Məhkəmə qərarları › İş №2(067)-2365/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2365/2022

13.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2365/2022 13.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 244 saylı Maraqlı şəxs2 ona verilmış arxiv çıxarışının, Quba rayon Tİ və MHQ idarəsi tərəfindən verilmiş yaşayış evinə dair texniki pasportunun atası, X2 məxsus olması faktının müəyyən edərək, qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsi ilə eyni məzmunlu izahat verərək, təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəflər Maraqlı şəxs2 və X8 filialına məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndələri gəlməmişdir. Maraqlı tərəf X8 filialı məhkəmyə ərizə göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər maraqlı tərəf Maraqlı şəxs2 isə nümayəndəsinin məhkəməyə gəlməməsi barədə heç bir məlumat verməmişdir. Məhkəmə iş üzrə maraqlı tərəf Maraqlı şəxs2 və Dövlət X4 nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümükün hesab edilmişdir. Məhkəmə iddiaçının dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 22 mart 2002-ci il tarixində vəfat etmişdir. İş materiallarında olan ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddə ərizəçinin ata adnın “İmam” kimi qeyd olunması göstərilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X4 xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X6 268 təsərrüfatın başçısı olub, onun xüsusi istifadəsində cəmi 0.20 hektar torpaq sahəsi, 1925-ci ildə tikilmiş yaşayış evi oduğu qeyd edilmişdir. Mülki işin materiallarından görünür ki, ərizəçi ərizəsində Quba rayon Tİ və MHQ idarəsi tərəfindən işlənmiş yaşayış evinə dair texniki pasportunun atası, X2 məxsus olması faktının müəyyən edilməsini xahiş etsə də iş materiallarından və ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlərdən onun ata adının “İmam” olması müəyyən olunur. Ərizəçiyə ata adının İmam və ya İmaməli olması barədə digər sənədləri məhkəməyə təqdim etməsi təklif olunsa da ərizəçi tələbinin əsasını təşkil edən adın bu sənədi təqdim etməmişdir. Məhkəmə şərh olun hüquq normasına əsaslanaraq hesab edir ki, iddiaçı tərəfindən MPM-nin 149-cu maddəsinin tələblərinə əməl edilməmiş, hazıradək həmin nöqsan iddiaçı tərəfindən aradan qaldırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının: 1.1-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadırki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait im kan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır.İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur; 13-cü bəndinə əsasən məhkəmələrə xatırladılmışdırki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlə rəlavə edilməlidir. AzərbaycanRespublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, qeyd olunan vəziyyətdə mülki işə baxılması və iddianın həll edilməsi qeyri-mümkündür. Odur ki, iddia baxılmamış saxlanılmalıdır. AR MPM-nin 260-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar