Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2357/2021 04.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə Ərizəçi1 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək qeydiyyat kitabında 93 nömrə ilə 03 mart 1997-ci ildə qeydiyyata alınmış, “Torpağa mülkiyyət hüququna dair” JN-1516 saylı, 30209028 kodlu Dövlət Aktının digər mülkiyyətçilər X18, X4 və X5 ilə bərabər onlara - Ərizəçi1, Ağayeva (Məmmədova) Leyla Hüseynağa qızına, habelə mərhum X10 məxsus olması faktını müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Aqrar İslahatı Komissiyasının 30 dekabr 1996-cı il tarixli 12 nömrəli qərarı ilə ailə başçısı mərhum anası X18 olmaqla onların və ailə üzvlərinin xüsusi mülkiyyətlərinə Xaçmaz rayonu, Sərkərli kəndi ərazisindən 1,59 ha pay torpaq sahəsi verilmişdir. Hüquqları “Torpağa mülkiyyət hüququna dair” JN- 1516 saylı 30209028 kodlıı Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. X28 ərizəçilərdən Ərizəçi1 soyadı “Məmmədov” əvəzinə səhvən “Məmmədova” kimi, onun mərhum həyat yoldaşı X6 adı “Sadət” əvəzinə səhvən “Səadət” kimi, atasının adı “Qaçabək” əvəzinə səhvən “Qaçabəy” kimi, ərizəçilərdən Ağayeva (Məmmədova) Leyla Hüseynağa qızının adı “Leyla” əvəzinə səhvən “Lalə” kimi yazılmışdır. Həmin vaxt bunun hansı hüququ nəticələrə səbəb olacağlarına əhəmiyyət verməmişlər. Ərizəçilərdən Ağayeva (Məmmədova) Leyla Hüseynağa qızı 12.04.2016-cı ildə X22 ilə rəsmi nikaha daxil olmaqla Ağayeva soyadını qəbul etmişdir. Xaçmaz rayon İHB-nın Yergüc kənd İƏDN-nin 28 iyul 2021-ci il tarixli 636 saylı arayışı ilə təsdiq olunur ki, Dövlət aktında Ağayeva (Məmmədova ) Leyla Hüseynağa qızının adı səhvən “Lalə” kimi yazılmışdır. Ərizəçilərdən Ərizəçi1 12.08.1997-ci ildə Məmmədova (Hləbibova) Sadət Qaçabək qızı ilə evlənmiş, həyat yoldaşı X14 23.01.2015ci ildə, anası X18 15.03.2007-ci ildə vəfat etmişdir. Hazırda vərəsəlik məsələlərini həll etmək istəyir, lakin adların, soyadların və ata adlarının yazılışında səhvə yol verildiyinə görə çətinlik yaranmışdır. DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinin 04.08.2021 -ci il tarixli **********47 saylı məktubu ilə onlara bununla əlaqədar məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Digər ərizəçi və maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-1516 saylı, 30209028 kodlu Dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il tarixli 12 saylı qərarına əsasən X18, X1, X7, X8, X2 və X3 adına paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonu Sərkərli kəndi ərazisindən cəmi 1.59 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X25 qızı 12 avqust 1987-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Ərə Məmmədov, arvada Məmmədova soyadları verilmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X19 qızı 12 aprel 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Ərə Ağayev, arvada Ağayeva soyadları verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 23 yanvar 2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1988-ci ildə Xaçmaz rayonunda anadan olmuşdur. Atası Ərizəçi1, anası X12r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Ağadadaş Hüseynağa oğlu 12.10.1989-cu ildə Xaçmaz rayonunda anadan olmuşdur. Atası Ərizəçi1, anası X12r. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin 04.08.2021-ci il tarixli məktubundan görünür ki, DT və XK tərəfindən verilmiş JN-1516 saylı, 30209028 kodlu Torpağın mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunmuş hüquq sahiblərin ad və soy adlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarından göründüyü kimi, X6 vəfat etməsi ilə bağlı ölüm şəhadətnaməsinin surəti ərizəyə əlavə olunsa da, vərəsəlik şəhadətnaməsi ərizəyə əlavə olunmamış və hal-hazırda onun ölümündən sonra vərəsələrin kim olması məhkəməyə məlum deyil. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ərizə tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin digər ailə üzvləri ilə birgə ona məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-1516 saylı, 30209028 kodlu Dövlət X9, Ərizəçi1, Məmmədova (Ağayeva) Leyla Hüseynağa qızına, X2 və X3 məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2357/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2357/2021
04.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver