Məhkəmə qərarları › İş №2(067)-2261/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2261/2024

09.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2261/2024 09.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış qaz sərfiyyatı məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiyanın qərarının və xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında yazılmış 820.80 manat pulun silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, yaşadığı ünvan ona məxsusdur. Kommunal xərclər onun adına gəlir. Evdə guya sayğacı tərsinə bağlayaraq qazdan istifadə olunması barədə akt yazılaraq onu 820.80 manat cərimə etmişlər. Sayğac bayırda yerləşir, onun heç nədən xəbəri yoxdur, sayğaca müdaxilə edilməyib. Bunu qaz idarəsinin nəzarətçiləri də bilir. Onun sayğacında göstərilən nöqsanlar olmadığı üçün dəfələrlə Cavabdeh İB-nə müraciət etmişdir. Hər dəfə bir bəhanə gətirərək yayınmışlar, hətta küçənin nəzarətçilərinə dəfələrlə bildirmiş, hər ay istifadə etdiyi qaz sərfiyatını ödəmişdir. Ödəniş etməyi barədə qəbzləri var. Hal-hazırda sayğacda göstərildiyi göstərişə əsasən heç bir borcu yoxdur. Bu günə qədər nə borcu varsa hamısını nə deyiblər ödəmişdir, qəbzləri də var. Sonradan yaşadığı ünvana Cavabdeh İB-nin nümayəndələri akt tərtib etdilər, akt yazılarkən onun xəbəri olmayıb. Sonradan ona bildiriş gəldiki onun 820.80 manat borcu var. Halbuki borcu yoxdur. O, bu borcla baqlı Cavabdeh İB X2 İstismar İdarəsinə müraciət etsə də hələ də əsassız yerə yazılan borc silinməyib. Bununla əlaqədar yuxarıda qeyd etdiyi kimi cavabdehin əməkdaşları tərəfindən akt yazılmışdır. Lakin qaz sayğacının hansı səbəbdən əzilməsi müəyyən edilməmiş və əsassız borc hesablanmışdır. Halbuki o hər ay nəzarətçinin dediyi borcu vaxtı-vaxtında ödəmiş, qəbzləri var. Bildirmək istəyir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduqunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı, və maddi sübutlarla ekspertlərin rəyləri ilə yerində müayinə keçirməklə səs və video yazıları, şahidlərin ifadələri, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Lakin sayğacı açıb götürəndə bunların heç biri olmayıb. Yaxud da qanunsuz qazdan istifadə etməyi barədə heç bir əsas əldə olunmayıb. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək göstərmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-1245/2021 saylı qətnaməsi ilə hazırkı tələbə baxılıb və onların İddiaçı qarşı iddiaları təmin olunub. Ona görə hazırkı işə yenidən baxıla bilməz. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-1245/2021 saylı qətnaməsinin surərindən müəyyən olunur ki, Cavabdeh İddiaçı təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 820,80 manat (səkkiz yüz iyirmi manat səksən qəpik) məbləğində zərər və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul, ümumilikdə 850,80 manat (səkkiz yüz əlli manat səksən qəpik) məbləğində pul tutularaq iddiaçı Cavabdeh Azərbaycan X1 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03 NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ ********************) bank hesabına ödənilməsi qət edilmişdir. Göründüyü kimi hazırki iddia üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə hazırlıq icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6.-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə müvafiq olaraq, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış qaz sərfiyyatı məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin hazırlıq icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar