Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2318/2022 07.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi ilə, İddiaçı, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən X13 və X11 iştirakı ilə, İddiaçı cavabdeh Xaçmaz rayon 1 saylı Notariat Ofisinə qarşı xx.xx.2022 ci il tarixli 2V- 35 2V -36 reyestrlə qanun üzrə vərəsəlik hüququna dair şadətnamənin ləğv edilməsi və ona verilən vəsiyyətnamə nəzərə alınmaqla vərəsəliyinin müəyyən edilməsi tələbinə dair mülki işə 07 sentyabr 2022-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 2V-35, 2V-36 reyestrlə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin ləğv edilməsi, Quba rayonu Xuçbala İƏV dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş 08 №-li, xx.xx.2006-cı il tarixli ona verilən vəsiyyətnamə nəzərə alınmaqla vərəsəliyinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1970-ci ildə Quba rayonunda anadan olmuşdur. Atası 1939-cu il təvəllüdlü, Quba rayon sakini X14 ilə anası 1942-ci il təvəllüdlü Qusar rayon sakini X32 iə 1960-cı ildə rəsmi nikaha girməklə ailə həyatı qurublar. Onların birgə nikahdan 5 övladları olub. X23, X24, X15, X25, Ramazanova (Ağasıyeva) Esrnira İsaməddin qızı. Həmçinin mərhum atasının Ağasıyeva Rahizat adlı qadınla nikahından X21 anadan olub. X12, xx.xx.1996-cı ildə vəfat edib. X2 xx.xx.2006-cı ildə vəfat edib. Mərhum atası ölümündən 3 ay öncə, yəni xx.xx.2006-cı ildə Quba rayonu Xucbala kənd icra nümayəndəliyində vəsiyyətnamə vermişdir. Vəsiyyətnaməyə əsasən miras qoyan X14 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən gündə ona məxsus olan bütün əmlakını ona vəsiyyət etmişdir. Göründüyü kimi mərhum atasına məxsus bütün əmlak atası tərəfindən ona vəsiyyət edilmişdir. Həmin vəsiyyətnamə Quba rayonu Xucbala kənd icra nümayəndəliyinin vəsiyyətnamələrin verilməsi kitabında qeydiyyatdan keçmişdir. Həmin vəsiyyətnamə hal-hazırda da qüvvədədir, nümayəndəlik tərəfindən digər şəxsə vəsiyyətnamə verilməmişdir. 2021-ci ildə Xaçmaz rayon 1 Saylı Notariat Ofisinə vərəsəliyin qəbulu ilə əlaqədar müraciət etmişdir. 411 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ilə əlaqədar ona bildirmişdilər ki, AR MMnin 1246-cı maddəsində göstərilən 6 ay müddəti, yəni mirasın qəbul müddəti tərəfindən pozulmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Sonradan Quba rayon məhkəməsində çavabdehlər X45 Xidmət Mərkəzi Notariat Ofisinə, Xaçmaz rayon 1 saylı Notariat Ofisinə və Quba rayon İcra Hakimiyyətinə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, Quba rayon Məhkəməsinin iş № 2(027)-325/2022 saylı, xx.xx.2022-çi il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş və Quba rayon Xuçbala kənd İƏV üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 06 iyul 2006-cı il tarixli reyestrdə 08 nömrə ilə qeyd edilmiş vəsiyyətnaməyə əsasən miras qoyan X4 qalmış Torpağın Mülkiyyətə verilməsinə dair JN-117F30327028 nömrəli şəhadətnaməyə əsasən ünvan 1ində yerləşən 0,14 ha torpaq sahəsi və onun üzərində yerləşən 19 aprel 1988-ci il tarixli reyestrdə 77 nömrə ilə qeyd edilmiş Qeydiyyat vəsiqəsinə əsasən fərdi yaşayış evinə X16 vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınmasına dair qətnamə qət edilmişdir. X1 adına açılmış hər hansı vərəsəlik şəhadətnaməsinin olub-olmaması barədə Xaçmaz rayon 1 saylı Notariat Ofisinə rəsmi sifarişli-xəbərnaməli məktubla müraciət etmiş, 32 saylı, xx.xx.2022-ci il tarixli Xaçmaz rayon 1 Saylı Notariat Ofisindən gələn cavab məktubunda ona bildirilmişdir ki, Xaçmaz rayonu 1 Saylı Notariat ofisində xx.xx.2006-cı il tarixdə vəfat etmiş X4 miras qalmış ünvan 1i ünvanında yerləşən 0,1314 ha, 0,3518 ha torpaq sahələrinə dair tam şəkildə vərəsəsi- Xaçmaz şəhəri, Dağıstan küçəsi, ev.28, 4 saylı mənzildə qeydiyyatda olan X9 xx.xx.2022ci il tarixdə 2V-35, 2V-36 reyestrlə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə və vərəsəsi Xaçmaz şəhəri, Dağıstan küçəsi, ev.28, 4 saylı mənzildə qeydiyyatda olan X17 Xaçmaz şəhəri, Dağıstan küçəsi, ev.28, 4 saylı mənzilə dair 1/4 hissədə xx.xx.2010-cu il tarixdə 2 V-733, X19ma 3/4 hissədə xx.xx.2010- cu il tarixdə 2V-734 reyestrlə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamələr verilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bnildirmişdir ki, hazırda Quba rayonunun Digah kəndində 28 kv.m babalarından qalan evdə qalır. Atası ona bütün əmlakları üzrə vərəsiyyətnamə qoyub. Vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması üçün məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsi tərəfindən iddiası təmin edilmişdir. Atası 2006-cı ildə Quba rayonunda onun yanında vəfat edib. Onu Quba rayonunun Digah kəndində el adəti ilə o dəfn etmişdir. Rahizad xanım saxta yollarla Xaçmazda ölməsi haqqında şəhadətnamə almışdır. O, evə gedəndə görmüşdür ki, evdə başqa kişi var. Rahizad xanım qızı Könülü 15 yaşında evləndirib, hazırda o, 3 uşaq anasıdır, rəsmi nikahı yoxdur. Rahizad xanımın bildirdiyi döymə və onların evindən sənədlərin tərəfindən oğurlanması yalandı. Həmin iş üzrə polis tərəfindən işə xitam verilib. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən X22 izahatında bildirmişdir ki, atası Xaçmazda onlarla qalmışdır. Xəstə olduğu zaman oğlu Famil gəlib aparıb, elə oradada atasına öz adına vəsiyyətnamə yazdırıb. Atası onun 7 yaşında vəfat edib. Anası xadimə işləyib böyüdüb onu. Ölüm haqqında şəhadətnamə Quba rayonu “Asan Xidmət” mərkəzindən alınıb saxta deyil. Vərəsəlik anasına verilib. Onlara məxsus heç bir sənəd qanunsuz yolla əldə olunmayıb hamısı qanunidir. İddiaçı tərəfin həyat şəraiti yaxşıdır. Onların isə maddi vəziyyətləri çətindir. Rəsmi nikaha qeydiyyat məsələsinə görə daxil olmamışdır. 2011-ci il tarixdə anasının adına vərəsəlik alınıb. Xaçmazdakı ev onların adınadır. 3 uşağı ilə birlikdə anasının yanında yaşayır. Quba Rayon Məhkəməsinin qətnaməsindən xəbərləri yoxdur. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən X13 izahatında bildirmişdir ki, Famil onu evin sənədlərinə görə döyüb. Həmin fakt barədə polisdədə işləri olub. Həyat yoldaşı vəfat etdiyi zaman evə xalça almaq adı ilə gəlmişdir. Həmin vaxd evdəki çamadandan evin sənədlərini gizlincə alıb aparıb. İddiaçının adına vəsiyyətnamə yazıldığı tarixdə həyat yoldaşı ağır xəstə olub heç danışada bilməmişdir. Xaçmaz şəhəri, Dağıstan küçəsi ev 28, mənzil 15 onun adına vəsiyyətnamə əsasında rəsmiləşdirilib. Bundan əlavə məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən şəxslər Quba Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli 2(027)-325/22 nömrəli qətnaməsindən xəbərsiz olduqlarını, qeyd olunan qətnamədən apelyasiya şikayəti verəcəklərini bildirdilər. Əlavə olaraq bildirdilər ki, qeyd olunan işə baxılan zaman onlar həmin işə cəlb edilməyiblər. İş üzrə cavabdeh Xaçmaz rayon 1 saylı Notariat Ofisinə və digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdeh Xaçmaz rayon 1 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan evlənmə haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 ilə X33 xx.xx.1960-cı ilə rəsmi hikaha daxil olaraq ailə qurmuşlar. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 ilə X18 10 mart 1997-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 ilə X6 birgə nikahlarından xx.xx.1999-cu ildə Könül adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X34 xx.xx.1996-cı ildə ildə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 xx.xx.2006-cı ildə vəfat etmişdir. İş materiallarında olan 06 iyul 2006-cı ildə tərtib edilmiş vəsiyyətnamənin surətindən müəyyən olunur ki, vəsiyyətnaməyə əsasən miras qoyan X14 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən gündə ona məxsus olan bütün əmlakını oğlu X20 vəsiyyət etmişdir. İş materiallarında olan 27 may 1997-ci il tarixli, reyestr kitabında 3562 sayla qeydə alınmış Qeydiyyat vəsiqəsindən müəyyən olunur ki, Xaçmaz şəhəri, Dağıstan küçəsi bir mərtəbəli, iki otaqlı, yaşayış sahəsi 28-29 kvm olan, faydalı sahəsi 25-27 kvm. olan divarları mişar daşından tikilmiş, damı şiferlə örtülmüş olan 28/4 saylı yaşayış evi X7 adına qeydə alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışlarından müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən mənzil X8 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Əmlak Məsəslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışlarından müəyyən olunur ki, ünvan 1i ünvanında yerləşən 0,1314 ha, 0,3518 ha torpaq sahələri X8 xüsusi mülkiyyətindədir. İş materiallarında olan və iddiaçıya ünvanlanmış ünvan 3ndan müəyyən olunur ki, xx.xx.2006-cı ildə vəfat etmiş X5 Xaçmaz notariat ofisində miras əmlakına dair vərəsəlik işi açılmışdır. Lakin o, göstərilən 6 ay müddətini yəni mirasın qəbulu müddətini pozmuşdur. Həmçinin mərhum X5 adından verilmiş vəsiyyətnamə qanuna uyğun tərtib edilməmişdir. Buna görə də iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Göründüyü kimi, ünvan 3 ilə iddiaçıya mirası qəbul etməsi üçün müəyyən edilmiş 6 aylıq müddətin ötürüldüyü bildirilsə də o, keçən müddət ərzində qeyd olunan cavab məktubunu mübahisələndirməmiş, həmçinin mirasın qəbulu faktının müəyyən edilməsi və yaxud da mirasın qəbulu üçün müəyyən edilmiş vaxtın üzrlü hesab edilərək ötürülməsinə dair iddia (ərizə) ilə məhkəməyə müraciət etməmişdir. İş materiallarında olan ünvan 4 ünvanlanmış 23 iyun 2022-ci il tarixli 32 saylı məktubundan müəyyən olunur ki, Xaçmaz rayon 1 saylı notariat ofisində xx.xx.2006-cı il tarixdə vəfat etmiş X4 miras qalmış ünvan 1i ünvanında yerləşən 01314 ha, 0. 3518 ha torpaq sahələrinə dair tam şəkildə vərəsəsi- ünvan 2-də qeydiyyatda olan X9 Xaçmaz şəhəri Dağıstan küçəsi 28/4 mənzilə dair ¼ huissədə xx.xx.2010-cu il tarixdə 2V-733, X10 ¾ hissədə xx.xx.2010-cu il tarixdə 2V-734 reyestrlə 16 yanvar 2022-ci il tarixdə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamələr verilmişdir. Göründüyü kimi, 16 yanvar 2022-ci il tarixdə üçüncü şəxslərə münasibətdə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamələri verilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli 2(027)- 325/22 nömrəli qətnaməsindən müəyyən olunur ki, İddiaçı miras qoyan X3 miras qalmış əmlaka vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınmışdır. Göründüyü kimi, Quba Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli 2(027)- 325/22 nömrəli qətnaməsinə əsasən iddiaçının vərəsəlik hüququ tanınsa da, lakin onun miras əmlakı faktiki qəbul etməsi və yaxud da miras əmlakı qəbul etməsi ilə bağlı müəyyən edilmiş müddəti üzrlü səbəbdən ötürməsinə dair məsələyə baxılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddiaçının miras əmlakı faktiki qəbul etməsi və yaxud da miras əmlakı qəbul etməsi ilə bağlı müəyyən edilmiş müddəti üzrlü səbəbdən ötürməsinə dair məsələyə aydınlıq gətirilmədən və iddiaçının da hazırda bu barədə ərizəsi olmadığından hazırkı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya birbirinə zidd olan şərtlər etibarsızdır. 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1230-cu maddəsinə əsasən qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. 1231.1. Vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. 1231.2. Vəsiyyət edən özgəsinin əmlakını yanlış olaraq öz əmlakı kimi vərəsəyə vəsiyyət etdikdə, bu Məcəllənin 1231.1-ci maddəsində nəzərdə tutulan iddia müddəti mülkiyyətçinin iddiasına şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. İşin yuxarıda sadalanan hüquqi və faktiki hallarına əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsində sadalanan əsaslar məhkəmə iclasında öz təsdiqini tapmadığından iddia təmin edilməməlidir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 2V-35, 2V-36 reyestrlə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin ləğv edilməsi, Quba rayonu Xuçbala İƏV (dövlət notariat kontorunun dövlət notariusu) tərəfindən təsdiq edilmiş 08 №-li, xx.xx.2006-cı il tarixli ona verilən vəsiyyətnamə nəzərə alınmaqla vərəsəliyinin müəyyən edilməsi barədə iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-2318/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2318/2022
07.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver