Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2376/2024 01.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “uşağın ölkə hüdudlarından kənara aparılmasına icazə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2007-ci ildə doğulmuş X2 atası Cavabdeh razılığı olmadan ümumvətəndaş pasportunun verilməsi və xx.xx.2007-ci ildə doğulmuş X2 atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına icazə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahlarını rəsmi qeyd etdirməklə evlənmiş, birgə nikahdan xx.xx.2007-ci ildə doğulmuş X3 adlı övladı var. cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən rəsmi olaraq ayrılmışlar və hazırda da ayrı yaşayırlar. Ayrıldıqları vaxtdan övladı onun himayəsində yaşayır. Məhkəmə qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulması, xx.xx.2007-ci ildə doğulmuş X3 adlı övladının onun himayəsində olmasının müəyyən edilməsi və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 110 manat alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda o övladı ilə birlikdə həm təhsil, həm də turizim üçün xarici dövlətlərə gedib qayıtmaq işdəyir. Lakin Cavabdeh övladı ilə birlikdə ölkə hüdudlarından çıxmağı və övladına Umumvətəndaş pasportunu almağı üçün etibarnamə vermir. O, uşağa ümumvətəndaş pasportu ala və onu özü ilə birlikdə ölkədən kənara apara bilmir. İş üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2007-ci ildə doğulmuş X2 atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına icazə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı işə onun iştirakı olmadan baxılaraq iddiasının təmin edilməsinə dair məhkəməyə teleqram göndərmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx.xx.2007-ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Mediasiya arayışından müəyyən olunur ki, iddiaçı ilkin Mediyasiya Sessiyasında iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2007-ci il tarixdə Günay adlı uşaqları doğulmuşdur. Uşaq uzun müddətdir ki, iddiaçının himayəsində yaşayır. İddiaçının uşağını ölkə hüdudlarından kənara aparması zərurəti yarandığı halda, cavabdeh müvafiq icra hakimiyyəti orqanında uşağın iddiaçı ilə birlikdə ölkə hüdudlarından kənara çıxarılmasına razılığını vermir, bu səbəbdən iddiaçı hazırki tələb ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağının atasının icazəsi olmadan anası ilə birlikdə Azərbaycan Respublikasından kənara aparılmasına icazə verilməlidir. Belə ki, Ailə Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin Məcəllənin 3.0, 3.0.4 maddələrinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi bu Məcəllə ilə qarşıya qoyulan vəzifələrdən biridir. Miqrasiya Məcəlləsinin 11.1-ci maddəsinə əsasən bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar və Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanlarının qərarları uşaqların mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər yetirməməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitusiyasının 28.3-cü maddəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 13 nömrəli qərarının əsasən bu kateqoriya işlər üzrə iddiaçılar bir çox hallarda iddia tələblərini qanunvericiliyin tələblərinə zidd olaraq, yetkinlik yaşına çatmayan vətəndaşın (uşağın) digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına-gətirilməsinə, getməsinə-gəlməsinə hüququn tanınması və s. bu kimi məzmunda ifadə edirlər. Halbuki, Azərbaycan Respublikası vətəndaşlarının öz ölkəsinə qayıtmaq hüququ Konstitusiyanın 28-ci maddəsinin İV hissəsində nəzərdə tutulmuş konstitusion hüquq olmaqla, hər hansı formada məhdudlaşdırıla bilmədiyindən, ölkəyə gətirilməsinə icazənin verilməsi ilə bağlı tələblərə məhkəmə qaydasında baxıla bilməz. Digər tərəfdən, tələbin hüququn tanınması şəklində ifadə edilməsi də, bir valideynin digər valideynə münasibətdə üstünlüyü baxımından doğru hesab edilə bilməz. Belə ki, ailə qanunvericiliyinin tələblərinə görə, uşağın yanında qalması müəyyən edilmiş valideyn digər valideynə münasibətdə hər hansı üstün hüquqlar əldə etmir, əksinə Ailə Məcəlləsinin 61ci maddəsində təsbit edilmişdir ki, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir (4.1-ci bəndi). Qeyd edilənlərdən belə nəticə hasil olur ki, Miqrasiya Məcəlləsinin 9.1-ci, 9.2-ci, 11.1-ci və 11.2-ci maddələrinə əsasən, bu kateqoriya işlər üzrə tələb “yetkinlik yaşına çatmayan vətəndaşın (uşağın) digər valideynin razılığı olmadan ölkədən getməsinə icazənin verilməsi” məzmununda qoyulmalıdır. Bu baxımdan məhkəmələrə izah edilir ki, iddia tələbinin məzmunu bu şəkildə qoyulmadıqda, məhkəmələr MPM-in 14 və 53-cü maddələrinə əsasən iddiaçıya tələbin dəqiləşdirilməsini təklif edə bilər, təklifin qəbul edilibedilməməsindən asılı olmayaraq, qətnamənin nəticə hissəsi tələbin məzmunu ilə bağlı qanunvericiliyin göstərişlərinə uyğun olmalıdır (4.2-ci bəndi). Həmin Qərarda qeyd edilmişdir ki, məhkəmələr tərəfindən nikahda olan və ya nikahda olmayan şəxslərin analoji iddialarına baxılarkən, işdə olan sübutlara ölkəni tərk etmək üçün icazəni verməyən valideyn ilə uşaq arasında həqiqi münasibətlər, ünsiyyət, uşağın ictimaisosial həyatında onun rolu, valideynlik vəzifələrinin yerinə yetirilib-yetirilməməsi, yaxud aliment ödəməklə kifayətlənməsi kimi halların mövcudluğu baxımından qiymət verilməli, uşağın həyatında faktiki heç bir rol oynamayan valideynin səfərin uşağın mənafeyinə zidd olması ilə bağlı konkret sübutlara əsaslanmayan etirazı əsassız hesab edilməlidir (7.16-cı bəndi). Bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, İİİ hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir (7.18-ci bəndi). Bu baxımdan, uşağın himayəsində olduğu valideynlə xarici ölkəyə çıxarılmasına etiraz edən tərəf belə səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübut etdiyi təqdirdə iddianın təmin olunmasından imtina edilə bilər (7.19-cu bəndi). Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək, qeyd edilən normativ hüquqi aktları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyyələri nəzərə alaraq hesab edir ki, iddiаçının yetkinlik yaşına çatmayan uşağını daimi yaşamaq üçün deyil, müvəqqəti olaraq xаrici ölkəyə (və yа ölkələrə) аpаrmаsı uşağın hər hаnsı mаrаq və mənаfelərinə zidd deyil, əksinə onun psixi, fiziki, mənəvi inkişаfınа və dünyа görüşünə müsbət təsir edə biləcək аmillərdir. Lаkin, iddiaçının uşağı ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara getmək istəməsinə cavabdehin müvafiq icra hakimiyyəti orqanında rаzılığının alınmasının mümkün olmaması, iddiaçının, eləcə də uşаğın yuxarıda qeyd edilən qanunla nəzərdə tutulmuş bir sırа hüquqlarını pozur. İddiaçı onunla birlikdə yaşayan uşağını sərbəst surətdə xarici ölkəyə aparmaq hüququna malikdir ki, onun bu hüquqları cavabdehin razılığının alınması ilə əlaqədar məhdudlaşdırıla bilməz. Cavabdeh isə uşağın ölkədən kənara aparılmasının onun mənafeyinə zidd olmasını təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə tərəflərin birgə nikahından doğulmuş uşağın hüquq və mənafelərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək cavabdeh (atası) Cavabdeh razılığı olmadan iddiaçı (anası) İddiaçı ilə birlikdə (tərəfindən) Azərbaycan Respublikasının hüdudlarından kənara aparılmasına icazə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2376/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2376/2024
01.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Valideynin, yaxud övladlığa götürən şəxsin, yaxud himayəçinin və ya qəyyumun razılığı olmadan uşağın ölkədən çıxmasına icazənin verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver