Məhkəmə qərarları › İş №2(067)-2378/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2378/2021

08.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2378/2021 08.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi İzzətli Anar İzzət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması hüquqi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz bələdiyyəsinin Ərizəçi Mərdanağa qızının adına verilmiş 23 iyun 2005-ci il tarixli 08 saylı qərarının, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsində 18.11.2005-ci il tarixli 2175 sayla qeydə alınmış Ərizəçi Mərdanağa qızı, Xaçmaz bələdiyyəsinin sədri V.V.Hacımirzəyev və DT və XK Xaçmaz rayon şöbəsinin müdiri Ş.Ş.Aslanov arasında bağlanmış torpaqların alqı-satqısına dair aktın ona, yəni Ərizəçi Mərdanağa qızına məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək tələbini dəqiqləşdirərək X9 qızının adına verilmiş Xaçmaz bələdiyyəsinin 23.06.2005-ci il tarixli 08 saylı qərarının və 18.11.2005-ci il tarixli 2175 sayla qeydə alınmış torpaqların alqı-satqısına dair aktın ona, yəni Ərizəçi Mərdan qızına məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Xaçmaz Bələdiyyəsinin 23 may 2005-ci il tarixli 08 saylı qərarı ilə ona, yəni Ərizəçi Xaçmaz Bələdiyyəsinin ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 500 kvm torpaq sahəsinin verilməsi qərara alınmışdır. Həmin qərar əsasında onun və Xaçmaz Bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, aktı o, Xaçmaz bələdiyyəsinin sədri V.V.Hacımirzəyev və DT və XKnın Xaçmaz rayon şöbəsinin müdiri X8 imzalamış və bələdiyyənin, torpaq şöbəsinin möhürləri ilə təsdiq edilmiş, həmin akt DT və XK-nin Xaçmaz rayon şöbəsində 18 noyabr 2005-ci il tarixdə 2175 saylı qeydə alınmışdır. 2005-ci ildən həmin 500 kvm torpaq sahəsi onun istifadəsindədir və hər il torpaq vergisini ödəyir. O, həmin torpaq sahəsinə hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın alınması üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, həmin idarənin rəisi Fikrət Nuşiyevin imzası ilə 04.08.2021-ci il tarixli **********82 saylı məktubla ona cavab verilmişdir ki, Xaçmaz bələdiyyəsinin 23.06.2005-ci il tarixli 08 qeydiyyat nömrəli qərarında, torpagm alqı-satqısma dair 18.11.2005- ci il tarixli 2171 saylı aktında hüquqi sahibinin ata adında yaranmış uygunsuzluqları aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Həqiqətən də Xaçmaz bələdiyyəsinin 23 iyun 2005-ci il tarixli 08 saylı qərarında və 18 noyabr 2005-ci il tarixli 2175 saylı torpaqların alqı-satqısına dair aktda ata adı "Mərdanağa” yazılmışdır, halbuki ona məxsus AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsində ata adı "Mərdan qızı” yazılmışdır. El arasında atasını həqiqətən də “Mərdanağa” adı ilə çağırırdılar. 2005-ci ildə Xaçmaz bələdiyyənin sədri olmuş Vəlirza Hacımırzəyev atasını çəxsən tanımış, ola bilər onun şəxsiyyət vəsiqəsinə baxmadan həmin sənədlərdə atasının adını “Mərdanağa” yazmışdır. Ona görə də, məhkəməyə müraciət edir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan AZE №0******* saylı şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1958-ci ildə Xaçmaz şəhərində doğulmuşdur. İş materiallarında olan evlənmə haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 ilə X5 16 noyabr 1989-cu ildə nikaha daxil olmuş, nikahdan sonra ərə Kərimov, arvada Kərimova soyadları verilmişdir. İş materiallarında olan 06 avqust 2021-ci il tarixli, 426 saylı Arxiv çıxarışından müəyyən olunur ki, X4 500(beş yüz) m2 torpaq sahəsi satılmışdır. İş materiallarında olan Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin 18 noyabr 2021-ci il tarixli, 2175 saylı qərarından müəyyən olunur ki, X4 500(beş yüz) m2 torpaq sahəsi satılmışdır. İş materiallarında olan Torpaqların alqı-satqısına dair aktdan müəyyən olunur ki, Ərizəçi 500(beş yüz) m2 torpaq sahəsi satın almaq üçün müraciət etmiş və Ərizəçi Xaçmaz rayon bələdiyyəsinin hesabına əvvəlcədən 900.000 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan Xaçmaz bələdiyyəsinin 11.08.2021-ci il tarixli, 514 saylı məktubundan müəyyən olunur ki, Xaçmaz bələdiyyə məclisi tərəfindən 2015-ci ilə qədər qəbul edilmiş qərarlar X11 təhvil verilmişdir. Bu barədə ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin 04.08.2021-ci il tarixli məktubundan görünür ki, Xaçmaz bələdiyyəsinin 23.06.2005-ci il tarixli, 08 qeydiyyat nömrəli qərarında, Torpağın alqı-satqısına dair 18.11.2005-ci il tarixli 2175 saylı aktında hüquq sahibinin ata adında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ərizə tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin digər ailə üzvləri ilə birgə ona məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Xaçmaz bələdiyyəsinin X1 adına verilmiş 23 iyun 2005-ci il tarixli 08 saylı qərarının, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsində 18.11.2005-ci il tarixli 2175 sayla qeydə alınmış Mərdanova Gülbəs Mərdanağa qızı, Xaçmaz bələdiyyəsinin sədri V.V.Hacımirzəyev və DT və XK Xaçmaz rayon şöbəsinin müdiri Ş.Ş.Aslanov arasında bağlanmış torpaqların alqı-satqısına dair aktın Ərizəçi Mərdan qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar