Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-777/2026 09.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əsədli Mahir Abdulla oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyən etdi: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət ## ###### 2011-ci il tarixdə doğulmuş X2, ## #### 2012-ci il tarixdə doğulmuş X3 və ## ###### 2015-ci il tarixdə doğulmuş X1 atası Cavabdeh razılığı olmadan 18 yaşına çatanadək anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara getmələrinə icazə verilməsi, mediasiya xidməti üçün ödənilmiş 60 (altmış) manat, 50 (əlli) manat dövlət rüsumu pul vəsaitlərinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra cavabdeh Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək ilkin iddia üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş “digər valideynin razılığı olmadan uşağın ölkə hüdudlarından kənara çıxarılması tələbi”nə dair iddianın rədd edilməsi və ## ###### 2011-ci il tarixdə doğulmuş X2 öz istək və arzusuna əsasən faktiki olaraq onunla birlikdə Xırdalan şəhərində yaşayaraq orada təhsil aldığı, habelə digər iki azyaşlı uşaqları ## #### 2012-ci il tarixdə doğulmuş X3 və ## ###### 2015ci il tarixdə doğulmuş X1 faktiki olaraq anasının (ilkin iddiaçının) ata və anasının qanunsuz himayəsində olması, ilkin iddiaçının axtarışda olması və bilərəkdən ölkəni tərk etməsi faktı əsas götürülərək, hər üç uşağın onun, yəni Cavabdeh himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə cavabdeh Cavabdeh İddiaçı qarşı “uşaq tələbi”-nə dair qarşılıqlı iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Cavabdeh Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması məqsədilə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi belə əsaslandırılmışdır ki, ilkin iddiaçı, atanın razılığı olmadan üç nəfər azyaşlının anaları İddiaçı ilə birlikdə ölkə hüdudlarından kənara getməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddiaçı faktiki olaraq ölkə hüdudlarından kənarda olmaqla iki azyaşlı uşaqları öz valideynlərinin faktiki himayəsinə verməklə, məhkəmə qərarlarının icrasından yayınmaq məqsədilə ölkəni tərk etmişdir. İlk tələb uşaqların ölkədən atanın razılığı olmadan ana ilə birlikdə ölkə hüdudlarından kənara çıxarması ilə əlaqədar olduğundan, cavabdehin tələbisə uşaqların ölkədən çıxarılmasına qərar qəbul edilmədən uşaqların onun himayəsinə qaytarılması ilə əlaqədardır. Bu halda tələbi MPM-nin 156.1.1-ci maddəsinin tam təsiri altına düşərək, hər üç uşaqların ölkədən çıxarılmasına dair tələbin rədd edilərək, uşaqların valideyn olaraq Cavabdehin himayəsinə verilməsi ilə əlaqədardır. Füzuli Rayon Məhkəməsi səhv nəticəyə gəlmişdir. Bu halda ilkin iddiaçının ölkədən qaçaraq, ölkədən kənarda olması, nəticədə uşaqların həm bir-birilərindən ayrılması, həm də uşaqların valideyn ilə deyil, nənə və babalarının yanında olması fakt olduğu halda, cavabdehin qarşılıqlı iddiası təmin edildiyi halda, ilkin iddianın rədd edilməsinə, yəni ilk iddianın tam təmin edilməsini aradan qaldırır. Füzuli Rayon Məhkəməsi qərardad qəbul edərkən, hər iki tələbin uşaqların mənafeyi ilə əlaqədar olmasını, habelə böyük uşağın (yəni 2011-ci il təvəllüdlü uşağın) faktiki olaraq cavabdehlə birlikdə Xırdalan şəhərində yaşaması, burada yerləşən məktəbə getməsi, bu uşağın ilkin iddiaçının üzünə qarşı ondan imtina edib, onunla birlikdə yaşamaq istəməməsi faktı mövcud olduğu halda, Məhkəmə nəzərə almamışdır ki, ilkin iddiaçı himayədə olan 14 yaşlı uşağın da ölkədən çıxmasını xahiş etmişdir. belə olan halda, bu tələblərin, yəni ilkin və qarşılıqlı tələblər MPMnin 156-cı maddəsinin təsiri altına düşməsi mübahisəsisdir. Çünki qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmiş, habelə qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırır. Məhkəmə qarşılıqlı iddia tələbi ilə ilkin iddia tələbi ilə birlikdə baxılmalı olan, yəni qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə, ilk tələbin tam edilməsini aradan qaldırır. Digər tərəfdən Füzuli Rayon Məhkəməsi nəzərə almamışdır ki, azyaşlı uşaqların daimi əsaslarla ölkədən çıxarılması faktıda mövcuddur. Məhkəmə qərardadı əsassızdır. Məmmədova (hazırda Əliyeva) Leyla Firudin qızı ilə bağlanmış ##.##.2010-cu il tarixli nikah Abşeron Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə ləğv edilmişdir. Birgə nikahdan üç azyaşlı–##.##.2011-ci il təvəllüdlü X2, ##.##.2012-ci il təvəllüdlü X3 və ##.##.2015-ci il təvəllüdlü X1 doğulmuşdur. Məhkəmə qətnaməsinə əsasən uşaqların anaları X4 yanında qalması, eyni zamanda Cavabdeh tərəfindən 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində aliment ödənilməsi müəyyən edilmişdir. 2022–2024-cü illər ərzində münasibətlərdə müəyyən normallaşma olmuş, Leyla (Məmmədova) Əliyeva uşaqlarla birlikdə Cavabdehin faktiki yaşadığı Xırdalan şəhərinə köçmüşdür. Bir müddət birgə yaşamışlar. Lakin 2024-cü ilin noyabr ayında o, yenidən iki azyaşlı uşaqlarla birlikdə Bakı şəhərində kirayədə yaşayan valideynlərinin yanına köçmüşdür. Bu zaman böyük övladları X2 Cavabdehin himayəsində qalmışdır. ##.##.2011-ci il təvəllüdlü X2 15 yaşlı yeniyetmədir və öz yaşına uyğun olaraq fikir və mövqeyini sərbəst ifadə etmək imkanına malikdir. O, hazırda Cavabdehin yanında yaşayır və onun himayəsindədir. Yusif Məmmədli anası ilə yaşamaq istəmədiyini, onunla qalmaq istədiyini açıq şəkildə bildirir. O, hazırda Xırdalan şəhərində ** nömrəli tam orta məktəbin IX sinfində oxuyur. Onun təhsil, yaşayış və gündəlik qayğıları Cavabdeh tərəfindən təmin edilir. Onunla birlikdə Xırdalan şəhərində qalır. Məhkəmə işin bu faktiki hallarını və qanunu nəzərə almadan əsassız olaraq qarşılıqlı iddianı icraata qəbul etməmişdir. Bundan əlavə, 2022–2024-cü illər ərzində uşaqlarla birgə yaşadığı üçün həmin dövrdə ilkin iddiaçının hər hansı maliyyə problemləri ona məlum olmamışdır. Sonradan Cavabdehə məlum olmuşdur ki, İddiaçı müxtəlif şəxslərdən pul vəsaitləri almış və həmin vəsaitlərin qaytarılması ilə bağlı Abşeron Rayon İcra və Probasiya Şöbəsində onun barəsində (sübutlar Məhkəməyə təqdim edilib) icra işləri mövcuddur. Həmin icra işləri üzrə onun müəyyən maliyyə öhdəlikləri vardır. Daha sonra İddiaçı ərizəsi əsasında Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə aliment məbləği ##.##.2025-ci il tarixdən hesablanmaqla minimum əmək haqqının 0,70 misli həddində indeksasiya edilmişdir. İddiaçı Azərbaycan Respublikasında deyil, ölkə hüdudlarından kənarda – Türkiyə Respublikasında yaşayır. Eyni zamanda, onun barəsində axtarış tədbirlərinin həyata keçirildiyi bildirilir. Buna baxmayaraq o, ölkə hüdudlarını tərk etmişdir. Hazırda iki azyaşlı övladım nənə-babalarının yanında (ilkin iddiaçının valideynlərinin yanında) yaşayır. Lakin hesab edirəm ki, uşaqların valideyn nəzarətindən kənarda, yalnız nənə-baba himayəsində qalması uşaqların fiziki və psixoloji inkişafı, eləcə də ailə mühitinin formalaşması baxımından tamuyğun hesab edilə bilməz. Çünki uşaqların ana ilə faktiki birlikdə yaşamaması və ananın hazırda ölkə ərazisində olmaması, hətta onun axtarışda olması səbəbindən valideyn qayğısı təmin edilmir. Eyni zamanda, ananın ölkə ərazisində olmaması və barəsində axtarış tədbirlərinin aparılması onun uşaqlarla ünsiyyət və gündəlik qayğı imkanlarını faktiki olaraq məhdudlaşdırmışdır. Bu hal azyaşlıların ailə mühitində valideyn nəzarəti və daimi qayğının təmin olunması baxımından müəyyən çətinliklər yaradır. Belə bir hərəkətə yol vermiş iddiaçı öz hərəkətlərini həm Cavabdehdən, həm də uşaqlardan gizlin saxlamaqla bilə-bilə ölkəni tərk etmişdir. Hazırda Cavabdeh hesab edir ki, valideyn kimi uşaqlarının maraq və mənafelərini qoruyur. Xüsusilə 15 yaşlı övladı Yusifin faktiki olaraq onun himayəsində olması və Xırdalan şəhərində təhsil alması onun mənafeyinə uyğundur. Digər iki azyaşlı övladının da maraqlarını nəzərə alır. Bununla belə, uşaqların ölkə hüdudlarından kənara aparılması ilə bağlı Füzuli Rayon Məhkəməsində baxılan iş üzrə onların təhlükəsizliyi baxımından risklər olduğunu hesab edir. Çünki ölkədə axtarışda olan ilkin iddiaçı uşaqları oradan başqa ölkələrə apara bilər. Barəsində axtarış qərarı olan ilkin iddiaçının gələcəkdə uşaqları Suriya, yaxud İraq ərazisinə keçirmək ehtimalı və təhlükəsi ola bilər. Məhkəmə qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə nəticəyə gələrkən iş üçün mühüm əhəmiyyət kəsb edən bir sıra faktiki halları tam və hərtərəfli araşdırmamışdır. Belə ki, qarşılıqlı iddiada göstərilmişdir ki, ##.##.2011-ci il təvəllüdlü X2 faktiki olaraq onunla birlikdə yaşayır və təhsil alır. Həmçinin digər iki azyaşlı uşağın anaları ilə deyil, nənə və babalarının yanında yaşadıqları bildirilmişdir. Bundan başqa, ilkin iddiaçının Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşaması, uşaqlarla birlikdə olmaması və onların gündəlik qayğılarının bilavasitə onun tərəfindən həyata keçirilməməsi barədə hallar da qarşılıqlı iddiada öz əksini tapmışdır. Məhkəmə həmin halların ilkin iddia ilə qarşılıqlı iddia arasında hüquqi və faktiki əlaqənin mövcud olub-olmamasına təsirini araşdırmadan, yalnız formal nəticəyə gələrək qarşılıqlı iddianın ilkin iddia ilə əlaqəli olmadığı qənaətinə gəlmişdir. Halbuki həm ilkin iddia, həm də qarşılıqlı iddia eyni uşaqlar, eyni valideynlər və eyni ailə-hüquq münasibətləri ilə bağlıdır. Uşaqların faktiki yaşayış yeri, hansı valideynin himayəsində olması, onların mənafeyi və gələcək taleyi hər iki tələb üzrə araşdırılmalı olan mühüm hallardır. Əslində qarşılıqlı iddia MPM-in 156.1.2-ci maddəsinə tamamilə uyğundur. Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmış və şikayət, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə qərardadı işin faktiki halları və prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmadığından ləğv edilməli, iş qarşılıqlı iddianın icraata qəbul edilməsi məsələsi üzrə zəruri prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
1. Belə ki, iş materiallarından görünür ki, ilkin iddia uşaqların atanın razılığı olmadan anaları ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara aparılmasına icazə verilməsi tələbinə dair olmuşdur. Bundan sonra cavabdeh qanunla müəyyən edilmiş prosessual müddət ərzində qarşılıqlı iddia verərək ilkin iddianın rədd edilməsini, eyni zamanda üç azyaşlı uşağın onun himayəsinə verilməsini tələb etmiş, bu tələbini böyük övladın faktiki olaraq onun yanında yaşaması və təhsil alması, digər iki uşağın isə analarının deyil, nənə və babalarının himayəsində qalması, ilkin iddiaçının ölkə hüdudlarından kənarda olması, uşaqlara bilavasitə valideyn qayğısı göstərməməsi, habelə uşaqların mənafeyi ilə bağlı digər hallarla əsaslandırmışdır.
2. Azərbaycan Respublikası MPM-in 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılması üçün qarşılıqlı iddia vermək hüququna malikdir. Həmin Məcəllənin 155.2ci maddəsi isə qarşılıqlı iddianın müəyyən hallarda sonrakı mərhələdə də verilməsinə imkan verilsə də, hazırkı işdən müəyyən edilir ki, cavabdeh qarşılıqlı iddianı MPM-in 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçmədən, yəni iddia ərizəsinin surətini aldıqdan sonra qanunla müəyyən edilmiş 20 günlük müddət ərzində məhkəməyə təqdim etmişdir. Bu hal həm şikayətin məzmunu, həm də iş materialları ilə təsdiq olunur. Deməli, birinci instansiya məhkəməsi qarşılıqlı iddianın verilməsi müddəti ilə bağlı hər hansı prosessual maneənin mövcudluğunu müəyyən etməmişdir.
3. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı geri qaytararkən belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddia ilkin iddia ilə hüquqi əlaqəli deyildir, onun təmin edilməsi ilkin iddianın təmin edilməsini aradan qaldırmır və tələblərə ayrıca qaydada baxılması mümkündür. Kollegiya həmin nəticə ilə razılaşmır. Çünki hazırkı mübahisədə həm ilkin, həm də qarşılıqlı iddianın predmeti eyni ailə-hüquq münasibətlərindən, eyni valideynlər və eyni üç azyaşlı uşağın hüquqi vəziyyətindən irəli gəlir. İlkin iddiada uşaqların ölkə hüdudlarından kənara aparılmasına icazə verilməsi tələb olunduğu halda, qarşılıqlı iddiada həmin uşaqların atanın himayəsinə verilməsi və bunun nəticəsi olaraq ilkin iddianın rədd edilməsi tələb edilir. Belə olan halda, qarşılıqlı iddianın təmin olunması uşaqların cavabdehin yanında saxlanılması ilə nəticələnə biləcəyindən, ilkin iddiada irəli sürülmüş tələbin tam və ya ən azı qismən təmin edilməsini hüquqi baxımdan aradan qaldıra bilər. Bu isə MPM-in 156.1.2-ci maddəsində nəzərdə tutulmuş şərtin mövcudluğunu göstərir və həmin məsələyə hüquqi qiymət verilmədən qarşılıqlı iddianın geri qaytarılması düzgün hesab edilə bilməz.
4. Eyni zamanda, iş materiallarında cavabdeh tərəfindən böyük övladın faktiki olaraq onun yanında yaşaması, təhsil alması, digər iki azyaşlı uşağın anaları ilə deyil, nənə və babalarının yanında qalması, ilkin iddiaçının Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşaması, barəsində axtarış tədbirlərinin aparılması, uşaqlara gündəlik valideyn qayğısının göstərilməməsi və uşaqların mənafeyinə təsir göstərə biləcək digər hallar göstərilmişdir. Həmin hallar qarşılıqlı iddianın mahiyyətini təşkil etməklə yanaşı, ilkin iddia üzrə də məhkəmə tərəfindən qiymətləndirilməli olan faktlardır. Çünki uşaqların ölkədən çıxarılmasının onların maraqlarına uyğun olub-olmaması məsələsini həmin hallardan təcrid edilmiş şəkildə qiymətləndirmək mümkün deyildir. Buna görə də hər iki tələb üzrə araşdırılmalı faktiki hallar əhəmiyyətli dərəcədə üst-üstə düşür və eyni sübutlara tabe olmaqla bir-biri ilə bağlılığı vardır.
5. Kollegiya hesab edir ki, hazırkı halda qarşılıqlı iddianın ayrıca icraatda baxılması eyni uşaqlar, eyni valideynlər və eyni hüquqi münasibətlər üzrə müxtəlif məhkəmə tərkibləri tərəfindən eyni faktların təkrar araşdırılmasına, eyni sübutların yenidən qiymətləndirilməsinə və nəticədə bir-birini istisna edən məhkəmə aktlarının qəbul edilməsi riskinin yaranmasına səbəb ola bilər. Bu isə MPM-in 155 və 156-cı maddələrinin hüquqi mahiyyətinə uyğun deyildir. Həmçinin hər iki iddianın bir icraatda qarşılıqlı olaraq araşdırılması prosessual qənaət prinsipinin müddəalarına uyğun olardı.
6. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ilə ilkin iddia arasında hüquqi bağlılığın olmadığını göstərsə də, belə nəticəyə gələrkən cavabdehin istinad etdiyi faktiki halların ilkin iddianın həllinə təsir edib-etmədiyini, qarşılıqlı iddianın təmin olunacağı təqdirdə ilkin iddianın hüquqi nəticələrinin dəyişib-dəyişməyəcəyini, eləcə də uşaqların mənafeyi baxımından hər iki tələbin eyni icraatda araşdırılmasının zəruriliyini tam və hərtərəfli qiymətləndirməmişdir. Halbuki, qarşılıqlı iddianın qəbul olunması mərhələsində məhkəmə yalnız formal meyarlarla kifayətlənməməli, MPM-in 155 və 156-cı maddələrinin tətbiqi baxımından tələblər arasında mövcud hüquqi və faktiki əlaqəni iş materialları əsasında qiymətləndirməlidir.
7. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qarşılıqlı iddia MPM-in 155-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə verilmiş, qarşılıqlı iddia ilə ilkin iddia arasında eyni ailə-hüquq münasibətlərindən irəli gələn sıx hüquqi və faktiki əlaqə mövcud olmuş, qarşılıqlı iddianın təmin edilməsi ilkin iddianın tam və ya qismən təmin edilməsinin nəticələrinə birbaşa təsir göstərə biləcək xarakter daşımışdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın geri qaytarılması barədə gəldiyi nəticə əsaslı sayıla bilməz. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş qarşılıqlı iddia ərizəsinin qəbul edilməsi məsələsinə MPM-in 155 və 156-cı maddələrinin tələbləri baxımından yenidən hüquqi qiymət verilməsi, zəruri prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ləğv edilsin. Mülki iş qarşılıqlı iddia ərizəsinin qəbul edilməsi və həmin iddia üzrə zəruri prosessual hərəkətlərin həyata keçirilməsi üçün Füzuli Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.