Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2330/2023 12.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Şəhər Bələdiyyəsinin 25 iyun 2003-cü il tarixli Alqı-satqı aktına və 17 iyun 2003-cü il tarixli 09 saylı qərarına əsasən Torpağa mülkiyyət hüququna dair çıxarışda X5 məxsus olması hüquqi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz şəhər Bələdidiyyəsinin 25 iyun 2003-cü il tarixli 09 saylı sərəncamına əsasən 0.06 ha fərdi yaşayış evi tikmək üçün həyat yoldaşı X5 torpaq sahəsi verilmişdir. Hal-hazırda mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin çıxarış alınması qərarına gəlmişdir. Bu məqsədlə də sənədlərini ƏMDK-nin yanında DƏDRX-ııin 5 saylı Ərazi idarəsinə təqdim edərkən Torpağa mülkiyyət hüququna dair alqı-satqı aktında həyat yoldaşının adı “Əzirə’' olduğu halda səhvən «Əzizə» kimi göstərilməsi, halı sənədlərdə uyğunsuzluqa səbəb olmuşdur. Bu səbəbdən ƏMDK-nin yanında DƏDRX-ııin 5 saylı Ərazi idarəsi tərəfindən ona tövsıyyə edildi ki, verilmiş dövlət aktında olan uyğunsuzluğun aradan qaldırılması məhkəmə qaydasında təsdiq edildikdən sonra sənəddə olan uyğunsuzluq aradan qalxar və çıxarışın alınması mümkün olar. Hazırda sənədi verən Xaçmaz rayon Torpaq Şöbəsinin faliyyətinə xitam verildiyindən baş verimiş uyğunsuzluğu digər qaydada aradan qaldıra bilmir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək, izahatında göstərmişdir ki, həyat yoldaşının adı X6r. Lakin Torpaq mülkiyyəti ilə bağlı alqı-satqı müqaviləsində yoldaşının adını “Əzizə” yazıblar. Bununla bağlı Daşınmaz Əmlaka da müraciət etmişdir. Nikah haqqında şəhadətnamənin surətini də gətirmişdir. Xahiş edir ərizəsi təmin edilsin. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi ilə X2 xx.xx.1985-ci ildə nikaha daxil olmuşlar. Nikahdan sonra qadın Məmmədova soyadını qəbul etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2020-ci ildə vəfat etmişdir. İş materiallarında olan Xaçmaz bələdiyyəsinin 2003-cü il tarixli 09 saylı 17 iyul tarixli qərarından müəyyən olur ki, X7 Xaçmaz şəhəri Sabir küçəsi 59 ünvanında fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi verilmişdir. İşdə olan Torpaqların alqı-satqısına dair AKT-dan görünür ki, ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi X7 məxsusdur. İşdə olan tərtib edilən şəxslər tərəfindən imzalanan AKT-dan müəyyən olunur ki, ünvan 2 ünvanda yaşayan X8 RİH-nə müraciət edərək Xaçmaz bələdiyyəsinin 17 iyul 2003-cü il tarixli 09 saylı qərarı ilə aldığı 600 m” torpaq sahəsində özünə məxsus yaşayış evinin yandığı üçün yenidən həmin ünvanda fərdi yaşayış evinin tikintisinə icazə verilməsini xahiş etmişdir. Həmin ərazidə yanmış evin yerində təzə yaşayış evinin tikintisinə icazə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Xaçmaz şəhər bələdiyyəsinin xx.xx.2003-cü il tarixli Alqı-Satqı aktlna və xx.xx.2003-cü il tarixli 09 saylı qərarına əasən Torpağa mülkiyyət hüququna dair X1 adı səhvən “Əzizə” kimi qeyd olunmuşdur. Qeyd olunan hüquqmüəyyənedici sənəd olan Aktda olan yanlışlıq aradan qaldırılmadan ərizəçi həmin sənəd üzrə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Ərizəçinin adındakı səhvi təhlil edərək məhkəmə hesab edir ki, həmin yanlışlıq ərizəçinin sənədlərində göstərilən həqiqi adı nəzərə alınmadan, diqqətsizlik nəticəsində yaranmışdır. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenimunun xx.xx.2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin ərizəçiyə məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i Ərizə təmin edilsin. Xaçmaz Şəhər Bələdiyyəsinin 25 iyun 2003-cü il tarixli Alqı-satqı aktına və 17 iyul 2003-cü il tarixli 09 saylı qərarına əsasən Torpağa mülkiyyət hüququna dair çıxarışın (Torpaqların alqı-satqısına dair Akt) X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-2330/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2330/2023
12.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver