müəyyən etmək üçün notariusa müraciət etdiyi zaman bu hal orada üzə çıxmış, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin olmasından xəbəri olmuşdur. Ona görə də qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız hesab edilməli, miras əmlakdan payı müəyyən edilməlidir. X66 rəhmətə getmişdir. Onun vərəsələri həyat yoldaşı olmuş Cavabdeh1, Cavabdeh2, X22r. İş üzrə İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək göstərmişdir ki, xx.xx.2004-ci il tarixdə Xaçmaz rayon 1 saylı dövlət kontoru tərəfindən X15 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 2V-İ-56 və 2V- İ-57 saylı şəhadətnamələrin etibarsız hesab edilməsi, mərhum X19 və X20 miras qalmış mirasdan payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2003-cü ilədək ata evində qeydiyyatda olmuşdur, hazırda isə öz evində qeydiyyatdadır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək göstərmişdir ki, bu iddiaya 2000-ci ilədək qüvvədə olan və hazırda qüvvədə olan MM tətbiq edilməlidir. Şixkərim 1988-ci ildə vəfat edəndə iddiaçı və üçüncü şəxslər mübahisəli evdə yaşamışlar və mirası faktiki olaraq qəbul etmişlər. Mirasın qəbulunu rəsmiləşdirmək üçün müraciət edəndə məlum olmuşdur ki, vərəsəlik şəhadətnaməsi verilmişdir. Vərəsəlik işində də göstərilir ki, Vüqardan başqa vərəsə yoxdur, bu isə tam qanunsuz haldır. 2001-ci ildə iddiaçının anası vəfat etmiş, bundan sonra 2033-cü ildə Vüqar ailə qurub. Vərəsələr notariat qaydasında miras qəbulundan imtina etməmişdirsə, onlar vərəsə sayılır. Məhkəmə iclasında cavabdeh onun və uşaqlarının miras evdə paylarının olmasını bildirərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxslər X9, X16 və X3 mərhum X8 və X20 miras qalmış mirasdan paylarının müəyyən edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində iş üzrə digər cavabdehlər, üçüncü şəxslər və üçüncü şəxs qismində cəlb edilmiş Xaçmaz rayon 1 saylı Notariat Ofisi lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X33 ifadəsində göstərmişdir ki, İddiaçı həyat yoldaşıdır. Onlar 2003-cü ilin mart ayında qaynı üçün toy məclisi olacaqdı, ona görə də bir otaq təmir edərək evdən çıxmışlar. Qaynanası 2001-ci ildə vəfat edib, həmin vaxt qaynı Tahir, Vüqar, Şixmurad həmin evdə ailəsi ilə birgə yaşayıb. Qaynanası kasıb ailədə olub, evdən çıxanda qaynanasın onlara heç bir əmlak qalmayıb. Kommunal xərcləri əri Şixmurad və qaynı Tahir birlikdə ödəyirdilər. 1991ci ildə ailə həyatı qurmuşlar və qaynanasının evində yaşamışlar. 2003-cü ilin mart ayında evdən çıxmışlar. 2003-cü ilin sentyabr ayında qaynı Vüqar ailə qurub, həmin evə gəlin gətirib. Kiçik övladı 2003-cü ilin fevral ayında anadan olub, həmin vaxtı artıq onlar evdən çıxmışlar. Qayanası onlara pay vermədiyi üçün onlar da pay istəməmişlər. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı tərəf göstərmişdir ki, həmin ev mərhum Zöhrənin adına olub, sonradan oğlu Vüqarın adına keçib. X70 adına necə keçdiyi dəqiqləşdirilməlidir. Qardaşı Səfər anasından əvvəl vəfat edib, digər qardaşları Vüqar və Fətəli isə anasından sonra vəfat etmişlər. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 göstərmişdir ki, qaynanası 2011-ci ildə vəfat edib, 2004-cü ildə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Şəhdətnamənin hansı yolla alındığını bimir, o iştirak etməmişdir. Mərhum əri vəfat etməmişdən əvvəl vaxtında mirasdan payı alardılar. Hazırda 2 uşağı ilə birlikdə həmin evdə yaşayır. Oğlum Pərviz hərbi xidmətdədir. Digər vərəsələrin notariatda iştirak etməsini bilmir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh X34 iddianı qəbul etməyərək göstərmişdir ki, vərəsə kimi o da öz payını tələb edir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında üçüncü şəxslər X16 və X9 vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini istəmişlər. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı göstərmişdir ki, valideynlərimin vəfatından sonra həmin evdə qardaşım Vüqar ailəsi ilə birgə orada yaşayıb. Miras evdə əvvəllər, valideynləri sağ olarkən yaşmışdır. Valideynlərinin vəfatından məlumatı olub, lakin sonradan cavabdehlərin davranışları dəyişdiyi üçün miras əmlakdan pay istəmişdir. Atası vəfat edəndən sonra ata evində yaşamışlar, anasının vəfatından sonra, 2003-cü ildə həmin evdən çıxmışlar. Evin qardaşı Vüqarın adına keçməsindən yaxın vaxtlarda məlumatı olmuşdur. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının mümayəndəsi və vəkili göstərmişdir ki, 1988-ci ildə iddiaçının atası vəfat edib və vərəsəlik atadan birbaşa Vüqarın adına keçib, 1988-ci ildə 2004-cü ilə qədər şəxslər həmin evdə yaşayıblar. Anaları 2001-ci ildə vəfat edib, 2004-cü ildə vərəsəlik açılmışdır. İddiaçı atası vəfat edəndən sonra 2004-cü ilə qədər həmin evdə yaşamış və mirası qəbul etmişlər, sadəcə olaraq mirasın qəbul edilməsi ilə bağlı notariusa ərizə verməmişlər. 2001-ci ildə anaları vəfat edəndən sonra Vüqar Notariusa gedib ərizə verərək yeganə vərəsənin özü olduğunu bildirmişdir. Bununla da digər vərəsələrin hüquqlarını pozub. Miras qalmış 0.30 ha torpaq sahəsi qeyrirəsmi olaraq satılıb. İddiaçı atasından sonra mirası qəbul etmişdir. 2001-ci ildə anası vəfat edəndən 2 il sonra isə evdən çıxıblar. Sorğu verdikdən sonra məlum oldu ki, heç bir sənədləşmə aparılmayıb. İddiaçının qardaşı Vüqar vəfat edəndən sonra cavabdeh Aygün Fətaliyeva ilə aralarında mübahisə yaranmışdır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 göstərmişdir ki, 2003-cü ildə Vüqarla ailə quranda iddiaçı və digər vərəsələr həmin evdə yaşamamışlar. Oğlu hərbi xidmətdən qayıdana kimi işin icraatının dayandırılmasını xahiş edir, oğlum da məhkəmə prosesində iştirak edə bilsin. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 göstərmişdir ki, 2003-cü ildə Vüqarla ailə qurandan sonra həmin evdə o, ailəsi yaşayıb. İddiaçının və üçüncü şəxslərin hərəsinin öz evi var, onların evinə də gəlib-gedirlər. 2003-cü ildən sonra əmlak barədə qardaşlar arasında hər hansı bir mübahisə olmayıb. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl miras əmlakdan pay istəməsi ilə bağlı ona müraciət etməmişdir. O, onları evdən qovmamışdır. Həyat yoldaşının yas mərasimini də özü keçirmiş, onların heç biri köməklik etməyib. 2003-cü ildən o həmin evə gəlin gəlmiş, buna qədər həmin evdə qaynı Tahir yaşayıb. Gəlin gəlməzdən əvvəl Tahiri evdən çıxarıblar. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında üçüncü şəxs X3 göstərmişdir ki, qardaşı Vüqar vəfat edən zaman o həmin evə getmiş, lakin cavabdeh onu evdən qovmuşdur. Anası vəfat edəndən sonra miras evdə Şixmurad, Tahir və Vüqar yaşayırdı, həmin vaxt Şixmurad ailəli idi. Sonradan həmin evdən ayrıldılar. Anası vəfat edəndən sonra Vüqar kiçik qardaş olduğu üçün evin ona qalacağını düşünmüşlər. Qardaşının xəstəliyinə getmiş, cavabdeh Aygün ona qarşı hörmətsizlik etmişdir. 1988-ci ildə atası vəfat edəndə o və qardaşları həmin evdə yaşmışlar. Anası vəfat edəndən sonra isə Şixmurad, Tahir Vüqar evdə yaşayıblar. Vüqar 2023-cü ildə vəfat edəndən sonra, 2024-cü ildə ev mübahisəsi başlamışdır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, Şixmurad bibisi oğludur. İddiaçı Şixmurad anası vəfat edəndən sonra da Xaçmaz rayonunun Qışmıl-Qışlaq kəndindəki evdə yaşayıb. Ondan başqa, qardaşı Vüqar da həmin evdə yaşayıb. İddiaçının atasının vəfatından sonra uşaqların əksəriyyəti həmin evdə yaşayıblar. Şixmurad anasının vəfatından sonra ailəsi ilə birlikdə yaşayırdı. Tahir Fətəliyev də həmin evdən çıxıb ayrı yaşayıb. Atalarından sonra 1988-ci ildən sonra iddiaçı həmin evdə yaşayıb, atası vəfat edəndə Şixmurad subay idi. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, iddiaçı qonşusudur. İddiaçı, qardaşı Vüqar evlənənə kimi həmin mübahisəli evdə yaşayıblar. Digər qardaşları Tacəddin, Balasoltan, Vüqar və bacıları da anaları vəfat edəndən sonra həmin evdə yaşayıblar, sonra ailə qurub çıxıblar. Şixkərim vəfat edəndən sonra övladların hamısı bir evdə yaşayıblar. Anaları 2001-ci ildə vəfat edəndən sonra həmin evdə Şixmurad və Vüqar yaşayıb. Şixmurad anası vəfat edənə kimi anası ilə yaşayıb. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 ifadəsində göstərmişdir ki, iddiaçı ilə qonşudur. Anaları Zöhrə 2001-ci ildə vəfat edib, həmin vaxt iddiaçı anasının evində qardaşı Vüqarla birgə yaşayırdı, ailəsi də həmin evdə idi. Həmin vaxtı Şixmurad özünə ev tikmişdi, lakin ev tamamlanmamışdı. Vüqar ailə qurandan sonra Şixmurad özünün tamamlanmış evinə köçüb. Anası vəfat edəndən sonra Şixmurad Vüqarla bir evdə yaşamışlar, qardaşları Tacəddin evdən tez çıxmışdır. Valideynlərinin yas mərasimlərini eşitdiyinə görə qardaş və bacılar köməkləşərək keçirmişlər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - qeydiyyat şöbəsinin arayışından müəyyən olunur ki, X19 ilə X52 arasında nikah xx.xx.1954-cü ildə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Fətəliyeva soyadı verilmişdir. -qeydiyyat şöbəsinin arayışından müəyyən olunur ki, X19 11 aprel 1988-ci il tarixdə ölmüşdür. -qeydiyyat şöbəsinin arayışından müəyyən olunur ki, X46 xx.xx.2001-ci il tarixdə ölmüşdür. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində 3131.0 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi 145 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən X35iu, JN-197 saylı Kod 30214018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən 0.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və JN-199F saylı Kod 30214018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0.30 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçisi X36r. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış Xaçmaz rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Xaçmaz rayon Qımılqışlaq kəndində yaşamış xx.xx.1988-ci il vəfat etmiş X19 və xx.xx.2001-ci ildə vəfat etmiş X46 xx.xx.1954cü ildə nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış onların 6 övladları olması barədə məlumat aşkar olunmuşdır. 1. X24 xx.xx.1953-cü il Xaçmaz rayonu Qımılqışlaq kəndi 2. X25 xx.xx.1955-ci il Xaçmaz rayonu Qımılqışlaq kəndi 3. X9 xx.xx.1957-ci il Xaçmaz rayonu Qımılqışlaq kəndi 4. X29 xx.xx.1959-cu il Xaçmaz rayonu Qımılqışlaq kəndi 5. X16 xx.xx.1966-cı il Xaçmaz rayonu Qımılqışlaq kəndi 6. X30 xx.xx.1971 -ci il Xaçmaz rayonu Qımılqışlaq kəndi. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış Xaçmaz rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Xaçmaz rayon Qımılqışlaq kəndində yaşamış xx.xx.1994-cü il vəfat etmiş X31 və X13 xx.xx.1973-cü ildə nikaha daxil olmuşlar.Azorbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış onların 3(üç) övladları olması barədə məlumat aşkar olunmuşdur. 1. X41 xx.xx.1974-cü il Xaçmaz rayonu. 2. X53 xx.xx.1978-ci il Xaçmaz rayonu. 3. X54 xx.xx.1987-ci il Xaçmaz rayonu. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış Xaçmaz rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Xaçmaz rayon Qımılqışlaq kəndində yaşamış xx.xx.2018-ci il vəfat etmiş X24 və X37 xx.xx.1976-cı ildə nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış onların 3(üç) övladları olması barədə məlumat aşkar olunmuşdur. 1. X42 xx.xx.1978-ci il Xaçmaz rayonu Qımılqışlaq kəndi. 2. X17 xx.xx.1980-ci il Xaçmaz rayonu Qımılqışlaq kəndi. 3. X47 xx.xx.1985-ci il Xaçmaz rayonu Qımılqışlaq kəndi. -xx.xx.2025-ci il tarixdə Şahid1, Şahid3, Şahid2 iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, xx.xx.1988-ci il tarixdə vəfat etmiş Xaçmaz rayon Qımılqışlaq kənd sakini X23 vəfat etdikdən sonra onun Qımılqışlaq kəndində yerləşən evində övladları X9, X29, İddiaçı, X16, X30, X27, X14, 2001-ci ildə vəfat etmiş X46 vəfat etdikdən sonra Qımılqışlaq kəndində ona məxsus olan evdə övladları İddiaçı 2003-cü ilədək və X30 isə vəfat edən günədək yəni 23 yanvar 2023-cü ilin tarixinədək həmin evdə yaşamışdır. xx.xx.1988-ci il tarixdə vəfat etmiş Xaçmaz rayon Qımılqşlaq kənd sakini mərhum X11 dəfn xərclərini arvadı X46 ailəsi ilə birlikdə çəkmişdir. 2001-ci ildə vəfat etmiş mərhumə X26 dəfn xərclərini isə övladları çəkmişdir. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış Xaçmaz rayon 1 saylı dövlət notariat ofisində 20 fevral 2004-cü il tarixdə 2V-56 və 2V-57 reyestr nömrəsi ilə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işindən görünür ki, xx.xx.1988-ci il tarixdə vəfat etmiş X8 və xx.xx.2001-ci ildə vəfat etmiş X20 miras qalmış əmlaklara dair X21 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının X6, anası isə X40r. X51 Fətəliyeva 06 aprel 1954-cü ildə Xaçmaz rayon Qımıl-qışlaq nümayəndəliyində nikaha girmişlər. Faktiki və birgə nikahdan onların 10 övladı anadan olmuşdur. X19 11 aprel 1988ci ildə, Zöhrə Fətəliyeva isə 2001-ci ildə vəfat etmişlər. X26 adına 0.30 ha torpaq sahəsinə verilmiş şəhadətnamə və 0.30 ha torpaq sahəsinə verilmiş JN-197 nömrəli dövlət aktı qeydə alınmışdır. Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən tərtib edilmiş qanun üzrə vərəsəlik haqqında xx.xx.2004-cü il tarixli şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində yerləşən X8 miras qalmış 3 otaqlı torpaq sahəsi 31.31 kv metrdən ibarət ev iddiaçının qardaşı X1. İddiaçı xx.xx.2004-ci il tarixdə Xaçmaz rayon 1 saylı dövlət kontoru tərəfindən X15 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 2V-İ-56 və 2V- İ-57 saylı şəhadətnamələrin etibarsız hesab edilməsini, X19 və X20 miras qalmış mirasdan payının müəyyən edilməsini tələb edir. Cavabdehlər iddianı qəbul etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun: 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları). O da nəzərə alınmalıdır ki, vərəsəlik hüququnda nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Göstərilənlər baxımından, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Burada nəzərə almaq lazımdır ki, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. Lakin mövcud qanunvericilikdə həm mirasın qəbulu, həm də mirasdan imtina etmək müddətləri nəzərdə tutulmuş, eyni zamanda mirasın qəbulu müddətinin imtina müddətindən artıq olması təsbit edilmişdir. Belə olan təqdirdə Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətinin ötürülməsinin hüquqi nəticələri qeyrimüəyyən olduğundan, bu qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə Mülki Məcəlləyə 1273-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin maddədə qeyd olunan normalar isə mirasdan imtinanın nəticələri ilə bağlıdır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırkı mülki iş üzrə iddiaçı 1988-ci ildə vəfat etmiş atasından və 2001-ci ildə vəfat etmiş anasından qalan mirası qəbul etmək üçün heç bir hərəkət etməmiş, bu mirası nə faktiki olaraq, nə də qanun üzrə qəbul etməmişdir. Həmçinin, iddiaçı mirası vaxtında qəbul edə bilməməsinin üzrlü səbəbdən baş verməsini göstərməmiş, Mülki Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı müraciət etməmişdir. Belə ki, iddiaçı anası vəfat etdikdən sonra həmin evdə ailəsi ilə birlikdə yaşadığını və daha sonra X15 nikaha daxil olması səbəbindən həmin evi tərk edərək bundan bir neçə il əvvəl tikintisinə başladığı evə köçdüyünü bildirsə də və bu faktı təsdiq etmək üçün 20 ildən sonra məhkəmə prosesinin gedişi zamanı xx.xx.2025-ci il tarixdə Qımıl-qışlaq kənd İƏDdən akt əldə etsə də, həmçinin şahid qismində məhkəməyə bir neçə nəfər təqdim etsə də, məhkəmə qeyd edilənlərə tənqidi yanaşaraq mötəbər sübut hesab etmir. Məhkəmə hesab edir ki, dəvət olunmuş şahidlərin verdiyi ifadələr öz-özlüyündə ziddiyyətli olmaqla əvvəlcədən əldə olunan razılıq əsasında hazırlandığını nümayiş etdirir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı anası və atasının vəfat etdiyini bilmiş, mübahisəli əmlakın mövcudluğundan xəbərdar olmuşdur. Belə olan halda mirasın qəbulu üçün hər hansı təşəbbüs göstərməmiş, iş üzrə cəlb edilmiş X2 izahatında bildirdiyi kimi “kiçik qardaş olduğu üçün evin ona qalacağı” fikri ilə razılaşmış, uzun müddət ərzində bunu mübahisələndirməmişdir. Lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş vərəsə vəfat etdikdən sonra onun ailəsi ilə münasibətləri korlandığından həmin əmlakdan pay tələb etmək qərarına gəlmişdir. Bundan başqa, iddiaçı mirası faktiki qəbul etdiyini bildirsə də, ata və anasından qalan başqa hər hansı əmlakı qəbul etmədiyini bildirmişdir. Mülki Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. İddiaçı tərəf iddia tələbinin əsası kimi həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına istinad etmişdir, məhkəmə buna münasibətdə qeyd edir ki, həmin qərarda göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2 və X18 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mirasdan payın müəyyən edilməsi tələbinə dair iddiası təmin olunmasın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-225/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-225/2025
13.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver