Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2447/2025 09.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh İB-nin Xaçmaz rayon Qaz İdarəsi tərəfindən aparılmış yoxlama nəticəsində xx.xx.2023-cü il tarixində ******* akt əsasında yazılmış 2280.96 manat cərimənin azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Xaçmaz regional qaz istismar idarəsinin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixində onun mənzili olan küçədə yoxlama aparılan zaman qeyri-qanuni olaraq təbii qaz şəbəkəsinə qoşulduğu aşkar edilmişdir. Belə ki, ******* saylı xx.xx.2023-cü il tarixli akta əsasən ünvanına 2280 manat 96 qəpik dəyərində dəymiş ziyan hesablanmışdır. Akta əlavə edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə qeyd olunur ki, “Qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirlmiş qazın bərpası üçün hesabat aparılsın’’. Yay fəslində onun bir gün ərzində 212 m3 qaz istehlak etməyi absurddur. Bildirir ki, mənzilində olan smart sayğac bloka düşdüyünə görə o, qaz xəttinə 2023-cü ilin iyul ayının 21-də qeyri-qanuni olaraq qoşulmuşdur. Bu barədə dəfələrlə Xaçmaz qaz idarəsinə müraciət etsə də, tədbir görülməyib. Hazırda heç bir yerdə işləmir. Yaşadığı ərazidə xx.xx.2023-cü il tarixində qaz təchizatı idarəsi tərəfindən profilaktik tədbirlər çərçivəsində dayandırılmışdır. O, da həmin gün qaz xəttinə qeyri-qanuni qoşulmuş və evində 4 gözlü qaz plitəsindən və axımlı su qızdırıcısından istifadə etmişdir. Onu da qeyd edir ki, aktda işlətdiyi qaz cihazları qeyd olunub. Xahiş edir ki, ona yazılmış dəymiş ziyana yenidən baxılsın. Məhkəmə iclasının vaxtı və yeri barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan X2 Agentliyinin Xaçmaz filialı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə nümayəndənin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz hesab edib Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, müdaxilə qeyd edilməklə cərimə yazıblar. Smart sayğac idi. Xarab olduğu üçün müraciət etmişdir. Dəyişdirmələri gec oldu. Həmin müddətdə qazsız qalmışdır. Bu səbəbdən qısa müddətlik kənar xətt çəkmişdir. Sayğac küçədə yerləşir. Kənar qoşulma olub. 2 cihaz qoşulub. Cərimə çox hesablanıb, ödəməyə imksnı yoxdur, cərimə borcunun silinməsini və ya azaldılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X5 izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Kənar qoşulma faktı müəyyən olunmuşdur. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. - təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cu il tarixində ******* saylı aktdan müəyyən olunur ki, abonent sayğacdankənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir. - dəymiş ziyanın bərpasına dair tələbnamələrdən (aktlardan) və abonentin saldosundan müəyyən olunur ki, iddiaçıya 2280.96 manat cərimə (pul) hesablanmışdır. - xx.xx.2025-ci il tarixli rəydən müəyyən olunur ki, İddiaçı, məhkəməyə müraciət edərək, onun **********00000 saylı hesab koduna yazılmış 2280,96 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. - X2 Agentliyinin Xaçmaz filialının xx.xx.2025-ci il tarixli rəyindən müəyyən olunur ki, Cavabdeh İB-nin ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evində qaz sayğacını xətdən açaraq növbəti dövlət yoxlamasına göndərilmişdir. Cavabdehın rəyinə əsasən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilərək itirilmiş təbii qazın bərpası məqsədilə hesabat aparılaraq 2280,96 manat məbləğində borc (19008 m3) abonentin hesabına daxil edilmişdir. Dəymiş ziyanın hesablanması zamanı qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi nəzərə alınmamış və qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Araşdırma zamanı vətəndaşın mənzilindəki qaz cihazlarının abonent saldosunda qeyd olunmuş cihazlarla hesabatı ilin mövsümü dövrünə uyğun olaraq aşağıdakı kimi aparılması məqsədə müvafiq hesab olunmuşdur: Məişət tipli PQ-4 qaz pilitəsinin - saatlıq qaz sərfiyyatı 1,2 m3 x 6 saat x 90 gün » 648 m3 x 0,12 qəpik »77,76 manat, Radiator peçi (qızdırıcı peç)- 0,8 m3 x12 saat x 90 gün = 864 m3 x 0,12 qəpik =103,68 manat - cəmi 181,44 manat təşkil edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçının yaşadığı ünvana gələrək qaz sayğacına baxış keçirmiş, abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi ilə bağlı xx.xx.2023-cu il tarixində ******* saylı akt tərtib olunmuş və həmin akt əsasında ona 2280.96 manat cərimə hesablanmışdır. İddiaçı sayğacdan kənar qoşulmanı etiraf edir, lakin qoşuılma müddətinin qısa olduğunu bildirir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin: - 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: - Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. - Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. - Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunu: - 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - Maddə 20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. - Maddə 21. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. - Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”: - 3.2.1 və 3.2.2-ci bənd - qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. - 4.2-ci bənd - məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.8-ci bənd - fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-ci bənd - istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. - 6.5-ci bənd - qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcısı şəbəkədən ayırmaqla qazın verilişin dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. - 6.7-ci bənd - qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçının yaşadığı ünvana aid qaz sayğacına baxış keçirmiş, abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi barədə 18.032025-ci il tarixli akt tərtib olunmuş və həmin akt əsasında 2148 manat cərimə hesablanmışdır, iddiaçı sayğacdan kənar qoşulmanı qəbul edir, lakin akt əsasında hesablanmış borcu mübahisələndirmişdir. İş materialları ilə həqiqətən də iddiaçının qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulma faktı təsdiqini tapır. Lakin məhkəmə dəymiş ziyanın 2280.96 manat məbləğində olması ilə razılaşmır. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tələbnamədə qaz işlədicilərinin hesabat müddətini əsaslandıra bilməmişdir. Məhkəmə hesab edir ki, PQ4-ün maksimal saatlıq qaz sərfi üçün orta hesabat müddəti, Cavabdeh xidmət sahələrində işlərin səmərəli, təhlükəsiz təşkili və icrası, itkilərin azalması və xidmət səviyyəsinin yüksəlməsi üzrə” Təlimata uyğun olaraq 90 gün olmaqla hesablanmalıdır. Beləliklə, məhkəmə iş materiallarına, o cümlədən iş üzrə verilmiş mütəxəssis rəyinə və işin digər hallarına əsaslanaraq, hesab edir ki, iddiaçı tərəfindən vurulmuş ziyanın ümumi məbləği mütəxəssis rəyində qeyd olunduğu kimi 181.44 manat təşkil edir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, qanunvericiliyin tələbinə əsasən 60.51 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB tərəfindən İddiaçı oğlunun yaşadığı Xudat şəhəri X.Məmmədov küçəsi 53/8-də yerləşən yaşayış evi üzrə hesablanmış 2280.96 manat puldan 2099.52 manat pul abonentin hesabından silinməli, eyni zamanda dəyəri ödənilmədən istehlak olunmuş təbii qaza görə ümumilikdə 181.44 manat borc abonent İddiaçı düzgün tətbiq edildiyindən və həmin hissədə iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı (abonent kodu-**********00000) xx.xx.2023-cu il tarixində ******* saylı akt əsasında hesablanmış borcdan 2099.52 manat silinsin. İddia qalan hissədə təmin olunmasın. İddianın verilməsinə görə iddiaçının ödəməkdən azad edildiyi 41 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-2447/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2447/2025
09.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver