Məhkəmə qərarları › İş №2(067)-2462/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2462/2022

17.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2462/2022 17.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması hüquqi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə 17 oktyabr 2022-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN: 112 nömrəli, 30207108 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X3 da məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Torpağın mülkiyyətə verilməsinə dair JN112 KOD 30207108 saylı dövlət aktında anasının adı səhvən “Mətləb” yazılıb. Anasının adı Məytəbdir. Dövlət aktı tərtib olunarkən texniki səhvə yol verilib. Həmin səhvə görə o, hazırda əmlakından istifadə edə bilmir. Həmin sənədin ona məxsus olmasını anasının adının yalnışlıqla texniki səhvə yol verilərək “Mətləb” kimi yazılmasını iş materiallarına əlavə etdiyi sənədlər sübuta yetirir. X2 adına olan mülkiyyət hüquqlarının X3 mənsub olunmasını istəyir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Xahiş edir ərizəsi təmin edilsin. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək ərizəyə uyğun izahat vermiş və təmin olunmasını xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan JN: 112 nömrəli, 30207108 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarına əsasən X5, X4, X6 və Ərizəçi mülkiyyətinə Xaçmaz rayonu Canaxır kənd ərazisində 0.86 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Qeydiyyat X9 arayışından müəyyən olunur ki, X7 30 iyul 1998-ci ildə vəfat etmişdir. İş materiallarında olan DƏDRX-nin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, torpağa mülkiyyət hüququna dair JN: 112 nömrəli, 30207108 kodlu torpağa mülkiyyət hüququna dair şəhadətnamədə qeyd olunmuş hüquq sahiblinin ad və soyadında yaranmış uyğunsuzluğun aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi DƏDRX-nin 5 saylı ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Xaçmaz rayon Hülövlü İƏD-nin xx.xx.2022-ci il tarixli 406 nömrəli arayışından müəyyən olunur ki, X5, X4, X6 və Ərizəçi adına Xaçmaz rayon Aqrar İslahat komissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarına əsasən verilmiş 0.86 ha torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair şəhadətnamədə Mətləb sözü texniki xəta kimi qəbul edilmişdir. Həmin sənəddə onun adı Məytəb kimi oxunmalıdır. İş materiallarından müəyyən olunur ki, X7 0.86 hektar torpaq sahəsinə mülkiyyətə verilməsinə dair JN: 112 nömrəli, 30207108 kodlu şəhadətnamədə adları qeyd olunan hüquq sahibləri ilə qohumdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, 0.86 hektar torpaq sahəsinə dair torpağa mülkiyyətə verilməsinə dair JN: 112 nömrəli, 30207108 kodlu torpağa mülkiyyət hüququna dair şəhadətnamədə X4 da məxsus olması faktı sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin digər ailə üzvləri ilə birgə onlara məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPMnin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i Ərizə təmin edilsin. 0.86 hektar torpaq sahəsinə mülkiyyətə verilməsinə dair JN: 112 nömrəli, 30207108 kodlu şəhadətnamənin digər hüquq sahibləri ilə birlikdə X3 da məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar