Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2301/2020 13.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, JN-0015 saylı, reyestr kodu 30221028 olan dövlət aktının onlara, yəni Ərizəçi1 və Ərizəçi2 məxsus olması hüquqi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni onunla əsaslandırmışlar ki, Xaçmaz rayon X4 xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə JN 0015 seriyalı 30221028 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında onlara və ailə üzvlərinə yaşadıqları Xaçmaz rayonunun Xuray kəndində 8,75 ha torpaq sahəsi verilmiş, lakin Dövlət Aktında Tamillanın ata adı Hacıbaba əvəzinə səhvən Hacığağa kimi göstərilmişdir. Həmçinin, Ərizəçi2 adı səhvən Gültəkin kimi qeyd olunmuşdur. Dövlət Aktında olan uyğunsuzluğa görə torpaq sahəsinə dair yeni mülkiyyət sənədi ala bilmirlər. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişlər və ərizənin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək, ərizəyə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, torpaq sahəsi ötən müddət ərzində istifadələrində olduğuna görə və torpaq sahəsi ilə bağlı hər hansı bir notarial əməliyyat keçirilməsi zərurəti olmadığına görə, torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı yanlışlığa fikir verməmişlər. Pay torpaq sahəsindən hazırda da onlar istifadə edirlər. Məhkəməyə təqdim edəcəyi şahidlər ərizədə göstərdiyi halları təsdiq edə bilərlər. Odur ki, ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Ərizəçi2 izahat verərək göstərmişdir ki, Xaçmaz rayon X4 xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə JN 0015 seriyalı 30221028 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında ona və ailə üzvlərinə yaşadıqları Xaçmaz rayonunun Xuray kəndində 8,75 ha torpaq sahəsi verilmiş, lakin Dövlət Aktında adı səhvən Gültəkin kimi qeyd olunmuşdur, həmçinin, Ərizəçi1 ata adı səhvən Hacığağa kimi göstərilmişdir. Dövlət Aktında olan uyğunsuzluğa görə torpaq sahəsinə dair yeni mülkiyyət sənədi ala bilmirlər. Torpaq sahəsi ötən müddət ərzində istifadələrində olduğuna görə və torpaq sahəsi ilə bağlı hər hansı bir notarial əməliyyat keçirilməsi zərurəti olmadığına görə, torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı yanlışlığa fikir verməmişlər. Pay torpaq sahəsindən hazırda da onlar istifadə edirlər. Qeyd etmişdir ki, məhkəməyə təqdim etdiyi şahidləri ərizədə göstərdiyi halları təsdiq edə bilərlər. Göstərilənlərə əsasən ərizəini müdafiə edib, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı X10 məhkəmə baxışı iclasının vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş üzrə maraqlı şəxs DƏDRX-nin 5 saylı X9 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2bildirmişdir ki, Ərizəçi1 atasıdır, digər Ərizəçi2 da qohumudur, münasibətləri yaxşıdır. Xaçmaz rayon X4 xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə JN 0015 seriyalı 30221028 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında qızı Ərizəçi1 və onun ailə üzvlərinə yaşadıqları Xaçmaz rayonunun Xuray kəndində 8,75 ha torpaq sahəsi verilmiş, lakin Dövlət Aktında qızının ata adı Hacıbaba əvəzinə səhvən Hacığağa kimi göstərilmişdir. Həmçinin, Ərizəçi2 adı səhvən Gültəkin kimi qeyd olunmuşdur. Dövlət Aktında olan uyğunsuzluğa görə ərizəçilər torpaq sahəsinə dair yeni mülkiyyət sənədi ala bilmirlər. Pay torpaq sahəsi ərizəçilərə və onların ailə üzvlərinə verilən vaxtdan bəri onlar torpaqdan istifadə edirlər. JN 0015 seriyalı 30221028 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ərizəçilərə və onların ailə üzvlərinə məxsus olduğunu təsdiq edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X11 bildirmişdir ki,ərizəçilərin qohumudur, münasibətləri yaxşıdır. Xaçmaz rayon X4 xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə JN 0015 seriyalı 30221028 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Ərizəçi1 və ailə üzvlərinə yaşadıqları Xaçmaz rayonunun Xuray kəndində 8,75 ha torpaq sahəsi verilmiş, lakin Dövlət Aktında Ərizəçi1 ata adı Hacıbaba əvəzinə səhvən Hacığağa kimi, Ərizəçi2 adı isə səhvən Gültəkin kimi qeyd olunmuşdur. Dövlət Aktında olan uyğunsuzluğa görə ərizəçilər torpaq sahəsinə dair yeni mülkiyyət sənədi ala bilmirlər. Pay torpaq sahəsi ərizəçilərə və onların ailə üzvlərinə verilən vaxtdan bəri onlar torpaqdan istifadə edirlər. Təsdiq edir ki, JN 0015 seriyalı 30221028 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ərizəçilərə və onların ailə üzvlərinə məxsusdur. İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1970-ci il tarixdəXaçmaz rayonunun Xuray kəndində anadan olmuşdur. İş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olanxx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi1 və Ərizəçi2 Xaçmaz rayonunun Xuray kəndində yaşayırlar. İş materiallarında olan AZ-İ seriyalı 581905 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X3 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olanJN 0015 seriyalı 30221028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından müəyyən olunur ki, Xaçmaz Rayon X4 xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə X1 və onun ailə üzvlərinə yaşadıqları Xaçmaz rayonununXuray kəndində 8,75 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN 0015 seriyalı 30221028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından müəyyən olunur ki, həmin dövlət aktında Ərizəçi1 ata adı Hacıbaba əvəzinə səhvən Hacıağa kimi, Ərizəçi2 adı isə səhvən Gültəkin kimi qeyd olunmuşdur. İş materiallarında olan DƏDRX-nın 5 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 dövlət aktında düzəlişlər edilməsi üçün DƏDRX-nın 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər, lakin onlara müraciətlərində göstərilən məsələnin həllinin idarənin səlahiyyətlərinə aid olmadığı bildirilmiş, bununla bağlı məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizənin verilməsi ilə əlaqədar ərizəçilər tərəfindən 20 (iyirmi) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, JN 0015 seriyalı 30221028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edildiyindən, ərizə təmin edilməlidir. QƏT ETDİ : Ərizə təmin edilsin. JN 0015 seriyalı 30221028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2301/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2301/2020
13.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver