Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2287/2021 06.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, ərizəçilər Ərizəçi2, Ərizəçi4, Ərizəçi3 və X5 iştirakları ilə, ərizəçilər Ərizəçi2, Ərizəçi4, Ərizəçi3 və X1 şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, JN-712 seriyalı 30219088 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara, yəni Ərizəçi2, Ərizəçi4, Ərizəçi3 və X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi2 ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən ona və ailə üzvlərinə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində cəmi 1 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair onlara JN- 712 seriyalı 30219088 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilmişdir. X4 Əkpərov əvəzinə səhvən Əkbərov kimi, oğlu Anarın da soyadı Əkpərov əvəzinə səhvən Əkbərov kimi, qızı Günelin soyadı Əkpərova əvəzinə səhvən Əkbərova, ata adı Qurban əvəzinə Qardaş kimi, qızı Aygünün soyadı Əkpərova əvəzinə Əkbərova, adı isə Aygün əvəzinə Ayjün kimi qeyd edilmişdir. Torpaq sahəsi onlara təhkim olunandan bəri istifadələrində olub və yanlışlığa fikir verməmişlər. Hazırda torpaq sahələrini satmaq üçün yeni mülkiyyət sənədləri almaq məqsədi ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər, lakin mülkiyyət sənədində yanlışlıq olduğundan, müvafiq əməliyyatın aparılması mümkün olmamışdır. Ona görə də hazırki, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi2 ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, şahidlərinin ərizədə göstərdiyi halları təsdiq edə biləcəklərini qeyd edərək, ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi4 izahatında göstərmişdir ki, Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən ona və ailə üzvlərinə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində cəmi 1 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair bizə JN-712 seriyalı 30219088 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilmişdir. X11 atasının soyadı Əkpərov əvəzinə səhvən Əkbərov kimi, onun soyadı Əkpərov əvəzinə səhvən Əkbərov kimi, bacısı Günelin soyadı Əkpərova əvəzinə səhvən Əkbərova kimi, ata adı Qurban əvəzinə Qardaş kimi, bacısı Aygünün soyadı Əkpərova əvəzinə Əkbərova kimi, adı isə Aygün əvəzinə Ayjün kimi qeyd edilmişdir. Torpaq sahəsi onlara təhkim olunandan bəri istifadələrində olmuş və yanlışlığa fikir verməmişlər. Hazırda torpaq sahələrini satmaq üçün yeni mülkiyyət sənədləri almaq məqsədi ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər, lakin mülkiyyət sənədində yanlışlıq olduğundan, müvafiq əməliyyatın aparılması mümkün olmamışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi3 izahatında göstərmişdir ki, Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən ona və ailə üzvlərinə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində cəmi 1 ha pay torpaq sahəsi verilib. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair onlara JN-712 seriyalı 30219088 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilib. X11 atasının soyadı Əkpərov əvəzinə səhvən Əkbərov kimi, qardaşı Anarın soyadı Əkpərov əvəzinə səhvən Əkbərov kimi, onun soyadı Əkpərova əvəzinə səhvən Əkbərova kimi, ata adı Qurban əvəzinə Qardaş kimi, bacısı Aygünün soyadı Əkpərova əvəzinə Əkbərova kimi, adı isə Aygün əvəzinə Ayjün kimi qeyd edilib. Torpaq sahəsi onlara təhkim olunandan bəri istifadələrində olub və yanlışlığa fikir verməmişlər. Hazırda torpaq sahələrini satmaq üçün yeni mülkiyyət sənədləri almaq məqsədi ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər, lakin mülkiyyət sənədində yanlışlıq olduğundan, müvafiq əməliyyatın aparılması mümkün olmamışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən ərizəçi X7 izahatında göstərmişdir ki, Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən ona və ailə üzvlərinə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində cəmi 1 ha pay torpaq sahəsi verilib. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair onlara JN-712 seriyalı 30219088 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilib. X11 atasının soyadı Əkpərov əvəzinə səhvən Əkbərov kimi, qardaşı Anarın soyadı Əkpərov əvəzinə səhvən Əkbərov kimi, bacısı Günelin soyadı Əkpərova əvəzinə səhvən Əkbərova kimi, ata adı Qurban əvəzinə Qardaş kimi, onun öz soyadı Əkpərova əvəzinə Əkbərova kimi, adı isə Aygün əvəzinə Ayjün kimi qeyd edilib. Torpaq sahəsi onlara təhkim olunandan bəri istifadələrində olub və yanlışlığa fikir verməmişlər. Hazırda torpaq sahələrini satmaq üçün yeni mülkiyyət sənədləri almaq məqsədi ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər, lakin mülkiyyət sənədində yanlışlıq olduğundan, müvafiq əməliyyatın aparılması mümkün olmayıb. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə baxışı iclasının vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İş üzrə maraqlı tərəf DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1952-ci il tarixdə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində anadan olmaqla, həmin kənddə yaşayır. İş materiallarında olan AA seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx.xx.1981-ci il tarixdəanadan olmuşdur. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi4 oğlu xx.xx.1988-ci il tarixdə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində anadan olmaqla, həmin kənddə yaşayır. İş materiallarında olan JN-712 seriyalı 30219088 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndindəki cəmi 1 ha pay torpaq sahəsinin mülkiyyətçisi Ərizəçi2 soyadı səhvən “Əkbərov” kimi və onun ailə üzvləri Ərizəçi3 soyadı səhvən “Əkbərova” kimi, ata adı Qurban əvəzinə “Qardaş” kimi, Ərizəçi4 soyadı səhvən “Əkbərov” kimi, X2 səhvən “Əkbərova” kimi, adı “Ayjün” kimi qeyd edilib. İş materiallarında olan Xaçmaz RİHB-nın Müşkür İƏD-də nümayəndəliyinin 19.05.2021-ci il tarixli arayışlarından müəyyən olunur ki, N-712 seriyalı 30219088 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktında Ərizəçi2 soyadı səhvən Əkbərov kimi, Ərizəçi3 səhvən soyadı Əkbərova kimi, ata adı Qurban əvəzinə Qardaş kimi, Ərizəçi4 səhvən soyadı Əkbərov kimi, X3 soyadı Əkbərova kimi, adı Ayjün kimi qeyd edilib. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 26.04.2021-ci il məktubundan müəyyən olunur ki, JN-712 seriyalı 30219088 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktında yanlışlıq olduğundan, müvafiq əməliyyatın aparılması mümkün olmamışdır və ərizəçilərə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. N-712 seriyalı 30219088 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ərizəçilər Ərizəçi2, Ərizəçi4, Ərizəçi3 və X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2287/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2287/2021
06.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver