Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2340/2022 15.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması hüquqi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə 15 sentyabr 2022-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2 adına verilmiş Torpağa mülkiyyətə verilməsinə dair JN414 Kod ********* saylı dövlət aktının ona- yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, daşınmaz əmlaka dair hüquqlarını həyata keçirmək istəyir. Lakin torpağın mülkiyyətə verilməsinə dair JN414 Kod ********* saylı dövlət aktında onun adı Ərizəçi əvəzinə- X3 yazıldığı üçün hüquqlarını həyata keçirə bilmir. Dövlət aktnda adının yazılışında səhvə yol verildiyinə görə çətinlik yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəyə uyğun izahat vermiş və təmin olunmasını xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan JN414 Kod ********* saylı dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən X2 mülkiyyətinə Xaçmaz rayonu Şollar kəndində 0,12 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1956-cı ildə anadan olmuşdur. İş materiallarında olan DƏDRX-nin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, torpağa mülkiyyət hüququna dair JN414 Kod ********* saylı dövlət aktında qeyd olunmuş hüquq sahiblinin ad və soyadında yaranmış uyğunsuzluğun aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi DƏDRX-nin 5 saylı ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Xaçmaz rayon Susayqışlaq Bələdiyyəsinin 17 may 2022-ci il tarixli 46 nömrəli arayışından müəyyən olunur ki, Ərizəçi adına Xaçmaz rayon Aqrar İslahat komissiyasının 28 fevral 1998-ci il tarixli 05 saylı qərarına əsasən verilmiş 0.12 ha torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair şəhadətnamədə Simuzər sözü texniki xəta kimi qəbul edilmişdir. Həmin sənəddə onun adı Simzar kimi oxunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, 0.12 hektar torpaq sahəsinə dair torpağa mülkiyyət hüququna dair JN 414 Kod ********* saylı dövlət aktının Ərizəçi məxsus olması faktı sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin digər ailə üzvləri ilə birgə onlara məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPMnin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Göründüyü kimi torpağa mülkiyyət hüququna dair JN 414 Kod ********* nömrəli dövlət aktında Ərizəçi adı yanlış olaraq Simuzər kimi yazılmışdır. Məhkəmə hesab edir ki, 0.12 hektar torpaq sahəsinə dair torpağa mülkiyyət hüququna dair JN 414 Kod ********* nömrəli dövlət aktının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan bu məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i Ərizə təmin edilsin. 0.12 hektar torpaq sahəsinə dair torpağa mülkiyyət hüququna dair JN 414 Kod ********* nömrəli dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-2340/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2340/2022
15.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver