Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2323/2020 26.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Ərizəçi iştirakları ilə Ərizəçi «Sənədin şəxsə məxsus olması hüquqi faktının müəyyən edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək torpağa mülkiyyət hüququna dair JN- 1291 seriyalı, 30209058 kodlu dövlət aktının mərhum atası Abdullayev Adıgözəl Osmanpaşa oğluna məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X7 səlahiyyətli nümayəndəsi iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X7 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Xaçmaz rayonunun Yergüc kəndində yaşayır. Xaçmaz rayon X4 xx xxxxxx 1996-cı il tarixli, 12 nömrəli qərarına əsasən mərhum atası Abdullayev Adıgözəl Osmanpaşa oğlunun və 1 nəfər ailə üzvünün paylı olaraq mülkyyətlərinə Xaçmaz rayonunun Üçgünqışlaq kəndi ərazisindən 0,38 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinə atası Adıgözəl Abdullayevin və ailə üzvünün mülkiyyət hüquqları torpağa mülkiyyət hüququna dair JN-1291 seriyalı, 30209058 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin dövlət aktında onun mərhum atasının ata adı «Osmanpaşa» olduğu halda səhvən «Osman» kimi yazılmışdır. Həmin vaxt bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişlər. Hazırda pay torpaq sahəsinə yeni mülkiyyət sənədi almaq məqsədilə o, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı X9 müraciət etmiş, lakin torpağa mülkiyyət hüququna dair JN-1291 seriyalı, 30209058 kodlu dövlət aktında onun mərhum atasının ata adı «Osmanpaşa» olduğu halda səhvən «Osman» kimi yazıldığından müraciətinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən ona həmin uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Həmin mülkiyyət sənədini verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinin fəaliyyətinə xitam verildiyindən yeni sənədin verilməsi də məhkəmə qətnaməsi olmadan mümkün deyildir. Ona görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsini, torpağa mülkiyyət hüququna dair JN-1291 seriyalı, 30209058 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktının mərhum atası Abdullayev Adıgözəl Osmanpaşa oğluna məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Abdullayev Təhməz Adıgözəl oğlu göstərdi ki, Ərizəçi onun doğma qardaşıdır. Abdullayev Adıgözəl Osmanpaşa oğlu onun atası olmuşdur. Xaçmaz rayon X4 xx xxxxxx 1996-cı il tarixli, 12 nömrəli qərarına əsasən mərhum atası Abdullayev Adıgözəl Osmanpaşa oğlunun və 1 nəfər ailə üzvünün paylı olaraq mülkyyətlərinə Xaçmaz rayonunun Üçgünqışlaq kəndi ərazisindən 0,38 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinə atası Adıgözəl Abdullayevin və ailə üzvünün mülkiyyət hüquqları torpağa mülkiyyət hüququna dair JN-1291 seriyalı, 30209058 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin dövlət aktında onun mərhum atasının ata adı «Osmanpaşa» olduğu halda səhvən «Osman» kimi yazılmışdır. Həmin vaxt bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişlər. Hazırda qardaşı Azər pay torpaq sahəsinə yeni mülkiyyət sənədi almaq məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı X9 müraciət etmiş, lakin torpağa mülkiyyət hüququna dair JN-1291 seriyalı, 30209058 kodlu dövlət aktında onun mərhum atasının ata adı «Osmanpaşa» olduğu halda səhvən «Osman» kimi yazıldığından müraciətinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən ona həmin uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X1 şahid Abdullayev Təhməz Adıgözəl oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Xaçmaz rayonunun Üçgün kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş torpağa mülkiyyət hüququna dair JN-1291 seriyalı, 30209058 kodlu dövlət aktından görünür ki, Xaçmaz rayon X4 xx xxxxxx 1996-cı il tarixli, 12 nömrəli qərarına əsasən Abdullayev Adgözəl Osman oğlu və X2 paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Üçgünqışlaq kəndi ərazisindən 0,38 ha pay torpaq sahəsi verilmişdir. İstinad olunan torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, həmin mülkiyyət sənədində ərizəçinin atasının ata adı «Osmanpaşa» olduğu halda səhvən «Osman» kimi yazılmışdır. Mülki işə əlavə olunmuş xx xxxxx 2004-cü il tarixli, AZ seriyalı, 677146 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin atası Abdullayev Adıgözəl Osmanpaşa oğlu xx xxxx 2014-cü il tarixdə vəfat etmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X7 Ərizəçi ünvanladığı xx xxxxxxx 2020-ci il tarixli, **********36 nömrəli məktubdan görünür ki, torpağa mülkiyyət hüququna dair JN-1291 seriyalı, 30209058 kodlu dövlət aktında qeyd olunmuş hüquq sahibinin ad və soyadlaorında yaranmış uyğunsuzluqların aradan qaldılırılması və düzəlişlərin həyata keçirilməsinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı X7 səlahiyyətlərinə aid olmadığı bildirilməklə bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə müəyyən edilmişdir ki, Xaçmaz rayon X4 xx xxxxxx 1996-cı il tarixli, 12 nömrəli qərarına əsasən Ərizəçi atası Abdullayev Adıgözəl Osmanpaşa oğlunun və 1 nəfər ailə üzvünün paylı olaraq mülkyyətlərinə Xaçmaz rayonunun Üçgünqışlaq kəndi ərazisindən 0,38 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinə Adıgözəl Abdullayevin və ailə üzvünün mülkiyyət hüquqları torpağa mülkiyyət hüququna dair JN-1291 seriyalı, 30209058 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin dövlət aktında mülkiyyətçi Adıgözəl Abdullayevin atasının ata adı «Osmanpaşa» olduğu halda səhvən «Osman» kimi yazılmışdır. Həmin vaxt bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişlər. Hazırda Ərizəçi pay torpaq sahəsinə yeni mülkiyyət sənədi almaq məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı X9 müraciət etmiş, lakin torpağa mülkiyyət hüququna dair JN-1291 seriyalı, 30209058 kodlu dövlət aktında mərhum atasının ata adı «Osmanpaşa» olduğu halda səhvən «Osman» kimi yazıldığından müraciətinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən ona həmin uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Həmin mülkiyyət sənədini verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinin fəaliyyətinə xitam verildiyindən yeni sənədin verilməsi də məhkəmə qətnaməsi olmadan mümkün deyildir. Ona görə də Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə tədqiqatı zamanı torpağa mülkiyyət hüququna dair JN-1291 seriyalı, 30209058 kodlu dövlət aktının ərizəçinin mərhum atası Abdullayev Adıgözəl Osmanpaşa oğlu və bir nəfər ailə üzvü X3 məxsus olması faktı tamamilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquq müəyyənedici sənədin mərhum valideynlərinə məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Bütün yuxarda şərh edilib göstərilənlərə əsasən məhkəmə hesab edir ki, torpağa mülkiyyət hüququna dair JN-1291 seriyalı, 30209058 kodlu dövlət aktının Ərizəçi mərhum atası Abdullayev Adıgözəl Osmanpaşa oğluna və 1 nəfər ailə üzvü X3 məxsus olması faktı məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapdığından ərizə təmin edilməklə qeyd edilən hüquqi əhəmiyyətli fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-1291 seriyalı, 30209058 kodlu dövlət aktının Ərizəçi mərhum atası Abdullayev Adıgözəl Osmanpaşa oğluna və 1 nəfər ailə üzvü X3 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN İmza var: XİDİR QULİYEV Düzdür: HAKİM XİDİR QULİYEV
Məhkəmə qərarları › İş №2(067)-2323/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2323/2020
26.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver