Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-757/2026 27.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı cavabdehin razılığı olmadan uşağın Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə icazə verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: “cavabdehin razılığı olmadan uşağın Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə icazə verilməsi” tələbi, qüvvə) Hakimlər X4 (sədrlik edən və məruzəçi), Mustafayev Etibar Musatafa oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı cavabdehin razılığı olmadan uşağın Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə icazə verilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, ## ######## 2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək, geri qaytarmaq şərti ilə atası Cavabdeh rəsmi məlumat verməklə cavabdeh Cavabdeh razılığı olmadan Azərbaycan Respublikası ərazisindən kənara çıxarmasına icazə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2010- cu ilin sentyabr ayının 19-da qeyri-rəsmi nikahla evlənmişlər. Nikahlarını isə ## ### 2011- ci il tarixdə Balakən rayonu Tülü kənd Inzibati Ərazi Dairəsində 26 sayla rəsmiləşdirmişlər. Cavabdehlə olan birgə nikahdan ## #### 2011-ci il tarixdə X2, ## ######## 2019-cu il tarixdə isə X1 adında iki uşaqları olmuşdur. 2015-ci ildə nikahları məhkəmə qaydasında pozulmuşdur. Lakin sonra yenidən barışıb birlikdə yaşamışlar. Ailə münasibətləri zəminində aralarında mübahisə olduğuna görə 2021-ci ilin sentyabr ayında ayrılmışlar. Bundan sonra o, Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh ilə birgə nikahdan ## #### 2011-ci il tarixdə doğulmuş X2 və ## ######## 2019-cu il tarixdə doğulmuş X1 baxılıb saxlanması üçün cavabdeh Cavabdeh hər ay hər uşaq üçün 180 manat, cəmi 360 manat miqdarında aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli e-*(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ərizənin verildiyi ## ###### 2022-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından ## #### 2011-ci ildə doğulmuş X2 və ## ######## 2019-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Cavabdeh hər ay hər bir uşaq üçün 140 manat olmaqla hər ay cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Bundan sonra ##.##.2022-ci il tarixdə Cavabdeh ilə aralarında barışıq sazişi bağlanmış, həmin barışıq sazişinə əsasən birgə nikahdan ## #### 2011-ci il tarixdə doğulmuş X2 atası Cavabdeh himayəsinə verilməsinə etiraz etməmişdir. Bundan sonra Cavabdeh ona qarşı iddia qaldıraraq birgə nikahdan ## #### 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin ondan alınaraq ona verilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli e-*(***)-***/**** saylı qərardadı ilə iddiaçı Cavabdeh ona qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiadan imtinası nəzərə alınaraq e2(019)- ***/**** saylı mülki işin icraatına xitam verilmişdir. Bundan sonra o, ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək borclu Cavabdeh qarşı aliment tələbindən imtinasının qəbul edilməsi barədə müvafiq qərardadın çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-**/**** saylı qərardadı ilə Balakən Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli e-*(***)-***/**** saylı icra vərəqəsi üzrə onun borclu Cavabdeh qarşı aliment tələbindən imtinası qəbul edilmişdir. Hal-hazırda Cavabdeh ilə birgə nikahlarından ## ######## 2019-cu il tarixdə doğulmuş X1 onun himayəsində yaşayır. Onun yaxın və digər qohumları hazırda Rusiya Federasiyasında və Türkiyədə yaşayır. Onların himayəsi altında övladını baxır. Özü də tez-tez Türkiyəyə yaxınlarına baş çəkməyə gedir. Övladının dünyagörüşünün artırılması, xarici dövlətlərdə yaşayan qohumları ilə əlaqələrin bərpa və inkişaf etdirilməsi məqsədi ilə cavabdehlə münasibətləri pis olduğuna görə cavabdeh uşağını xarici ölkəyə aparıb-gətirmək üçün notarial qaydada razılığın xarici ölkəyə aparıb-gətirmək üçün notarial qaydada razılıq ərizəsi ala bilmir. Belə ki, uşaq yetkinlik yaşına çatmadığı üçün onun Azərbaycan Respublikasından kənara aparıb gətirilməsinə cavabdehin yazılı razılığı tələb olunur. Hazırda cavabdeh buna imkan vermədiyi üçün onun razılığını almaq mümkün deyildir. Uşağın sərbəst surətdə xarici dövlətə aparıb-gətirmə hüququnun verilməsi məqsədi ilə ilkin mediasiya sessiyasında iştirak etməsi üçün Mediatora müraciət etmişdir. Cavabdeh Cavabdeh mediasiya prosesində iştirak etmədiyinə görə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış almışdır. Belə olan halda uşağın sərbəst surətdə xarici dövlətə aparıb-gətirmə hüququnun verilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin razılıq verməməsi nəticəsində onun öz uşağı ilə birlikdə qanunla müəyyən edilmiş sərbəst surətdə ölkədən getmək hüquqları pozulur.
3. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Arifə Cəfərova) iddia təmin edilmiş, ## ######## 2019-cu il tarixdə doğulmuş X1 geri qaytarmaq şərti ilə atası Cavabdeh səfər edilən ölkə və səfərin tarixləri barədə məlumat verməklə cavabdeh Cavabdeh razılığı olmadan Azərbaycan Respublikası ərazisindən kənara getməsinə icazə verilməsi, 50 manat dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi,ödənilmiş dövlət rüsumunun iddiaçı İddiaçı özünə aid edilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinin 1-ci bəndinə, 18-ci maddəsinin 1-ci bəndinə, 27-ci maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin II bəndinə, 34-cü maddəsinin IV bəndinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 15, 28, 55, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51, 60, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.1, 11.2, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Uşaqların ölkədən getməsinə icazə verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tətbiqi təcrübəsi haqqında” ## ###### 2021-ci il tarixli Qərarının 7.9, 7.13, 7.16 7.17, 7.18, 7.19-cu maddələrinə istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Iş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən ## #### 2022-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X3 nikahı Balakən Rayon Məhkəməsi *(***)-***/**** saylı ##.##.2015-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. AZ-IV seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X1 ##.##.2019cu il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə X3 göstərilmişdir. Balakən Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ##.##.2022-ci il tarixli qətnaməsindən görünür ki, ərizə qismən təmin edilmiş, ərizənin verildiyi ## ###### 2022-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından ## #### 2011-ci ildə doğulmuş X2 və ## ######## 2019-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Cavabdeh hər ay hər bir uşaq üçün 140 manat olmaqla hər ay cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X3 verilməlidir. Balakən Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2022-ci il tarixli qərardadından görünür ki, tələbkar Hacıyeva (Bayramova) Rüfanə Mübariz qızının ərizəsi təmin edilmiş, Balakən Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı icra vərəqəsi üzrə tələbkar Hacıyeva (Bayramova) Rüfanə Mübariz qızının borclu Cavabdeh qarşı aliment tələbindən imtinası qəbul edilmişdir.
6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Balakən Rayon Məhkəməsində işə baxılan zaman o, bildirmişdir ki, keçmiş həyat yoldaşı İddiaçı hal-hazırda adını bilmədiyi Türkiyə vətəndaşı ilə (gəmidə işləyən) yeni nikaha daxil olmaq istəyir. Təbii ki, bu onun hüququdur. Amma yeni nikaha daxil olduğu şəxs Azərbaycan Respublikasında yaşamır, gəmidə işləyir və Türkiyə Cumhuriyyətində yaşamaqdadır. Belə olan halda o, onun azyaşlı övladını Türkiyə Respublikasına aparsa uzun müddət həmin ölkədə qalsa və ya ümumiyətlə qayıtması, onun valideynlik hüquqlarım kobud formada pozulacaq, o, öz övladıyla digər oğlan övladı isə öz bacısıyla ünsiyyətdə ola bilməyəcək. Həmçinin onun azyaşlı övladının ölkə hüdudlarından kənara çıxacağı təqdirdə heç bir qarantiya yoxdur ki, uşağı geri qayıdacaq. Halbuki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar.Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 60-cımaddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər. Uşaqdan ayrı yaşayan valideyn öz uşağı haqqında sosial xidmət müəssisələrindən məlumat almaq hüququna malikdir. Yalnız uşağın həyat və sağlamlığı üçün valideyn tərəfindən təhlükə olduqda bu cür məlumat verilməsindən imtina edilir. Məlumat verilməsindən imtinadan şikayətə məhkəmə qaydasında baxılır. BMT Baş Assambleyasının ## ###### 1959-cu il tarixli 1386 (XIY) saylı qətnaməsi ilə elan edilmiş “Uşaq Hüquqları Bəyannaməsinin” 6-cı prinsipinə görə,uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Belə ki, tərəfindən Balakən Rayon Məhkəməsinə azyaşlı övladı ilə ünsiyyətdə olması ilə bağlı iddia ərizəsi verilmişdir. Hal-hazırda həmin iddia ərizəsi Balakən Rayon Məhkəməsində e-2(5-112)- 387/2026 nömrəsi ilə məhkəmə icraatındadır və iddia ərizəsinə məhkəmədə baxılmaqdadır. Məhkəmə qətnaməsi qəbul olunduqdan sonra, iddiaçı onun razılığı olmadan azyaşlı övladı X1 ölkə hüdudlarından kənara aparmaq istəyir. Əgər o, övladını ölkə hüdudlarından kənara yəni Türkiyə Respublikasına aparsa və uzun müddət ərzində və ya ümumiyətlə geri gətirməsə Dövlətin adından qəbul edilmiş Məhkəmə qərarının icrası mümkün olmayacaq. Belə olan haldada onun Konstitusion hüquqları kobudcasına pozulacaq. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Balakən Rayon Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Göründüyü kimi, Balakən Rayon Məhkəməsi heç bir müstəsna hal (şərait) olmadığı halda, ##.##.2019-cu ildə anadan olmuş X1 onun razılığı olmadan ölkə hüdudlarından kənara çıxarılması ilə bağlı qərara gəlmişdir.
8. Qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-2(5-112)-299/2026 iş nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı iddiaçı İddiaçı tərəfindən etiraz daxil olmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e- *(*-***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası: 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
13.Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin II bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin IV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.
14. Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 4.1. Uşaqlar barəsində dövlət siyasətinin məqsədləri aşağıdakılardır: 4.1.1. uşaqların hüquq və azadlıqlarının təmin edilməsi, uşaq hüquqlarının təminatının hüquqi əsaslarının formalaşdırılması; 4.1.2. uşaqların hüquq və azadlıqlarının müdafiəsi üçün institusional mexanizmlərin yaradılması, onların pozulmuş hüquqlarının bərpası; 4.1.3. uşaqlara qarşı ayrı-seçkiliyə yol verilməməsi, bütün uşaqlar üçün bərabər imkanların və inklüzivliyin təmin edilməsi; 4.1.4. çətin həyat şəraitində olan uşaqların sosial müdafiəsi; 4.1.5. uşaqların fiziki, əqli, mənəvi və əxlaqi inkişafı, onların vətənpərvərlik, vətəndaşlıq, sülhpərvərlik, əxlaqi dəyərlərə, milli adət və ənənələrə hörmət ruhunda tərbiyə olunması; 4.1.6. uşaqlarda hüquq mədəniyyətinin formalaşdırılması; 4.1.7. uşaqların sağlamlığına və inkişafına zərər vuran məlumatlardan qorunması. 15.1. Hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. 15.2. Uşağın tərbiyəsi ailədə, təhsil və sosial xidmət müəssisələrində həyata keçirilir. Uşaqların tərbiyəsi sahəsində həyata keçirilən tədbirlər uşaq hüquqlarını pozmamalıdır. 28.1. Hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır. 28.2. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq məktəbdənkənar istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir. Valideynlər (onları əvəz edən şəxslər) və müvafiq dövlət orqanları (qurumları) uşaqların istirahət və asudə vaxtlarında mənfi təsirlərə məruz qalmasının qarşısını alan tədbirlər görməlidirlər. 55.1. Uşaqlar barəsində icraat uşağın iştirakı, onun təhlükəsizliyinin təmin olunması, uşaq hüquqlarına və azadlıqlarına hörmət edilməsi və onların səmərəli şəkildə həyata keçirilməsi, uşaqların mənafelərinin üstünlüyü, uşağın ləyaqətinə hörmət edilməsi, qeyribərabər rəftarın yolverilməzliyi və qanunun aliliyi prinsiplərinə əsaslanır. 55.2. Uşağın iştirakı ilə və ya ona aid hər hansı məsələ ilə bağlı icraat uşağın psixoloji, sosial, emosional və fiziki sağlamlığının qiymətləndirilməsi və onun üstün mənafelərinin müəyyən edilməsi məqsədilə hərtərəfli yanaşmadan istifadə etməklə həyata keçirilir.
15. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 51.1-ci maddəsinə əsasən uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. 51.4-cü maddəsinə əsasən uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən suiistifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər.
16. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi: 11.1-ci maddəsinə əsasən bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Uşaqların ölkədən getməsinə icazə verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tətbiqi təcrübəsi haqqında” ## ###### 2021-ci il tarixli Qərarı: 7.9-cu bəndinə əsasən qanunvericilikdə bu kateqoriya işlər üzrə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının cəlb edilməsini və yaxud müvafiq rəyinin alınmasını tələb edən hər hansı imperativ norma mövcud deyildir. Belə ki, Ailə Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, uşaqların yalnız tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Qanunvericilikdə buna dair hər hansı tələbin olmadığı halda, işə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının cəlb edilməsi və yaxud onların müvafiq rəyinin alınması, xüsusiyyətinə görə əslində daha çevik yanaşmanı tələb edən bu kateqoriya işlərin baxılması müddətlərinin lüzumsuz olaraq uzadılması ilə nəticələnir. 7.13. Cavabdeh valideynin uşaqla ünsiyyətdə olması ilə bağlı qanuni qüvvəsini almış qətnamənin olduğu halda, məhkəmələr uşaqların həmin valideynin icazəsi olmadan ölkə hüdudlarından kənara çıxarılmasına dair iddianın təmin edilməsi qənaətinə gəldikdə, qətnamədə iddiaçı tərəfin üzərinə səfərdən öncə, səfər edilən ölkə və səfərin tarixləri barədə icraatında uşaqla ünsiyyətə dair icra sənədi olan icra məmuruna məlumat vermək vəzifəsini qoymalıdırlar. Belə ki, həmin məlumatın verilməsi icra məmuru tərəfindən “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.2-ci maddəsinə əsasən ünsiyyət hüququnun təmin edilməsi ilə bağlı olan icra sənədi üzrə icraatın borclunun üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduğu müddətdə, yəni səfər müddətində dayandırılması üçün əsas təşkil edəcəkdir. 7.16-cı bəndinə əsasən məhkəmələr tərəfindən nikahda olan və ya nikahda olmayan şəxslərin analoji iddialarına baxılarkən, işdə olan sübutlara ölkəni tərk etmək üçün icazəni verməyən valideyn ilə uşaq arasında həqiqi münasibətlər, ünsiyyət, uşağın ictimai-sosial həyatında onun rolu, valideynlik vəzifələrinin yerinə yetirilib-yetirilməməsi, yaxud aliment ödəməklə kifayətlənməsi kimi halların mövcudluğu baxımından qiymət verilməli, uşağın həyatında faktiki heç bir rol oynamayan valideynin səfərin uşağın mənafeyinə zidd olması ilə bağlı konkret sübutlara əsaslanmayan etirazı əsassız hesab edilməlidir. 7.17-ci bəndinə əsasən uşağın digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edən valideyn iddia ərizəsində uşağın ölkə hüdudlarından kənara çıxarılmasının məqsədi ilə bağlı (uşaqların xarici ölkələrdə daha etibarlı və düzgün müalicə almaları, eləcə də onların dünya görüşlərinin artırılması, xarici dövlətlərdə yaşayan qohumları ilə əlaqələrin bərpa və inkişaf etdirilməsi, təhsil alması, istirahətinin təşkili və.s) aydın mövqe sərgiləməlidir. Belə ki, bu qaydaya riayət edilməklə verilən iddia tələbi uşağın xarici ölkəyə aparılmasının onun mənafeyinə uyğunluğunu yoxlamağa imkan verir. 7.18-ci bəndinə əsasən bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, III hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkişafına uyğun olmadığını sübuta yetirməlidir. 7.19-cu bəndinə əsasən uşağın himayəsində olduğu valideynlə xarici ölkəyə çıxarılmasına etiraz edən tərəf belə səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübut etdiyi təqdirdə iddianın təmin olunmasından imtina edilə bilər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
23. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
24. Cavabdeh Cavabdeh Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)- ***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
27. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırki tələb üzrə sübutetmə yükü ilə bağlı iddiaçı ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir. Hazırki iş üzrə cavabdeh uşağın ölkədən kənara getməsinə etiraz etsə də, iddiaçının daimi olaraq xarici ölkəyə köçəcəyini bildirsə də, öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkişafına uyğun olmadığına dair mötəbər sübut təqdim etməmişdir. Bundan başqa cavabdeh 2 ildir uşaqla görüşmür, bunu uşağın anasının görüşməyə imkan verməməsi, özünün səhhəti ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, 2 il uşaqla görüşməmək üçün kifayət qədər uzun müddətdir, göründüyü kimi cavabdeh özü uşaqla ünsiyyətdə olmaqda maraqlı olmamış, 2 il müddətində uşaqla ünsiyyətlə bağlı məhkəməyə müraciət etməmiş, yalnız iddiaçının uşağı xarici ölkəyə aparmaq istədiyini biləndən sonra uşaqla ünsiyyətlə bağlı mediasiyaya, daha sonra məhkəməyə müraciət etmişdir. Odur ki, 2 ildir uşağını görməyən cavabdehin səfərin uşağın mənafeyinə zidd olması ilə bağlı konkret sübutlara əsaslanmayan etirazı məhkəmə tərəfindən əsassız hesab edilir. Bir-birindən ayrı yaşayan valideynlərin uşaqlarla bağlı hüquqlarının həyata keçirilməsi ilə bağlı məsələlərdə qanunvericiliyin məqsədi uşaqların hüquq və mənafeyinin daha üstün nəzərə alınmasından və qorunmasından ibarətdir. Valideynlərin hüquq və vəzifələri onların təkcə uşaqla görüşərək ünsiyyətdə olması və aliment ödəməsi ilə məhdudlaşmır, eyni zamanda, onun sağlam böyüməsi, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, mənəvi tərəfdən inkişaf etməsi, dünyagörüşünün fomalaşması, istirahət hüququnun təmin olunması və s. hüquqlarının həyata keçirilməsinə xidmət etməlidir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehin razılığı olmadan uşağın ölkə hüdudlarından kənara çıxarılması barədə iddia irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin onu da qeyd etmişdir ki, cavabdeh valideynin uşaqla ünsiyyətdə olması ilə bağlı məhkəməyə müraciət etməsi hazırki iddianın rədd edilməsi üçün əsas deyildir. Odur ki, məhkəmə cavabdehin bu dəlilini də əsassız hesab etmişdir.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
29. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
30. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
32. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, cavabdeh cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e- 2(5-112)-299/2026 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
333. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.