Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-234/2025 13.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1992-ci il tarixdə anadan olan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X5 xx.xx.1992-ci il tarixdə Xaçmaz rayonunun Bostançı kəndində anadan olmuş və anadan olduğu vaxtdan ruhi xəstə olmuşdır. Bu şəbədən onun qayğıya ehtiyacı olduğu üçün kiçik yaşlarından hal-hazıra kimi onun himayəsindədir. Ona görə də hal-hazırda da oğluna o himayədarlıq edir və Orxan qulluğa ehtiyacı olan, eləcə də özü-öz hərəkətlərini idarə etmək iqtidarında olmayan fəaliyyət qabiliyyətsiz şəxsdir. Orxanı bir cox müalicə müəssisələrinə aparsa da bunun heç-bir müsbət nəticəsi olmamışdır. Həkimlərin qəldiyi nəticəyə qörə onun normal həyata qaytarılması və müalicəsi qeyri mümkündür. Hətta oğlu Orxan xəstəliyi ilə əlaqədar həkim komissiyası tərəfindən 1-ci olaraq qrup dərəcəsi verilmişdir və onun kənar qullağa ehtiyacı olan şəxs sayılır. Oğlu Orxan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının qeydiyyatdadır. Xaçmaz rayon X7 Hüquqi şəxsin direktoru tərəfindən 07 avqust 2024-cü il tarixli, 18-1-43/3-3286/2024 №li arayışına əsasən oğlu 1999-cu il tarixdən “Ağır dərəcəli əqli gerilik. (F72.1) diaqnozu İlə xəstəxananın PHş-də həkim-psixiatrın qeydiyyatındadır. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, oğlu xx.xx.1992ci il tarixdə Xaçmaz rayonunun Bostançı kəndində anadan olmuş və anadan olduğu vaxtdan ruhi xəstə olmuşdır. Bu şəbədən onun qayğıya ehtiyacı olduğu üçün kiçik yaşlarından hal-hazıra kimi onun himayəsindədir. Ona görə də hal-hazırda da oğluna o himayədarlıq edir və Orxan qulluğa ehtiyacı olan, eləcə də özü-öz hərəkətlərini idarə etmək iqtidarında olmayan fəaliyyət qabiliyyətsiz şəxsdir. Orxanı bir cox müalicə müəssisələrinə aparsa da bunun heç-bir müsbət nəticəsi olmamışdır. Həkimlərin qəldiyi nəticəyə qörə onun normal həyata qaytarılması və müalicəsi qeyri mümkündür. Hətta oğlu Orxan xəstəliyi ilə əlaqədar həkim komissiyası tərəfindən 1-ci olaraq qrup dərəcəsi verilmişdir və onun kənar qullağa ehtiyacı olan şəxs sayılır. İş üzrə Ərizəçi dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xəstə oğlu xx.xx.1992-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair xüsusi icraat qaydasında müraciət etmişdir. Lakin ərizəsinin sonunda X2 ata adını texniki səhv olaraq öz atasının adını Səfər oğlu kimi göstərmişdir. Ona görə də Orxan Şahbazovun ata adının Məməşah kimi oxunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində üçüncü şəxsə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.1992-ci ildə anadan olmuşdur. X1, anası Ərizəçidır. -15 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının arayışından görünür ki, xx.xx.1992ci il təvəllüdlü X5 ümumi xəstəlikdən birinci dərəcəli əlillik almışdır. -Xaçmaz rayon İHB-nın Dədəli kənd İƏD üzrə nümayəndəsinin 262 nömrəli arayışından müəyyən olunur ki, X5 həqiqətən də Xaçmaz rayonunun Bostançı kəndində anası Ərizəçi ilə eyni ünvanda və onun himayəsində yaşayır. -«Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X11 xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, X5 həqiqətən 1999-cu il tarixdən “Ağır dərəcəli əqli gerilik. (F72.1)” diaqnozu ilə “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də həkim-psixiatrın qeydiyyatındadır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 5539 saylı rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs X3 ağır dərəcəli əqli gerilik (İmbesillik dərəcəsində) davranış pozuntuları ilə müəyyən edilir. Yoxlanılan şəxs X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. O.M.Şahbazovu fəaliyyət qabilliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. -Mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən mülki işin Xaçmaz Rayon Məhkəməsində baxılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1992-ci il təvəllüdlü oğlu X5 ağır dərəcəli əqli gerilik (İmbesillik dərəcəsində) davranış pozuntuları diaqnozu ilə xəstədir, hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar olması barədə rəy verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 320.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla belə qənaətə gəlir ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə, onunla birlikdə yaşayan anası Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən, X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Bununla bağlı məhkəmə hesab edir ki, hazırkı qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1992-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-234/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-234/2025
13.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver