Məhkəmə qərarları › İş №2(067)-226/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-226/2023

10.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-226/2023 10.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması hüquqi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, keçmiş Azərbaycan SSR-nin 50 illiyi adına (Quba rayonu Zərdabi qəsəbəsi) sovxoz tərəfindən 21 dekabr 1977-ci il tarixdə Əmirbəyova Nuryanın adına verilmiş 44 nömrəli orderin X8 məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, ərizəsini müdafiə edir. Əmirbəyova Nura onun anasıdır. Adında yanlığlığa yol verilib və Nurya kimi yazılıb. Əmirbəyova anasının qızlıq soyadıdır. Orderin anasına aid olduğunun təsdiq olunmasını xahiş edir. Xahiş edir ki,ərizəsi təmin edilsin. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək ərizəyə uyğun izahat vermiş və təmin olunmasını xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan SSR-nin 50 illiyi adına sovxoz tərəfindən 21 dekabr 1977-ci il tarixli orderdən müəyyən olunur ki, həmin order Əmirbəyova Nuryanın adına verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 xx.xx.2020-ci ildə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 xx.xx.1960-cı ildə anadan olmudur. X1, anası X5r. İş materiallarında olan DƏDRX-nin ərizəçi X4 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Quba rayonu, SSR-nin 50 illiyi adına sovxoz tərəfindən 21 dekabr 1977-ci il tarixli orderində X6 adı səhvən “Nurya” kimi qeyd olunmuşdur. Hüquq sahibinin ad və soyadında yaranmış uyğunsuzluğun aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi DƏDRX-nin 5 saylı ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Quba rayonu Zərdabi Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 234 saylı Arayışından görünür ki, hal hazırda Quba rayonu Zərdabi qəsəbəsində Zərdabi Bələdiyyəsinin 24 noyabr 1990-cı il tarixli mənzil qeydiyyat kitabına və inventar nömrəsi 428 şəxsi vərəqəsinə əsasən ev №12, 4 nömrəli mənzil X7 məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin ərizəçiyə məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i Ərizə təmin edilsin. Azərbaycan SSR-nin 50 illiyi adına( Quba rayonu Zərdabi qəsəbəsi) sovxoz tərəfindən 21 dekabr 1977-ci il tarixdə Əmirbəyova( Abdullayeva) Nuryanın adına verilmiş 44 nömrəli orderin X8 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar