Məhkəmə qərarları › İş №2(067)-2292/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2292/2024

10.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2292/2024 10.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi və itirilmiş təbii qaza görə hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh tərəfindən 17 iyul 2021-ci il tarixdə tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, iddia ərizəsində ünvanı kimi ünvan 1si orada yaşayır. Özü Xızı rayonunun Altıağac qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayır. Onun Xızı rayonunun Altıağac qəsəbəsindəki evinin qaz sayğacı ilə bağlı akt tərtib olunmuş və ziyan hesablanmışdır. Ona demişlər ki, iddianı Xaçmaz rayon məhkəməsinə verməlidir, ona görə də iddianı vermişdir. İddiaya Xızı rayon məhkəməsində baxılmasını istəyir. İş üzrə Cavabdeh İB-nə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi çatdırılsa da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə hazırlıq iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Xızı rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə iş aidiyyəti üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının qeydiyyatda olduğu yer Xızı rayonu olduğundan mülki işin aidiyyatı onun seçiminə görə Xızı rayon məhkəməsinə aiddir. Belə olan halda mülki iş aidiyyatı üzrə Xızı rayon məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 44, 45 və 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh İB-nə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi və itirilmiş təbii qaza görə hesablanmış borcun silinməsi tələbinə dair mülki iş aidiyyatı üzrə Xızı rayon məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar