Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-236/2023 23.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Mən, Xaçmaz rayon məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlu, İddiaçı X2 cavabdehlər X1 və X3 qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyənetdim: İddiaçı X2 cavabdehlər X1 və X3 qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi araşdırılarkən müəyyən olunmuşdur ki, cavabdeh X4 Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsi əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən, cavabdeh X4 Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında qeydiyyatda olduğundan iddiaçı X2 ona qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi Bakı şəhəri, Yasamal rayon məhkəməsinə verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq Qəraraaldım: İddiaçı X2 cavabdehlər X1 və X3 qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsi ilə aidiyyatı üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət etmək hüququ vardır. Ödənilmiş 77.85 manat (Qəbz №-si **********, ödəniş tarixi xx.xx.2023) məbləğində dövlət rüsumu iddiaçı X5 geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan üSəmədzadə
Məhkəmə qərarları › İş №2(067)-236/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-236/2023
23.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver