Məhkəmə qərarları › İş №2(067)-2407/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2407/2021

07.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2407/2021 07.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi İzzətli Anar İzzət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması hüquqi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz bələdiyyəsinin Ərizəçi Cabir qızının adına verilmiş 25 may 2005-ci il tarixli 07 saylı qərarının, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsində 06.07.2005-ci il tarixli 1034 sayla qeydə alınmış Ərizəçi Cabir qızı, Xaçmaz bələdiyyəsinin sədri V.V.Hacımirzəyev və DT və XK Xaçmaz rayon şöbəsinin müdiri Ş.Ş.Aslanov arasında bağlanmış torpaqların alqısatqısına dair aktının və DT və XK-nin Xaçmaz rayon şöbəsinin müdiri Ş.Aslanovun 19.05.2005-ci il tarixli 442 nömrəli rəyin Ərizəçi Cabir qızına aid 06 saylı sırasının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Xaçmaz Bələdiyyəsinin 25 may 2005-ci il tarixli 07 saylı qərarı ilə ona, yəni Ərizəçi Xaçmaz Bələdiyyəsinin ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 500 kvm torpaq sahəsinin verilməsi qərara alınmışdır. Həmin qərar əsasında onun və Xaçmaz Bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, aktı o, Xaçmaz bələdiyyəsinin sədri V.V.Hacımirzəyev və DT və XKnın Xaçmaz rayon şöbəsinin müdiri X2 imzalamış və bələdiyyənin, torpaq şöbəsinin möhürləri ilə təsdiq edilmiş, həmin akt DT və XK-nin Xaçmaz rayon şöbəsində 06 iyul 2005-ci il tarixdə 1034 saylı qeydə alınmışdır. 2005-ci ildən həmin 500 kvm torpaq sahəsi onun istifadəsindədir və hər il torpaq vergisini ödəyir. O, həmin torpaq sahəsinə hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın alınması üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, həmin idarənin rəisi Eldəniz Hacıyevin imzası ilə 14.07.2021-ci il tarixli **********82 savlı məktubla ona cavab verilmişdir ki, Xaçmaz bələdiyyəsinin 25.05.2005- ci il tarixli 07 qeydiyyat nömrəli qərarında, torpagm alqı-satqısma dair 06.07.2005- ci il tarixli 1034 saylı aktında və DT və XK-nin Xaçmaz rayon Şöbəsi tərəfindən verilmiş 19.05.2005-ci il tarixli 442 saylı rəyində hüquq sahibinin ata adında yaranmış uygunsuzluqları aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Həqiqətən də Xaçmaz bələdiyyəsinin 25 may 2005-ci il tarixli 07 saylı qərarında, 06 iyul 2005-ci il tarixli 1034 saylı torpaqların alqı-satqısına dair aktda və Dİ’ və XK-nin Xaçmaz, rayon şöbəsinin 19.05.2005-ci il tarixli 442 nömrəli rəyində sıra sayı 6-da onun ata adı "Cabar qızı” əvəzinə” "Cabir qızı ” yazılmışdır, halbuki ona məxsus AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsində ata adı "Cabar qızı” yazılmışdır. O, da reyestr idarəsinə müraciət edənə qədər bələdiyyənin sənədlərinə ümumiyyətlə baxmamışdır. Reyestr idarəsindən imtina məktubu aldıqdan sonra o, göstərilən sənədlərdə ata adında buraxılmış səhvinin düzəldilməsi məqsədilə Xaçmaz bələdiyyəsinə müraciət etmiş və bələdiyyənin sədri T.X.Məlikovun imzası ilə ona 11.08.2021-ci il tarixli 511 saylı məktubla cavab verilmişdir ki, Xaçmaz bələdiyyə məclisi tərəfindən 2015-ci ilə qədər qəbul edilmiş qərarlar X3 təhvil verilmiş, adına olan 25.05.2005-ci il tarixli 07 saylı qərarda atasının adının “Çabar” əvəzinə “Cabir” qızının yazılmasına dair heç bir məlumatım yoxdur. Ona görə də, məhkəməyə müraciət edir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan DT və XK Xaçmaz rayon şöbəsinin müdiri Ş.Aslanovun 19.05.2005-ci il tarixli 442 nömrəli rəyindən müəyyən olunur ki, fərdi torpaq sahəsi satılan şəxslər sırasında 6-cı sırada Ərizəçi Cabir qızıdır. İş materiallarında olan AZE №0******* saylı şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1974-cü ildə Xaçmaz şəhərində doğulmuşdur. İş materiallarında olan 25 iyun 2021-ci il tarixli, 708 saylı Arxiv çıxarışından müəyyən olunur ki, Ərizəçi 500(beş yüz) m2 torpaq sahəsi satılmışdır. İş materiallarında olan 25 iyun 2021-ci il tarixli, 07 saylı qərarından müəyyən olunur ki, Ərizəçi Cabir qızına 500(beş yüz) m2 torpaq sahəsi satılmışdır. İş materiallarında olan Torpaqların alqı-satqısına dair aktdan müəyyən olunur ki, Ərizəçi Cabir qızına 500(beş yüz) m2 torpaq sahəsi satın almaq üçün müraciət etmiş və Mövlanova X1 rayon bələdiyyəsinin hesabına əvvəlcədən 900.000 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan Xaçmaz bələdiyyəsinin 11.08.2021-ci il tarixli, 511 saylı məktubundan müəyyən olunur ki, Xaçmaz bələdiyyə məclisi tərəfindən 2015-ci ilə qədər qəbul edilmiş qərarlar X3 təhvil verilmişdir. Bu barədə ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin 14.07.2021-ci il tarixli məktubundan görünür ki, Xaçmaz bələdiyyəsinin Ərizəçi Cabir qızının adına verilmiş 25 may 2005-ci il tarixli 07 saylı qərarının, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsində 06.07.2005-ci il tarixli 1034 sayla qeydə alınmış Ərizəçi Cabir qızı, Xaçmaz bələdiyyəsinin sədri V.V.Hacımirzəyev və DT və XK Xaçmaz rayon şöbəsinin müdiri Ş.Ş.Aslanov arasında bağlanmış torpaqların alqı-satqısına dair aktının və DT və XK-nin Xaçmaz rayon şöbəsinin müdiri Ş.Aslanovun 19.05.2005-ci il tarixli 442 nömrəli rəydə qeyd olunmuş hüquq sahibinin ata adında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ərizə tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin digər ailə üzvləri ilə birgə ona məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Xaçmaz bələdiyyəsinin Ərizəçi Cabir qızının adına verilmiş 25 may 2005-ci il tarixli 07 saylı qərarının, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsində 06.07.2005-ci il tarixli 1034 sayla qeydə alınmış Ərizəçi Cabir qızı, Xaçmaz bələdiyyəsinin sədri V.V.Hacımirzəyev və DT və XK Xaçmaz rayon şöbəsinin müdiri Ş.Ş.Aslanov arasında bağlanmış torpaqların alqı-satqısına dair aktının və DT və XK-nin Xaçmaz rayon şöbəsinin müdiri Ş.Aslanovun 19.05.2005-ci il tarixli 442 nömrəli rəyin Ərizəçi Cabir qızına aid 06 saylı sırasının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar