Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2518/2023 26.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı valideynlərdən birinin razılığı olmadan uşağı ölkədən aparması və ölkəyə gətirməsi hüququnun tanınması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı 13 dekabr 2013–cü il tarixdə doğulmuş Ömər və 15 dekabr 2015–ci il tarixdə doğulmuş Günel adlı uşaqlarıın Cavabdeh razılığı olmadan Azərbaycan Respublikasından aparılmasına və Azərbaycan Respublikasına geri gətirilməsinə icazə verilməsi tələbinə dair Şəmkir Rayon Məkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2013–cü il tarixdə faktiki olaraq evlənmiş, lakin rəsmi nikah qeyd etdirməmişdir. Birgə nikahdan 13 dekabr 2013–cü il tarixdə Ömər və 15 dekabr 2015–ci il tarixdə Günel adlı uşaqları doğulmuşdur. Cavabdeh uşaqlara münasibətdə atalığını könüllü müəyyən etdirmişdir. Cavabdehlə evləndikdən sonra bir müddət normal ailə şəraitində yaşamış, sonradan isə ailə münasibətləri pozulmuş və 2020–ci ilin sentyabr ayından etibarən cavabdehlə ayrılmışlar. Həmin vaxtdan da uşaqları onun himayəsindədir və cavabdehlə heç bir əlaqələri yoxdur. Belə ki, cavabdeh Rusiya Federasiyasında yaşayır və ayrıldıqları gündən etibarən uşaqları ilə maraqlanmamışdır. Hazırda özü Gürcüstan Respublikasında yaşayan başqa bir şəxslə evlənir və uşaqları ilə birlikdə onun yanına getmək məcburiyyətindədir. Lakin cavabdehdən uşaqların ölkədən aparılması üçün rəsmi razılıq ala bilmir. Cavabdehdən razılıq ala bilmədiyi üçün məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Odur ki, 13 dekabr 2013–cü il tarixdə doğulmuş Ömər və 15 dekabr 2015–ci il tarixdə doğulmuş Günel adlı uşaqlarıın Cavabdeh razılığı olmadan Azərbaycan Respublikasından aparılmasına və Azərbaycan Respublikasına geri gətirilməsinə icazə verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs Cavabdeh ilə xx.xx.2013–cü il tarixdə faktiki olaraq evlənmiş, lakin rəsmi nikah qeyd etdirməmişdir. Birgə nikahdan 13 dekabr 2013– cü il tarixdə Ömər və 15 dekabr 2015–ci il tarixdə Günel adlı uşaqları doğulmuşdur. Cavabdeh uşaqlara münasibətdə atalığını könüllü müəyyən etdirmişdir. Tərəflər evləndikləri ilk illərdə normal ailə şəraitində yaşasalar da, bir müddət sonra aralarında narazılıq yaranmış, ailə münasibətləri pozulmuş və nəticədə ayrılmışlar. Ayrıldıqdan sonra uşaqlar iddiaçının yanında qalmışdır. Hazırda təmsil etdiyi şəxsin ölkə hüdudlarından kənara çıxmasına zərurət yaranmışdır. Belə ki, təmsil etdiyi şəxs Gürcüstan Respublikasında yaşayan başqa bir şəxslə evlənir və uşaqları ilə birgə ailə şəraitində yaşamaq üçün Gürcüstana getmək məcburiyyətindədir. Lakin cavabdehdən uşaqların ölkədən aparılması üçün rəsmi razılıq ala bilmir. Cavabdehdən razılıq ala bilmədiyi üçün məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Odur ki, 13 dekabr 2013–cü il tarixdə doğulmuş Ömər və 15 dekabr 2015–ci il tarixdə doğulmuş Günel adlı uşaqlarıın Cavabdeh razılığı olmadan Azərbaycan Respublikasından aparılmasına və Azərbaycan Respublikasına geri gətirilməsinə icazə verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 13 dekabr 2013–cü il tarixdə Ömər və 15 dekabr 2015–ci il tarixdə Günel adlı uşaqları doğulmuşdur. İşdə olan xx.xx.2023–cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, İddiaçı mediasiya prosesində iştirak etmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı xx.xx.2013–cü il tarixdə faktiki olaraq evlənmiş, lakin rəsmi nikah qeyd etdirməmişdir. Birgə nikahdan 13 dekabr 2013–cü il tarixdə Ömər və 15 dekabr 2015–ci il tarixdə Günel adlı uşaqları doğulmuşdur. Cavabdeh uşaqlara münasibətdə atalığını könüllü müəyyən etdirmişdir. Tərəflər ailə münasibətlərinin pozulması zəminində ayrılmışlar, ayrıldıqdan sonra birgə nikahdan doğulmuş uşaqlar İddiaçı yanında qalmışdır. Cavabdeh razılıq vermədiyi üçün iddiaçı birgə nikahından doğulmuş uşaqlarını Azərbaycan Respublikasından kənara apara bilmir, çünki uşaqlarıı dövlət sərhəddindən çıxarmaq üçün digər valideynin (atanın) razılıq ərizəsi tələb olunur. İddiaçı isə uşaqların atalarının razılığını əldə edə bilmir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçının tələbi haqlıdır. İddiaçının özü və uşaqları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubdurlar. İddiaçı uşaqlarını başqa ölkəyə aparmaq istəsə də, buna nail ola bilmir, çünki uşaqlarının atalarından razılıq ərizəsi alınması mümkün deyildir. Nəticədə uşaqların sərbəst hərəkət etmək azadlığı pozulur və onlar mənsub olduğu dövlətdən başqa ölkəyə sərbəst gedib–gələ bilmir ki, bu da onların hüquqlarının məhdudlaşmasına səbəb olur. Azərbaycan Respublikasının Konstitusiyasının 28–ci maddəsinin İİİ bəndində göstərilmişdir ki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 28–ci maddəsinin İV bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 52–ci maddəsində göstərilmişdir ki, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır Azərbaycan Respublikasının da qoşulduğu “Uşaq hüquqları haqqında” Avropa Konvensiyasının 10–cu maddəsinin İ hissəsində göstərilmişdir ki, bu Konvensiya ilə üzv olan dövlətlər, ailə hüquqlarını həyata keçirmək məqsədilə uşağın və ya onun valideynlərinin üzv dövlətlərdən hər hansı birinin ərazisinə daxil olmağa və ya tərk etməsinə pozitiv, humanist yanaşmalı və bunu operativ şəkildə təmin etməlidirlər ki, bu hal uşaq və ya onun ailəsi üçün hər hansı xoşagəlməz halla nəticələnməsin. Konvensiyanın həmin maddəsinin İİ hissəsində isə qeyd edilmişdir ki, qanunla uşağın və ya onun valideynlərinin üzv dövlətlərdən hər hansı birinə giriş– çıxışını məhdudlaşdıran hal yoxdursa, konvensiyanı təsdiq etmiş ölkələr, valideynləri müxtəlif ölkələrdə yaşayan uşağın üzv dövlətlərdən hər hansı birinin ərazisini tərk etməyi və ya daxil olmağı təmin etməlidirlər. Konvensiyanın 4 saylı Protkolunun 2–ci maddəsinin tələbinə görə hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Sadalanan Konstitusiya normalarının və beynəlxalq konvensiyanın tələblərindən də göründüyü kimi uşağın başqa dövlətin ərazisinə getməsinə, öz ölkəsinə qayıtmasına əsassız və qanunla nəzərdə tutulmadığı hallarda məhdudiyyətlər qoyula bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının uşaqlarının atalarının razılıq verməməsi uşaqların hüquqlarının digər valideyn tərəfindən həyata keçirilməsinə maneə ola bilməz. Məhkəmə nəzərə alır ki, uşaqların ölkədən gedə bilməməsi, atalarının buna razılıq verməsinin mümkün olmaması ilə əlaqədardır. Uşaqların və ya onunla birlikdə yaşayan iddiaçı analarının bu məsələdə heç bir təqsiri yoxdur. Həmçinin, qeyd edilməlidir ki, atanın razılığı olmadan uşağın başqa ölkəyə getməsi uşağın öz mənafelərinə xidmət edir və burada atanın mənafeləri əleyhinə yönələ biləcək hal müəyyən olunmur. Bu səbəbdəndir ki, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 2–ci maddəsində göstərilmişdir ki, valideynlərdən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmə qərarı əsasında həll edilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.1–ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhəddinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ya ölkəyə gəlmək hüququna malikdir. Həmin Məcəllənin 9.2–ci maddəsində göstərilmişdir ki, vətəndaş ölkədən getmək və ya ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Həmin Məcəllənin 11.1–ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 11.2– ci maddəsinədə nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığıa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Həmin Məcəllənin 11.2–ci maddəsində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığıa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Eləcə də, BMT–nin 1959–cu il tarixdə qəbul etdiyi “Uşaq Hüquqları Haqqında” Bəyənnamənin 2–ci maddəsində göstərilmişdir ki, qanunla və başqa vasitələrlə uşağın sosial müdafiəsi təmin edilməli, uşağın əqli, fiziki, mənəvi və sosial baxımdan sağlam, normal, azad və ləyaqətli inkişafı üçün bütün şəraitlər yaradılmalıdır. Həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsi “Pençevi Bolqarıstana qarşı” xx.xx.2015–ci il tarixli Qərarında qeyd etmişdir ki, hərəkət etmək azadlığı hüququ milli təhlükəsizliyin, ictimai asayişin, əhalinin sağlamlığının və mənəviyyatının və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi kimi müstəsna hallarda məhdudlaşdırıla bilər. Hazırki iddiada isə qeyd edilən istisna hallardan heç biri müəyyən edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Pençevi Bolqarıstana qarşı” xx.xx.2015–ci il tarixli Qərarında daha sonra qeyd etmişdir ki, valideynləri müxtəlif dövlətlərdə yaşayan uşağın, xüsusi hallar istisna olmaqla, hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququ vardır. Bu məqsədlə “Uşaq hüquqları haqqında” BMT–nin Konvensiyasının 9–cu maddəsinin 2–ci bəndi üzrə öhdəliyinə uyğun olaraq iştirakçı dövlətlər uşağın və onun valideynlərinin istənilən ölkəni, o cümlədən öz ölkəsini tərketmək və öz ölkəsinə qayıtmaq hüququna hörmət bəsləyirlər. İstənilən ölkəni tərk etmək hüququ barəsində yalnız elə məhdudiyyətlər qüvvədədir ki, onlar qanunla müəyyən edilmişdir və dövlət təhlükəsizliyinin, ictimai qaydanın (ordrepublic), əhalinin sağlamlığının və ya mənəviyyatının və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün zəruridir və bu Konvensiyada tanınan başqa hüquqlarla bir araya sığır.” İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Ona görə də məhkəmə qeyd olunan normalara istinadən yuxarıda sadalanan Azərbaycan Respublikasının Konstitusiyasının və “Uşaq hüquqları haqqında” Avropa Konvensiyasının tələblərini, habelə beynəlxalq hüquq normalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, uşağın digər valideyni olan iddiaçı ilə birlikdə Azərbaycan Respublikasından başqa ölkəyə getməsi hər hansı başqa şəxsin, xüsusən razılıq verməyən ananı Ailə Məcəlləsinin 61.1 və 61.2–ci maddələrində nəzərdə tutulmuş huquqlarından məhrum etmir və ananın mənafelərinə qarşı yönəlməmişdir. Hazırki tələb iddiaçının və onun uşağının Qanunlarla nəzərdə tutulmuş sərbəst hərəkət etmək və istədiyi yerdə yaşamaq hüquqlarını həyata keçirmək zərurətindən yaranmışdır. Bu isə məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının tələbi haqlı olduğundan təmin olunmalı, onun himayəsində qalmış uşaqları digər valideynin razılığı olmadan vətəndaşı olduğu ölkədən aparmaq hüququ tanınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 13 dekabr 2013–cü il tarixdə doğulmuş X2 və 15 dekabr 2015–ci il tarixdə doğulmuş X1 ataları Cavabdeh razılığı olmadan anaları İddiaçı ilə birlikdə Azərbaycan Respublikası hüdudlarından kənara müvəqqəti olaraq getmələrinə icazə verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 238, 241, 242, 243, 244, 245, 252, 253 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. 13 dekabr 2013–cü il tarixdə doğulmuş X2 və 15 dekabr 2015–ci il tarixdə doğulmuş X1, ataları Cavabdeh razılığı olmadan anaları İddiaçı ilə birlikdə Azərbaycan Respublikası hüdudlarından kənara müvəqqəti olaraq getmələrinə icazə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-2518/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2518/2023
26.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Valideynin, yaxud övladlığa götürən şəxsin, yaxud himayəçinin və ya qəyyumun razılığı olmadan uşağın ölkədən çıxmasına icazənin verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver