Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-813/2026 13.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X5 və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, X2 qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «uşağın digər valideyinin razılığı olmadan ölkə hüdudlarından kənara çıxarılmasına və ölkəyə qaytarılmasına razılıq verilməsi» tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AZ-II seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ##.##.2010-cu ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
2. AZ-III seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ##.##.2014-cü ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Atası Cavabdeh, anası İddiaçıdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «uşağın digər valideyinin razılığı olmadan ölkə hüdudlarından kənara çıxarılmasına və ölkəyə qaytarılmasına razılıq verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2010-cu il təvəllüdlü X1 və ##.##.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan onunla birlikdə istənilən vaxt Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılmasına və ölkəyə qaytarılmasına icazə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Göygöl Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «uşağın digər valideyinin razılığı olmadan ölkə hüdudlarından kənara çıxarılmasına və ölkəyə qaytarılmasına razılıq verilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, ##.##.2010-cu il təvəllüdlü X1 və ##.##.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər cavabdeh Cavabdeh razılığı olmadan müvəqqəti olaraq iddiaçı İddiaçı ilə birlikdə daimi əsaslarla ölkəni tərk etməsi istisna olmaqla, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına icazə verilməsi, iddiaçının üzərinə səfərdən öncə, səfər edilən ölkə və səfərin tarixi barədə icraatında uşaqla ünsiyyətə dair icra sənədi olduğu halda həmin icra məmuruna məlumat vermək vəzifəsinin qoyulması qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, uşağın və valideynlərin hər ikisinin maraqları arasında ədalətli tarazlıq gözlənilməlidir. Uşaqların müvəqqəti olaraq ölkədən getmək hüququnun ayrı yaşayan digər valideynin razılığından asılı edilməsi son nəticədə uşaqların maraqlarına və qanuni mənafelərinə ziddir.
6. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Konstitusiyasının 17, 28-ci, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununa və MPM-nin 14.2, 77.1, 88 və 119-cu maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
7. Göygöl Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və uşaqların ölkədən çıxarılmasının yalnız onun razılığı ilə mümkün hesab edilməsi və valideyn hüquqlarının bərpası təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, övladları ilə daima maraqlanmış, onların təhsil və digər xərclərini ödəmişdir. Böyük qızı X4, Bakı şəhəri *** saylı tam orta məktəbdə təhsil almış, YÖS hazırlıq kurslarında iştirak etmiş və xərcləri onun tərəfindən qarşılanmışdır. Hazırda Türkiyə Respublikasında Sivas Cümhuriyyət Universitetinin İqtisadiyyat və İdari Bilimlər fakültəsinin 2- ci kurs tələbəsidir. Bütün xərcləri yenə də onun tərəfindən qarşılanır. X1 və X3, Bakı şəhər *** saylı tam orta məktəbdə təhsil almış, lakin iddiaçı tərəfindən aparıldığından məktəbə davamiyyəti pozulmuş və 2024-cü ilin oktyabrında məktəbdən kənarlaşdırılmışdır (##.##.2026 tarixli arayışlarla təsdiqlənir). Qətnamədə uşaqların atası kimi yanlış şəxs göstərilmişdir. (Bu isə məhkəmə aktının kobud səhvlərlə tərtib edildiyini sübut edir). Onun əlaqə vasitələri düzgün qeyd olunmamış və nəticədə məhkəmə və mediasiya proseslərində iştirakım təmin edilməmişdir. Bu hallar iş üzrə təqdim edilmiş məlumatların etibarlılığına ciddi şübhə yaradır və məhkəmənin həmin məlumatları lazımi qaydada araşdırmadığını göstərir. İddiaçının onun guya ailədən ayrı yaşamağı, övladların təminatında iştirak etməməyi barədə iddiaları həqiqətə uyğun deyildir və sübutlarla təsdiqlənmir. O, 2013-cü ildən Azərbaycan Tibb Universitetinin “Təbib” qəzetində çalışır və daimi gəlirə malik olmuşdur. Bu hal ##.##.2017-ci il tarixdə verilmiş iş vəsiqəsi ilə təsdiq olunur və etibarlılıq müddəti ##.##.2027-ci il tarixədəkdir. Ailə dövründə bütün əsas xərclər, o cümlədən tibbi xidmətlər (o cümlədən stomatoloji müalicə) və gündəlik ehtiyaclar onun tərəfindən qarşılanmışdır. Övladlarının təhsil və inkişafı daim diqqətində olmuşdur. Abdulla Gülçin – Bakı şəhəri *** saylı məktəbi bitirmiş, hazırda Türkiyədə ali təhsil alır, bütün xərclər tərəfindən qarşılanır. Abdulla Gülay və Abdulla Atilla – Bakı şəhəri *** saylı məktəbdə təhsil almış, lakin anası tərəfindən aparıldıqları üçün davamiyyət olmamış, məktəbdən kənarlaşdırılıblar. Gəncə Şəhər Məhkəməsində ##.##.2026-cı ildə keçirilən məhkəmə iclası zamanı uşaqların xaricdə olmaları barədə məlumat səsləndirilmişdir ki, bu da qətnamənin icrasının faktiki nəticələrinin araşdırılmadığını göstərir. Bir valideyn kimi övladlarının həm maddi təminatı, həm təhsili, həm də sağlamlıq məsələləri həmişə diqqət mərkəzimdə olub.
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, eyni məzmunlu izahat vermiş, şikayətinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı ilə rəsmi nikahı ## ###### 2006-ci il tarixində olmuşdur. Birgə nikahda üç uşağı olmuşdur. Rəsmi olaraq hələ boşanmamışdır. İddiaçı onun xəbəri olmadan məhkəməyə müraciət etmişdir. Ona heç bir bildiriş gəlməmişdir. 2022-ci ilin oktyabrına qədər birgə yaşamışdır, amma ondan sonra ayrılmışdır. Hal-hazırda uşaqlar xarici ölkədədir. İddiaçı ilə hal-hazırda əlaqəsi yoxdur, faktiki olaraq ayrılmışdır. İddiaçının anasından soruşdu, ona dedi ki, o da bilmir qızı hardadır. Uşaqlarının çıxışı var ölkədən amma ölkəyə yenidən daxil olması yoxdur. Böyük qızı Türkiyədə oxuyur. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı Polşadadır. Onun üç övladı ola-ola iki övladı qeyd edilmişdir. Təhsil vəziyyəti araşdırılmamışdır. Müvəqqəti əsaslarla gedilməsi yazılmışdır. Araşdırma aparılmamışdır. Xaricdə uşaqların harada yaşamasını bilmir. Uşaqlar məktəbdən xaric edilmişdir. Yaşayış yeri barədə məlumatlar yanlış verilmişdir. Uşaqlar ilə əlaqə saxlamış və onlar demişlər ki, orada oxuyurlar və şəraiti yaxşıdır. Qızı demişdir ki, ata-anasını niyə məhkəməyə vermişdir. İddiaçının xəbəri vardır. Polşada Varşava şəhərində yaşayırlar. Valideynlik hüququnun bərpa olunmasını xahiş etmişdir.
11. İş üzrə iddiaçı İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
12. Maddə 28.III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.
13. Maddə 37.İ. Hər kəsin istirahət hüququ vardır.
Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi:
14. Maddə 9.1. Azərbaycan Respublikasının vətəndaşı (bundan sonra - vətəndaş) dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir.
15. Maddə 9.2. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz.
16. Maddə 11.1. Bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər.
17. Maddə 11.2. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.
Azərbaycan Respublikası Ailə Məcəlləsi:
18. Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.
19. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.
20. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər...
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:
21. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mə nəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
22. Maddə 11. Hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır.
23. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
24. Maddə 25. Hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq məktəbdənkənar istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə, yetkinlik yaşına çatmayan uşaq xaricə valideynlərinin qarşılıqlı razılığı ilə aparıla bilər, belə razılıq olmadıqda isə mübahisə məhkəmə qaydasında həll edilməlidir. Qanunvericilik valideynlərə uşağı xaricə aparmağa razılıq vermək və ya verməmək hüququ vermişdir. Yəni valideynlər təhlükəsizlik və uşaqların mənafelərinin müdafiəsi baxımından uşağın ölkədən getməsinin məqsədəuyğun olub-olmadığını müəyyən etməli, bunu əsas götürməklə uşağın ölkədən getməsinə razılıq verməli və ya bundan imtina etməlidirlər.
36. Məhkəmə kollegiyası qeyd edir ki, «Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarının 7.17-ci bəndinə əsasən, uşağın digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edən valideyn iddia ərizəsində uşağın ölkə hüdudlarından kənara çıxarılmasının məqsədi ilə bağlı (uşaqların xarici ölkələrdə daha etibarlı və düzgün müalicə almaları, eləcə də onların dünya görüşlərinin artırılması, xarici dövlətlərdə yaşayan qohumları ilə əlaqələrin bərpa və inkişaf etdirilməsi, təhsil alması, istirahətinin təşkili və.s) aydın mövqe sərgiləməlidir. Belə ki, bu qaydaya riayət edilməklə verilən iddia tələbi uşağın xarici ölkəyə aparılmasının onun mənafeyinə uyğunluğunu yoxlamağa imkan verir.
37. İddiaçı göstərmişdir ki, cavabdeh Cavabdeh uşaqları ilə maraqlanmır, heç vaxt əlaqə saxlamır. İddiaçının cavabdehin harada olmasından xəbəri yoxdur. O, uşaqlarını hər hansı xarici ölkəyə istirahətə və ya müalicəyə aparmaq istəyərkən problemlərlə üzləşir.
38. Həmin qərarın 7.18-ci bəndinə əsasən, bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, III hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir.
39. Məhkəmə kollegiyasının iclasında cavabdeh göstərmişdir ki, xaricdə uşaqların harada yaşamasını bilmir. Uşaqlar məktəbdən xaric edilmişdir. Yaşayış yeri barədə məlumatlar yanlış verilmişdir. Uşaqlar ilə əlaqə saxlamış və onlar demişlər ki, orada oxuyurlar və şəraiti yaxşıdır.
40. Apellyasiya şikayətində cavabdeh göstərmişdir ki, özü daima uşaqları ilə maraqlanır, onların qayğısına qalır, xərclərini çəkir və gündəlik ehtiyaclar onun tərəfindən qarşılanır. Kollegiya hesab edir ki, uşaqların ölkədən getməsi ilə bağlı onların mənafeyi baxımından heç bir mənfi hal görünməmiş, cavabdehin də ata kimi üz hüquq və vəzifələrinin icrasına maneəçilik müəyyən edilməmişdir. O, uşaqları xaricdə olarkən onlarla sərbəst ünsiyyət qura bilmiş, onların təlim və tərbiyəsində iştirak edə bilmişdir.
41. Göründüyü kimi, əgər valideynlərdən biri (hazırkı iş üzrə ata) uşağın ölkədən getməsinə razılıq vermirsə, uşaqların ölkədən getməsinin onların təhlükəsizliyinə və müdafiəsinə xələl gətirəcəyini sübuta yetirməlidir. Lakin cavabdeh uşaqların anaları ilə ölkədən getməsinin onların təhlükəsizliyinə və müdafiəsinə xələl gətirməsinə dair halları sübuta yetirə bilməmişdir.
42. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası (10-cu maddəsinin 2-ci bəndi) valideynləri müxtəlif dövlətlərdə yaşayan uşağın, xüsusi hallar istisna olmaqla, hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququnu tanıyır. Digər tərəfdən, uşaqlardan ayrı yaşayan valideynin onlarla ünsiyyət hüququ ilk növbədə uşaqların tərbiyə və təhsili, onların fiziki, psixi sağlamlığı, əxlaqi inkşafına xidmət etməklə, uşağın mənafeyinə zidd olmamalıdır. Tərəflərin birgə nikahından doğulmuş ##.##.2010-cu il təvəllüdlü X1 və ##.##.2014-cü il təvəllüdlü X3 Azərbaycan Respublikası vətəndaşıdır və onların Azərbaycan Respublikası Konstitusiyasında, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda və digər müvafiq qanunvericilik aktlarında təsbit edilmiş sərbəst hərəkət etmək, istirahət etmək kimi hüquqları vardır.
43. Digər tərəfdən, cavabdeh atanın iddiaçıya azyaşlı uşaqlarını özü ilə birlikdə ölkə hüdudlarından çıxarmağa icazə verməməsi iddiaçının da ölkədən getmək hüququnu məhdudlaşdıra bilər. Çünki, iddiaçı yetkinlik yaşına çatmış şəxs olaraq sərbəst surətdə özünə yaşayış yeri seçə bilər və bu hüquq Azərbaycan Respublikasının ərazisi ilə məhdudlaşmır, o, ölkədən kənarda da özünə yaşayış yeri seçə və orada yaşaya bilər.
44. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 384, 385 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Göygöl Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.