Məhkəmə qərarları › İş №2(067)-2302/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2302/2020

10.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2302/2020 10.12.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə Ərizəçi1 və digərlərinin sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək torpağa mülkiyyət hüququna dair JN 0065 saylı 30206078 kodlu dövlət aktının onlara- Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 və digər ailə üzvü olan X3 məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışlar ki, Xaçmaz rayon Aqrar İslahatı zamanı onlara 1,32 ha torpaq sahəsi verilmişdir. Ayrılmış torpaq sahəsinə dair dövlət aktı verilmişdir. Hazırda mülkiyyətlərinə verilmiş pay torpaq sahəsinə dair yeni mülkiyyət sənədi almaq qərarına gəlmişlər. Lakin dövlət aktında adları və ata adları səhv yazıldığından sənədlərdə uyğunsuzluba səbəb olmuşdur. Bu səbəbdən torpaq sahəsinə dair yeni mülkiyyət sənədi ala bilmirlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək ərizəyə uyğun izahat vermiş və təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun Səidə adlı bacısı olmayıb. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 0065 saylı 30206078 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon X6 xx xxxxxx 1998-ci il tarixli 12 nömrəli qərarına əsasən X1, X2, X4 və X5 mülkiyyətlərinə 1,32 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında AZE seriyalı şəxsiyyət vəsiqələrinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1992-ci ildə, Ərizəçi3 xx.xx.1994-cü ildə və Ərizəçi2 xx.xx.1963-cü ildə anadan olmuşlar. İş materiallarında olan DƏDRX-nin 5 saylı ərazi idarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN 0065 saylı 30206078 kodlu dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Aşağı-zeyid kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 1299 nömrəli arayışından müəyyən olunur ki, aqrar islahat zamanı Ərizəçi2 və ailə üzvlərinə verilmiş JN 0065 saylı 30206078 kodlu dövlət aktında aşağıda qeyd edilən səhvlər vardır: Məclum əvəzinə «Məcnun», Ərizəçi1 əvəzinə «X7» və Səyad əvəzinə «Səyyad» kimi qeyd edilmişdir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, ərizəçilər torpağa mülkiyyət hüququna dair JN 0065 saylı 30206078 kodlu dövlət aktında adları qeyd olunmuş hüquq sahibləri ilə qohumdurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göründüyü kimi sənədlərdə Ərizəçi2 yanlış olaraq «X8» oğlu, Ərizəçi1 yanlış olaraq «X7» və Ərizəçi3 yanlış olaraq «X12» oğlu kimi qeyd olunmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, torpağa mülkiyyət hüququna dair CN 0065 saylı 30206078 kodlu dövlət aktının Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 da məxsus olması faktı sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçilər qeyd olunan hüquqmüəyyənedici sənədin digər ailə üzvləri ilə birgə onlara məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişlər. Bu isə Azərbaycan Respublikası MPMnin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN 0065 saylı 30206078 kodlu dövlət aktının «aktda adları qeyd olunan digər hüquq sahibləri ilə birlikdə» Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 da məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar