Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2390/2022 30.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması hüquqi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 adına verilmiş Torpağa mülkiyyətə verilməsinə dair JN-902 F saylı 30202004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin digər hüquq sahibləri ilə yanaşı ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, JN-902F kodlu, 30202004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun soyadı Butayeva olduğu halda səhvən Talıbova kimi göstərilişdir. Bu hal Şəhadətnamə işlənərkən texniki səhv olaraq baş vermişdir. Bu yaxınlarda həmin səhvlə bağlı DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yanlışlıq olduğundan, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Xahiş edir ərizəni təmin edəsiniz. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək ərizəyə uyğun izahat vermiş və təmin olunmasını xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan JN-902 F saylı 30202004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 08 nömrəli qərarına əsasən X5, X2və X4 mülkiyyətinə Xudat şəhər ərazisində 0.10 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1936-cı ildə anadan olmuşdur. İş materiallarında olan DƏDRX-nin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, torpağa mülkiyyət hüququna dair JN-902 F saylı 30202004 kodlu torpağa mülkiyyət hüququna dair şəhadətnamədə qeyd olunmuş hüquq sahiblinin ad və soyadında yaranmış uyğunsuzluğun aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi DƏDRX-nin 5 saylı ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Xudat şəhər İƏD-nin 2022-ci il tarixli 178 nömrəli arayışından müəyyən olunur ki, Ərizəçi həqiqətən də Xudat şəhəri, X.Məmmədov küçəsi 13 saylı ünvanda yaşayır. İş materiallarından müəyyən olunur ki, Ərizəçi 0.10 hektar torpaq sahəsinə mülkiyyətə verilməsinə dair JN-902 F saylı 30202004 kodlu şəhadətnamədə adları qeyd olunan hüquq sahibləri ilə qohumdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, 0.10 hektar torpaq sahəsinə dair torpağa mülkiyyətə verilməsinə dair JN-902 F saylı 30202004 kodlu torpağa mülkiyyət hüququna dair şəhadətnamədə Ərizəçi məxsus olması faktı sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin digər ailə üzvləri ilə birgə onlara məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPMnin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Göründüyü kimi torpağa mülkiyyət hüququna dair JN-902 F saylı 30202004 kodlu torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi soyadı yanlış olaraq Talıbova kimi yazılmışdır. Məhkəmə hesab edir ki, 0.10 hektar torpaq sahəsinə mülkiyyətə verilməsinə dair JN-902 F saylı 30202004 kodlu şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan bu məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i Ərizə təmin edilsin. 0.10 hektar torpaq sahəsinə mülkiyyətə verilməsinə dair JN-902 F saylı 30202004 kodlu şəhadətnamənin Ərizəçi da məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-2390/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2390/2022
30.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver