Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2409/2021 20.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 24.08.2002-ci il təvəllüdlü oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, doğma oğlu 24.08.2002-ci il təvəllüdlü X5 3 aylığından “serebral iflic, uşaq serebral iflici, spastik paraplepiya,tetralegiya, dəmir defisitli anamiya” xəstəliyi keçirir. Oğlu 18 yaşı tamam olana qədər 150 manat pensiya alırdı, 18 yaşı tamam olduqdan sonra ona yenidən əlillik qrupunun təyin edilməsi üçün sənədləri Tibbi Sosial Ekspert Komissiyasına təqdim etmişlər. Oğlunun 18 yaşına çatana qədər müvafiq sənədlərə onun əvəzinə o, özü imza edir. Qeyd olunanlarla əlaqədar məhkəməyə müraciət etmiş, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, izahatında oğlunun hazırda da onunla yaşadığını və oğluna onun özünün qulluq göstərdiyni qeyd etdi. Ərizəçi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X1 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 16.11.2021-ci il tarixli 3801 saylı rəyinə etirazı olmadığını bildirdi. İş üzrə maraqlı şəxs Xaçmaz Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 236943 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 24.08.2002-ci il ildə Xaçmaz rayonunun Qaraqaşlı kəndində anadan olmuşdur, onun atası X4, anası isə Ərizəçidır. İş materiallarında olan 16.08.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, 24.08.2002-ci il təvəllüdlü oğlu X5 anası Ərizəçi himayəsindədir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X1 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 16.11.2021-ci il tarixli 3801 saylı rəyindən müəyyən olunur ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X3 onda müəyyən edilən uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vemir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8.-ci maddəsinə uyğun olaraq ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətinin mənasına başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsuruna görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasındaa asılı olmayaraq, yaxın qohumların, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2.-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməli, 24.08.2002-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. 24.08.2002-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2409/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2409/2021
20.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver